24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

vaxt Şirvanda şirvanşahlar Keyqubad, sonralar is ə onun oğlu Kavus hakimiyyət

sürmüşdür. Elxanilər dövləti dağıldıqdan sonra onun ərazisində digər xırda müsəlman

sülalələri ilə yanaşı, nümayəndələri Şirvanşahlarla mübarizə aparan Çobanilər, sonralar

isə Cəlairilərin hakimiyyəti bərqərar oldu. Həmin mübarizələrin nəticəsi numizmatika

materialında əksini tapmışdır. Cəlairi Şeyx Üveysin vassalı olmasını qəbul edən

şirvanşah Kavus dövründə h.762 (1360/l)-ci və 766 (1362/3)-cı illərdə Bakıda onun

adından gümüş sikkə kəsilmişdir 54 . Lakin 766-cı ildə Kavus Şeyx Üveysə qarşı çıxdı və

h.769-770 (1367/8- 1368/9)-ci illərdə Bakıda kəsilmiş sikkələrdə bu sultanın adı yox

oldu. 55 Cəlairilərlə mübaribədə məğlubiyyətə uğrayan Kavus təslim oldu, üç ay

həbsxanada saxlanıldıqdan sonra buraxıldı və ömrünün sonunadək Şeyx Üveysin sadiq

vassalı olaraq qaldı. 56

Göründüyü kimi, göstərilən hadisələr Bakıya da şamil idi. Belə ki mənbələrin

məlumatına görə, bir sıra yerlərin, o cümlədən Bakı vilayətinin feodal malikləri Hacı

Fəramərz və Hacı Firidun sultan Üveysin hüzuruna gedib itaətlərini bildirməyə məcbur

oldular. Onlar hər il Üveysə "mal", yaxud " xərac" adlandırılan vergi verməyi öhdələrinə

götürdülər. 57

Kavusun oğlu, cəlairilərlə dostluq münasibətləri saxlayan şirvanşah Huşəngin

zamanında Şirvanın Bakuyə, Güştəsbi, Şəbəran və Şamaxı şəhərlərində üzərində Şeyx

Üveysin oğlu, h.776 (1374/5)-cı ildən h.784 (1382)-cü ilədək hökmranlıq etmiş

Cəlaləddin Hüseynin, habelə, onun qardaşı Qiyasəddin Əhmədin (h.782-813

(1382-1410)-cü illər) adları çəkilən kitabə olan gümüş pullar zərb edilirdi. 58

XIV əsrin sonlarında Şirvanda xırda feodalların və kəndlilərin zadəganlar

əleyhinə üsyanı baş verdi. Bu hadisələr zamanı şirvanşah Huşəng şirvanlılar tərəfindən

öldürüldü. Feodallar Huşəngin əmisi oğlu şeyx I İbrahim Sultan Məhəmməd ibn

Keyqubadı şirvanşah seçdilər. O, Məzyədilər sülaləsinin bir qolu olan Dərbəndi

Şirvanşahları sülaləsinin (1382-1538-ci illər) əsasını qoydu. Şeyx İbrahim Şəki

kəndlərindən birində əkinçiliklə məşğul olan zadəgan mənşəli yoxsullaşmış feodal idi.

Böyük feodal və görkəmli dövlət xadimi olan şeyx İbrahim Teymurun Azərbaycana

hücumu zamanı ona itaət göstərərək, ölkənin dağıdılmasının qarşısını aldı və onun

rəğbətini qazanaraq Şirvanın hakimi təyin olundu. 1392/3-cü ildə Teymur oğlu

Miranşahı Şirvanın, o cümlədən Bakın ın hakimi təyin etdikdə belə şirvanşah özünün

şirvanşah titulunu saxladı. 59

H.787 (1385/6)-ci ildə Qızıl Orda xanı Toxtamış 90 minlik ordu ılə Azərbaycana

soxuldu. O, Şirvanın bir sıra şəhərlərini viran edərək Təbrizə yollandı. H.791-792-ci

illərdə (1388/9 və 1389/90-cı illər) Bakıda, Şamaxıda və Şəbəranda Toxtamışın

adından sikkə kəsilmişdi. 60 Lakin Toxtamışın ordusu ölkəni tezliklə tərk etdi.

1387-ci ildə Teymurun qoşunları yenidən Şirvana girdi. Mənbələr xəbər verirlər

ki, Teymur XIV əsrin sonlarında Dərbənd limanından keçmişdir. Onun burada olmasını

XIV əsrin sonunda Bakıda onun adından kəsilmiş gümüş və mis sikkələr də təsdiq

edir. 61 Yeddiillik müharibə (1399-1405-ci illər) zamanı Teymur Kiçik Asiyaya (Ruma),

Osmanlı sultanı Bəyazidə qarşı yürüş etdi. Bu müharibədə Teymurun tərəfində

şirvanşah İbrahim də iştirak edirdi. Teymur h.803 (1400)-cü ildə Suriyaya daxil olarkən

68

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!