24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olmalıymış? Bu sualın cavabını XIII əsrin əvvəlinə aid gürcü mənbəyində tapırıq.

Orada 1191-ci ildə Şamaxıda şəhəri yerlə-yeksan edən zəlzələ baş verdiyi göstərilir.

Şamaxı dağıldıqdan sonra Şirvanşahların iqamətgahı Bakıya köçürülür. Gürcü

salnaməsində Bakı şəhərinin VII əsr erməni coğrafiyasında təsbit olunmuş adının -

Baqavanın qorunub saxlanması bizə bu iki adı eyniləşdirməyə imkan verir. 114

XIX əsr İran müəllifi Məhəmmədhəsən xan Etimad əs-Səltənə Sasani dövrü

tarixçisi Həmzə əl-İsfahaninin Sasanilər dövründə Dəryaye-Akfudə adlandırılan Xəzər

dənizi haqqında məlumatına istinad edərək, Akfudəni Bakının qədim adı sayır. 115 XVII

əsrdə qədim fars mənbələri əsasında tərtib olunmuş fars dili lüğəti "Bürhane-qate"də

"Akfudə" sözündə Həmzə əl-İsfahaninin məlu matı təsdiq olunur. 116

Çağdaş İran müəllifi Bastani Pərizi Bakının qədim müqəddəs şəhərlərdən biri və

onun adının müqəddəs "boq" sözündən nəşət etdiyini yazır. Və ehtimal ki, onun adı

atəşpərəstlərin bu şəhərdəki ziyarətgahı və məbədi ilə bağlıdır. 117

"VII əsr erməni coğrafiyası"nda Sarmatiyada , "Qafqaz dağları qollarının gəlib

çatdığı və dənizdə nəhəng istehkam olan Dərbənd divarının ucaldıldığı Xəzər dənizinin

lap yaxınlığındakı" ərazilərdə yaşayan 53 xalqın, o cümlədən xellərin, kaspilərin,

şirvanların, ijamaxların, baqanların, maskutların adları sadalanır. 118 Mətndə

xatırlanan "baqanlar" etnonimi, ehtimal ki, "baqa", yaxud "baq", vəni, "boq"

sözündəndir. "An" orta İran dillərində cəm şəkilçisidir. (Sonralar, orta əsr

toponimlərində "yer", "yaşayış yeri" bildirmişdir). Beləliklə, "baqan" sözü

"atəşpərəstlər" mənasını bildirə bilər. Xəzər dənizinin qərb sahillərindəki baqan

tayfasının yayıldığı həmin ərazi Abşeronda və Bakıda olmuş və cənubda Muğana,

şimalda isə Dərbəndə qədər uzanmışdır.

Abşeron toponimikasında qorunub saxlanmış tayfa adları tədqiqatçıya müxtəlif

tarixi dövrlərdə onun əhalisinin etnik tərkibini müəyyənləşdirməyə imkan verir. Bir çox

hallarda söz birləşməsindən ibarət olan xüsusi adlar da yerin qədim sakinlərinin dil və

dini əlamətlərini açıqlamaq baxımından mühüm mənbədir. Məlumdur ki, hidronimlər

kimi toponimlər də çoxyaşarı olub, min illər boyu qorunub saxlanmaqla, nə vaxtlarsa

həmin ərazidə yaşamış xalqların adlarını özlərində əks etdirirlər.

Xatırlanan coğrafiyada göstərilən xalq adları öyrənilərkən aydın olur ki, bir sıra

şəhər və vilayətlərin adları qədim zamanlarda bu yerlərdə yaşamış tayfaların adlarından

götürülmüşdür. Bu ehtimalı Abşeron toponimikasının öyrənilməsi də təsdiq edir.

Məsələn, qədim müəlliflər iqrar edirdilər ki, Kaspi dənizinin adı kaspi tayfasının 119

adındandır. Abşerondakı Məşqədə (indiki Maştağa) kəndinin adını Xəzər dənizinin

sahillərində yaşamış maskutlar vermişlər. 120 Maskutlar antik müəlliflərdə adı çəkilən

massaketlərdir. 121 Xellər qədim türk tayfası xaylandurların müxtəsər adıdır, ijamaxlar

Bu coğrafiyanınn müəllifi Sarmatiya dedikdə Azərbaycanın şimal hissəsini, Dağıstanı

və Şimali Qafqazdakı digər bölgələri nəzərdə tutur.

33

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!