24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

üxur, qırx pud bir çərək ərdəş xamna, sapa düzülmüş, krujevalarda və düymələrdə iri,

orta və kiçik həcmli beş çərəkə on misqal mirvari..." 92

1696-cı il 27 fevral tarixli başqa bir sənəddə tacir Saveli Sergeyevin Bakıdan

Həştərxan yolu ilə Moskvaya gətirdiyi xarici mallar sadalanır və onların arasında "hər

bağlamada beş tumac olmaqla 990 bağlama tumac, 1650 ton qırmızı Bakı qumaşı

xatırlanır". 93

Rus və yerli tacirlərin Bakı vasitəsilə geniş ticarət aparmasını köhnə Bakı

qalasındakı buxtada və Abşeron kəndlərində XVIII əsrə aid çoxlu miqdarda rus

sikkələrinin tapılması da təsdiq edir. 94

Şəhərdə böyük kapitala sahib olan hind tacirləri koloniyası da mövcud idi.

Onların özlərinin sahilin yaxınlığında yaşadıqları karvansaraları var idi. Kempfer

multanı tayfasına mənsub hind tacirləri ilə görüşdüyü bu karvansaranın adını çəkir. 95

Hind tacirləri qədim zamanlardan Hindistandan, başlıca olaraq, ticarət koloniyaları olan

Bakıya və Şamaxıya gəlirdilər. 96 İri ticarətlə məşğul olan bu tacirlər Abşerondakı

Suraxanı kəndində yaşayan hindli atəşpərəstlərə pul və ərzaqla kömək edir, "əbədi

odlar"ın yerində hücrələr və məbəd tikmək üçün vəsait verirdilər. 97

Hind tacirləri yerli tacirlərlə birlikdə Bakıdan Həştərxana ildə 400 tay (hər

birində 25 batman) xamna ixrac edirdilər. 98 Tacirlər Hindistandan müxtəlif ədviyyat,

başlıca olaraq, Kəş mirdə toxunan və Şərqdə geniş yayılmış "tirmə" adlanan və qızıla

bərabər tutulan yun parça, pambıq, habelə qızıl sapla naxış vurulmuş ipək parçalar

gətirirdilər. 99 Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında XVII əsrə aid bir parça

"tirmə" saxlanılır. Parçanın fil sümüyü rəngli fonunda "buta" şəklində açıq qırmızı

rəngli naxışı var. 100 Bakı və Azərbaycanın digər şəhərlərinin feodal kübarları

Hindistandan və digər Şərq ölkələrindən gətirilmə bahalı yun və ipək parçalardan

istifadə edirdilər. Tacirlər Hindistana xam ipək, ağ neft (nadir şey kimi) və digər mallar

aparırdılar. 101

İran şəhərlərindən Bakıya qızıl və gümüş saplarla naxış vurulmuş bahalı ipək və

zərxara parçalar gətirilirdi. Bakıda istifadə olunan zərxara parçaların nümunələri

Azərbaycan Tarixi Muzeyinin fondlarında saxlanılır. Orxa fonlu zərxara parçalardan

birində tutuquşuna oxşayan ağ-gümüşü rəngli quş şəkli, ondan üstdə qızılgül və

kəpənək, ətrafinda açıq orxaya çalan bir neçə xırda gül təsvir olunmuşdur. Parçanın

tünd qəhvəyi sapla tikilmiş nəbati naxışlı haşiyəsi var. Qızıl sapla tikilmiş

kəpənəkşəkilli nəbati naxışlı digər zərxara kimi, bu parça da XVII əsrə aid edilir. 102

Bakıda yerli sakinlərdən alınmış həmin parçalar, ehtimal ki, İran şəhərlərindən idxal

olunmuşdur.

Bakı ərazisində Şamaxı, Gəncə, Naxçıvan, Təbriz və digər şəhərlərdə kəsilmiş

çoxlu miqdarda Səfəvi sikkələrinin tapılması onun Azərbaycan şəhərləri ilə daxili

ticarətinin inkişaf etdiyini göstərir. 103 Qriqorian tatlar Şamaxıdan özlərinin

hazırladıqları əla keyfıyyətli qırmızı şərabı satmaq üçün Bakıya gətirirdilər. 104 Taxıl və

digər kənd təsərrüfatı məhsulları Şirvanın məhsuldar rayonlarından daxil olurdu.

Abşeron camaatı yük daşımaq üçün çoxlu dəvə saxlayırdı. 105

Bakı bazarından başqa Abşeronun ən iri yaşayış məntəqəsi olan Maştağa

181

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!