24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

digər heyvanların təsvirləri (ən qədim təsvirlər) vardır. Qaya təsvirləri Abşeron

yarımadasındakı bir sıra məntəqələrdə, Mərdəkan, Şüvəlan, Zirə, Suraxanı, Ramana,

Qala qəsəbələrinin ətrafında və materiki Pirallahı adası ilə birləşdirən dambanın

girəcəyində də aşkar edilmişdir.

Xəzər dənizinin sahilində, Qala qəsəbəsinin yaxınlığındakı Dübəndi deyilən

yerdə qaya sallağının üzərində müxtəlif heyvanların - öküz, keçi, maral və s. - ətrafında

rəqs edən insanlar təsvir olunmuşdur. Qayalarda buralarda yaşamış qədim insanın

maldarlıq və ovçuluq həyatından söhbət açan müxtəlif rəs mlər tapılmışdır. Onlar

Qobustandakı qaya təsvirlərinə oxşayır. Bu, Abşeron ərazisində Daş dövründən Tunc

dövrünə keçid mərhələsinə aid ilk abidədir. 18

Materiki Pirallahı adası ilə birləşdirən dambanın girəcəyindəki məzarlıqda

Abşeron əhəngdaşından düzəldilmiş lövhə tapılmışdır. Onun üzərində kontur xətlərlə

qayakeçisi (qılıncvari buynuzlu keçi) rəsmləri qazılmışdır. Bu rəsmlər e.ə. II minilliyin

sonu və I minilliyin əvvəllərinə aid edilir. 19

Şübhə etməmək olar ki, Qobustan mağaralarının Daş dövrü adamları Abşerona

buradakı vəhşi heyvanları ovlamaq məqsədilə, ehtimal ki, dəniz sahilləri ilə gəlirmişlər.

Yuxarıda bəhs edilən çaxmaqdaşından düzəldilmiş bəzi alətlər göstərir ki, Abşeronun

da bir sıra məntəqələrində qədim insan düşərgələri olmuşdur.

Qobustandakı mağaraların yaxınlığında diametri 15-40, dərinliyi 10-30 s m olub,

bir-biri ilə novçalarla birləşdirilmiş kasavarı çuxurlar vardır. Onların su torlamaq və

saxlamaq, eləcə də qurbanlıq heyvanların-qanını yığmaq üçün istifadə edilən tərpənməz

ibtidai qablar olduğu fərz edilir. Bu qablar Neolitin sonu və Tunc dövrünün əvvəlinə

qədərki dövrə (e.ə. V-III minilliklər və daha sonralar) aid edilir. 20 Onlara bənzər qaya

çuxurları köhnə Bakı qalasındakı (İçərişəhər) Şirvanşahlar sarayı ərazisində, təpənin

üstündə saray tikililərinə qədərki köhnə bünövrələrin və Güzdək kəndinin

həndəvərindəki qaya sallaqlarının altında da aşkar olunmuşdur.

XVII əsr səyyahı Lerx Böyük Zirə adasında əksərən bir-biri ilə novçalarla

birləşdirilmiş dəyirmi, yaxud dördkünc belə çuxurların olduğunu qeyd etmişdir. 21

Köhnə Bakı qalasındakı Şirvanşahlar sarayı ərazisindəki, Güzdək kəndi və Böyük Zirə

adasındakı Qobustan kasavarı çuxurla rına bənzər çuxurlar Abşeronun qədim

abidələridir.

Qədim abidələrdən biri də Bilgəh və Nardaran qəsəbələri arasındakı

Ümidqayanın zirvəsindəki göy cisimlərinin təsviridir. Qaya üzərindəki bu rəsədxana

günəşi və müxtəlif bürc adlarını - Böyük Ayı bürcü, İlan bürcü və s. - təsvir edən

rəsmlərin zənginliyinə görə digər məşhur bürc təsvirlərini ötüb keçir. Göstərilən

rəsmlərlə yanaşı, qayada astronomik hesablama cədvəli də həkk olunmuşdur. Bu

qayada əkinçilik, maldarlıq mövzusunda rəsmlər də çoxdur. Ümidqaya təsvirləri Tunc

dövrünün əvvəlinə aid edilir. 22

Son illərdə aparılmış arxeoloji tədqiqatlar Abşeronda Tunc dövrünə aid yaşayış

Nargin

17

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!