24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

kimi Hüseynqulu xan da daxili müstəqillikdən və hakimiyyətdən məhrum

olacaqlarından qorxaraq Rusiya təbəəliyinə keçməkdə tərəddüd edirdilər. 56 Onların

Rusiya və İranla siyasətlərindəki səbatsızlıq və ikilik də bundan irəli gəlirdi. Bu və ya

digər dövlətin gücləndiyini gördükdə onlar da gah bu, gah da başqa tərəfə meyl

edirdilər.

1795-ci ilin sonlarında Ağa Məhəmməd xan Qacar Cənubi Qafqaza yürüşə

başladı. Ağa Məhəmməd xanın güclənməsi və onun Azərbaycan xanlıqlarını öz

hakimiyyətinə tabe etdirmək niyyəti Rusiya hökumətini narahat edirdi və o, xana

açıqcasına başa saldı ki, Rusiyanın himayəsi altında olan bu vilayətlərə qəsd edilməsi

Rusiya əleyhinə yönəldilmiş hərəkət sayılacaqdır. 57

Dərbəndli Şeyxəli xan və bakılı Hüseynqulu xan Rusiya təbəəliyini qəbul

etməyə çalışsalar da, onların bu məsələ ilə əlaqədar elçiləri Peterburqda ikən Ağa

Məhəmməd xanın elçilərini hörmətlə qəbul edib, onları hədiyyələrlə yola saldılar. Ağa

Məhəmməd xanın bütün Şirvana naib təyin etdiyi Şeyxəli xan ona tərəf meyl etməyə və

ruslardan uzaqlaşmağa başladı. 58

Dərbənd, Bakı və Şəki xanları Tiflisin 1795-ci il sentyabrın 12-də Ağa

Məhəmməd xanın qoşunları tərəfindən alınıb dağıdılmasını bayram etdilər və elçiləri

vasitəsilə Ağa Məhəmməd xana təbrik göndərərək ona itaətlərini yazılı izhar etdilər. 59

Bununla belə, Şamaxını tutan Ağa Məhəmməd xan Bakıdan böyük məbləğdə

pul və mal şəklində təzminat aldı. 60

General Qudoviç şah qoşunları Şirvanı zəbt edəcəkləri təqdirdə Dərbəndi

tutmaq əmri almışdı. Üç piyada batalyonu general-mayor Savelyevin komandası altında

Dərbəndə yaxınlaşdı. Lakin Şeyxəli xan rus dəstəsini qəbul etmədi. Bakı xanı Şeyxəli

xana kömək olaraq topçularla birlikdə iki top göndərmişdi. 61 Rusların azsaylı dəstəsi

Dərbəndi tərk edib geri çəkildi.

Ağa Məhəmməd xanın ordusu tezliklə Şirvanı tərk edərək Muğana, oradan da

Azərbaycanın cənubuna yollandı.

1796-cı ilin yazında II Yekaterinanın əmri ilə qraf Valerian Zubovun

komandanlığı ilə çar ordusu Cənubi Qafqaza və Azərbaycana böyük yürüşə başladı. Bu

yürüşün rəsmi motivi Ağa Məhəmməd xanı Tiflisi və Gürcüstanı dağıtdığına görə

cəzalandırmaq istəyi idi. Əslində isə, çar hökuməti Azərbaycanın Ağa Məhəmməd

xanın əl uzatdığ ı şimalında öz hakimiyyətini möhkəmləndirməyə cəhd göstərirdi. II

Yekaterina vaxtı ilə I Pyotrun başa çatdıra bilmədiyi Cənubi Qafqazı işğal etmək

planını həyata keçirməyə can atırdı.

Aprelin 15-də qraf Zubov böyük qoşunla (təqribən 12000 adam) Dərbəndə

yaxınlaşdı. Mayın 10-da Dərbənd hücumla alındı. Şey xəli xanı itaətkarlıq əlaməti

olaraq boynunda qılınc məiyyəti ilə birlikdə qrafın hüzuruna gətirdilər. 62

Mayın 24-də çar qoşunları Bakıya doğru hərəkət etdilər və 20 verst irəliləyib

Rubas çayının qırağında düşərgə saldılar. Bakı xanının elçiləri burada baş komandanın

yanına gəlib xanın və onun bütün təbəələrinin hökmdarın iradəsinə tabe olduqlarını

bildirdilər. 63

İyunun 8-də baş komandanın məktublarını çatdırmaq, başlıcası isə oraya gedən

208

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!