24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qobustanın qədim daşlarında uzaq keçmişdəki nəsillərin həyat lövhələri -

qadının başçılıq etdiyi əkin, kollektiv əmək; ov, döyüş, kişinin qız, yaxud qadın

qaçırması səhnələri, qaya rəs mlərini həkk edənlərin əhatəsindəki heyvanat aləminin

təsviri əksini tapmışdır. Qobustan və Abşeron bölgəsində vəhşi heyvan ovlayan qədim

insan daş və qaya üzərində gördüyü və ovladığı heyvanların şəklini həkk edirdi. Adsız

rəssamlar bir neçə min illər ərzində qaya təsvirlərində qədim qəbilə adamlarının

fəaliyyətinin, həyat və məişətinin müxtəlif cəhətlərini əks etdirmişlər. Qobustan

qayalarında dini ayinlər, qurbankəsmə, " Yallı"nı xatırladan mərasim rəqsləri bol təmsil

olunmuşdur. Bu Daş dövrü rəsmləri dünyanın ən qədim incəsənət - qrafika, rəssamlıq,

rəqs, musiqi və s. örnəkləridir. Qaya rəs mləri Qobustanın qədim sakinlərinin

təsərrüfatından, məişətindən, incəsənətindən söhbət açır. Qobustan petroqliflərində

qədim insanların təsərrüfat həyatının, məişətinin, dünyagörüşünün başqa mənbələrdən

təsəvvür əldə etmək mümkün olmayan cəhətləri əksini tapmışdır.

Daş dövründə Qobustanın landşaftı isti və rütubətli iqlimə, zəngin bitki və

heyvanlar aləminə, bol yem ehtiyatına malik savannadan ibarət idi. Burada iri və vəhşi

öküz, saqqallı keçi, maral, vəhşi at, gur ceyran sürüləri var idi; şir (yaxud pələng),

canavar, çöldonuzu və digər heyvanlara da rast gəlinirdi. 8

Dənizin yaxın lığı və balıq ehtiyatının bolluğu Mezolit dövründə Qobustan

bölgəsində yığıcılıq və ovçuluqla məşğul olan qəbilələrin yaşayış yerlərinin oturaq

xarakter daşıdığını ehtimal etməyə imkan verir. Balıq rəs mləri balıqçılığın mövcud

olduğunu göstərir. Qobustanda torla balıq (ağbalıq) tutulmasının təsvir edilməsi,

Mezolit laylarındakı balıq (ağbalıq və digər nərə balıqları) və suiti sümüklərinin

qalıqları e.ə. X-IX minilliklərə aid edilir və şəksiz, Qafqazın bütün ərazisində ən erkən

inkişaf etmiş dəniz ovçuluğuna sübutdur. 9 Suiti sümüyünün tapılması çox maraqlıdır.

Suiti əti çətin ki, yeyilmiş olsun. Ehtimal ki, suitinin yağından işıqlandır ma vasitəsi,

dərisindən isə paltar kimi istifadə edilmişdir. Strabon (I əsr) massagetlərdən danışarkən

yazırdı: "Bataqlıq adamları balıqla qidalanır və burada dənizdən keçən suiti dərisi

geyirlər". 10 Görünür Qobustanın qədim sakinləri suiti dərisindən paltar kimi istifadə

etmişlər.

E.ə. VI-IV minilliklərdə təsərrüfat fəaliyyətinin yeni sahələri -əkinçilik və

maldarlıq qədim qəbilələrin istehsal həyatına möhkəm daxil oldu. 11

C.N.Rüstəmov və F.M.Muradovanın Qobustanda apardığı arxeoloji qazıntılar

Daş-Mezolit və Neolit dövrlərində qəbilələrin uzun müddət bu bölgənin qayaaltı

mağaralarında yaşaması ehtimalını təsdiq edir. Qəbilələrin Tunc dövrünün (e.ə. III

minilliyin əvvəlindən I minilliyədək) qədim yaşayış yerlərində uzun müddət yaşadığını

Ana zağa, Çardağ zağa daşaltı sığınacaqlarının, Firuz düşərgəsinin, habelə dairəvi

planlı möhkəmləndirilmiş Dairə, təbii istehkam olan Böyükdaş yaşayış yerlərinin

materialları təsdiq edir. Ana zağa mağarasında mədəni təbəqənin altında bəzək şeyləri

xırda çaydaşından, habelə molyusk çanağından deşmə yolu ilə hazırlanmış asmalar

tapılmışdır.

Məlumdur ki, qədim insanlar balıqqulağından boyunbağı, ehtimal ki, həm də

mübadilə vasitəsi kimi istifadə etmişlər. Bu balıqqulaqları içərisində Qobustandakı

12

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!