24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

türkləri Şirvandan getməyə vadar etmək üçün böyük təzminat verməli oldu. 12 H.459-cu

il məhərrəm ayının birində (22 noyabr 1066-cı il) türklərin başçısı Qaratəkin ikinci dəfə

Fəribürzün onunla ittifaq bağlamış əmisi Məmlan bin Yəzid bin Məhəmmədin

müşayiəti ilə Şirvana hücum etdi. Qaratəkin Yəzidiyyənin (Şamaxı) qapıları qarşısında

çadır qura-raq şəhəri mühasirəyə aldı. Sonra o, ölkənin dağ və dərələrinə hücum

çəkərək, onları viran qoydu, xeyli adamı qırdı, sürüləri apardı, qadın və uşaqları əsir

aldı, Şirvanı "boş səhraya" (Quran, XX, 106) döndərdi. Oradan Bakuyəyə enən

Qaratəkin burada əhalinin xeyli hissəsini qırdı, qadın və uşaqları, sürüləri qovub

apardı. 13 Vəziyyət qorxulu hal alanda Şirvanşah 4000-dən çox cins atdan ibarət ilxısını

Məsqətə göndərdi. Qaratəkinin dəstələri Bakıdan Şabranadək qabaqlarına çıxan hər

şeyi qarət edib dağıdırdılar. "Türklər Şabranın həndəvərində düşərgə salaraq ətraf

kəndləri qarətə çıxdılar. Onlar müsəlmanları və onların müttəfiqlərini yandırırdılar".

Onlar dağlara qalxdılar və oradan Məsqət üzərinə hücuma keçdilər, Fəribürzün ilxısını

qovub apararaq Şabrana qayıtdılar. 14 Qaratəkinə 2000 türk döyüşçüsündən ibarət

kömək gəldiyindən şirvanşahın vəziyyəti daha da ağırlaşdı. Yəzidiyyənin mühasirəsi

davam etsə də, türklərin şirvanşahı qaladan çıxmağa məcbur etmək cəhdləri baş

tutmadı. Şirvanşah öz adanıını sultanın hacibinin yanına göndərdi. Hacib Fəribürzün

yanına gəldikdə şirvanşah, hər şeydən əvvəl, öz daxili düşmənini - doğmaca əmisini

məhv etmək üçün ona 6000 dinar verərək öz tərəfınə çəkdi. Ehtimal ki, bu hədiyyə

türkləri Kürü keçib topladıqları qənimətlə geri qayıtmağa sövq etmişdir. Türklərin

ölkəni zəbt etmək təhlükəsi şirvanşahı onlara xərac verməyə vadar etdi. 15 H.459

(1067)-cu ildə Qəzvin hakimi türk Elbasan Şirvanı türklərin basqınlarından qorumasını

vəd etməsi müqabilində Qaratəkinə hər il verməyə öhdəsinə götürdüyü 30.000 dinarı

almaq üçün öz məmurlarını şirvanşah Fəribürzün yanına göndərdi. 16

Qaratəkinin yürüşündən sonra türklərin Azərbaycana gəlmələri intensiv şəkil

aldı. H.459 (1067)-cu ildə qoşun başçıları Qaymas və Qaratəkin türk süvari dəstəsi ilə

şirvanşahın yanına gəldilər və o, əmisi Qubadın qızını Yəzidiyyəyə köçüb gələn

Qaratəkinə ərə verdi. 17 Həmin il səlcuq sultanı Alp Arslan Arrana daxil oldu. Şirvanşah

Fəribürz qiymətli hədiyyələrlə onun hüzuruna gedərək öz xidmətini təklif etdi və h.460

(1068)-cı il səfərində onu müşayiət etdi. 18

Alp Arslan h.460 (1068)-cı ildə Gürcüstan səfərindən qayıtdıqdan sonra

Gəncədən keçib Bərdəyə gələndə əl-Babın nümayəndələri şəhərin bir neçə rəisini həbs

etmiş şirvanşahdan ona şikayət etdilər. Sultan onların azad olunmasını əmr etdi.

Fəribürz onun əmrini yerinə yetirdi. Sonra sultan şirvanşahı həbsxanaya saldı, nəhayət,

onu azad edərək, hər il böyük məbləğdə xərac verməyə məcbur etdi. 19 Şirvanda sonralar

baş verən hadisələr şirvanşahın hücumları və Dərbəndlə mübarizəsi ilə bağlıdır.

Mənbələrin verdiyi məlu matlarda həm yerli hakimlərin, həm də səlcuq işğalçılarının

ikiqat zülm və istismarı altında əzilən Şirvan və Arran şəhərlərinin ağır vəziyyətindən

danışılır. Şirvanın və bütün ölkənin səlcuqlar tərəfindən işğalı Səlcuqilər sülaləsinin öz

qüdrətinin zirvəsinə çatdığı Məlik şahın hakimiyyəti dövründə (1072-1092) baş verdi. 20

Numizmatik məlumatların təsdiq etdiyi kimi, bu dövrdə Şirvanşahlar səlcuq sultanının

vassalına çevrilirlər. Şirvanşahların kəsdirdikləri sikkələrdə xəlifə ilə yanaşı səlcuq

63

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!