24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bakı və Abşeronun memarlıq abidələrini tikinti materialına, əla yonulmuş ağ və

sarıya çalan xırda dənəvər yerli Badamdar əhəngdaşına, ciddi və lakonik formalı

bədii-memarlıq üslubuna görə "Şirvan-Abşeron abidələri" qrupunda birləşdirmək olar.

Bakının İçərişəhər hissəsindəki tarixi məlum olan XI əsrə aid ən erkən abidə

xalq arasında Sınıqqala adı ilə tanınan Məhəmməd ibn Əbubəkr məscididir. Məscid

indiki dəniz sahilinin yaxınlığında, İçərişəhərin cənub-qərb hissəsində yerləşib, çatma

tağlı, mehriban olan düzbucaqlı otaqdan ibarətdir. Məscidin şimal divarında, giriş

qapısından solda qoyulmuş kiçik dördkünc daş lövhə üzərində yarımkufi xətlə ərəbcə

aşağıdakı məzmunda dördsətirlik kitabə həkk olunmuşdur.

"Bis millahir rəhmanir rəhim! Bu məscid binasını (tikməyi) ustad, rəis

Məhəmməd ibn Əbubəkr əmr etdi. Dörd yüz yetmiş birinci il" (h.471 (1078/79)-ci il). 23

Bu tarix şirvanşah I Fəribürzün hakimiyyət illərinə təsadüf edir. Qərbə doğru məscidin

lap yanında divarının qalınlığı və iriliyi ilə Bakı və Abşeronun digər minarələrindən

fərqlənən 12 m hündürlüyündə minarə vardır. Bu minarə formaca qala bürcünü

xatırladır. Minarənin yuxarı şərəfəsinin həndəsi naxışlarla bəzədilmiş tava daşlarından

məhəccəri, 24 ondan aşağıda iri stalaktitlərdən qurşağı var. Qurşağın altında isə

minarənin dövrəsi boyunca kufi xətlə Quran ayələri (17-ci surə, 81-82-ci ayələr) ibarət

nəfis kitabə həkk olunmuşdur.

Ehtimal ki, bu məscidi tikən, yuxarıda göstərdiyimiz kimi, sənətkarlıq sexinin

rəisi olmuşdur. Bu tikili xarakteri etibarilə yaşayış məskəni deyil, inkişaf etmiş feodal

şəhəri abidələrinə məxsusdur.

İçərişəhərdə Qız qalasının yaxınlığında Bəzzaz məscidi adlanan kiçik bir məscid

(görünür, bu məhəllədə bəzzaz dükanları olmuşdur), onun divarında isə zaman

keçdikcə yağış, yağmurdan xeyli zədələnmiş və oxunulmaz hala düşmüş kufi xətli bir

kitabə var. 25

Qalanın cənub-qərb hissəsində, Qız qalasının yaxınlığındakı XII əsr abidəsi -

Ləzgi məscidi dövrümüzədək yaxşı qalmışdır. O, Gilək məscidi istisna olmaqla, bütün

başqa məscidlər kimi planda çatma tağtavanla örtülmüş uzunsov dördkünc otaqdan

ibarət olub, minarəsizdir. Yaxşı yonulmuş daşlardan tikilmiş bu məscid Abşeron tipli

yaşayış otağını xatırladır. 26 Məscidin içərisində, mehrabın üstündə h.567 (1171/72)-ci il

və bədii oyma ustasının adı -ustad nəccar Aşur ibn İbrahim Bakuyi - yazılmış bir kitabə

var. 27

İçərişəhərin cənub-şərq hissəsində Qız qalası 28 adlanan 28 m hündürlüyündə

nəhəng daş silindri andıran qeyri-adi formalı bir abidə ucalır. Divarların qalınlığı

qalanın gövdəsində 5 metrə, 8-ci mərtəbəsində isə 4 metrə çatır. Qalanın onu 8

mərtəbəyə bölən 8 günbəzli tağı olmuşdur. Qala dənizə doğru sallanan nəhəng sahil

Şəhər 1723-cü ildə general Matyuşkin tərəfindən topa tutularkən minarəsinin üst qatı

zədələndiyi üçün belə adlanırdı.

104

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!