24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

divarlarından xaricdə dulusçular məhəlləsi aşkar edilmişdir. Həmin sahədə dulus

kürəsinin qalıqları da tapılmışdır. 34

Yuxarıda dediyimiz kimi, A zərbaycanda keramika istehsalının inkişafı XII-XIII

əsrin əvvəllərinə aiddir. Azərbaycanın monqollar tərəfindən istilası, şəhərlərin

dağıdılması, sənətkarların əsir aparılması bir sıra istehsal sahələrinə, o cümlədən

keramika istehsalına böyük zərbə vurdu. Keramika sənəti XV-XVI əsrlərdəki müəyyən

dirçəlişə baxmayaraq, tənəzzülə uğradı və bu qədim sənət sahəsi bir daha XII əsr

səviyyəsinə çata bilmədi.

XVI-XVIII əsrlərdə Bakıda mühüm bədii sənət sahələrindən biri zərgərlik idi.

Mənbələr rəngli minadan və qızıldan hazırlanmış gözəl bəzək şeylərindən xəbər

verirlər. Şirvanlı Abdulla xanın geyimini təsvir edən ingilis səfiri Antoni Cenkinson

belə nəql edir: " Çalmasının sol tərəfində mina və qiymətli daşlarla işlənmiş qızıl lüləyə

taxılmış lələklərdən eqret ucalırdı. Onun sırğalarından iki yaqut düzülmüş əl boyda

artırma sallanırdı". Rəngli minadan və qızıldan hazırlanan bəzək əşyaları A zərbaycanda

əsrimizin 20-ci illərinədək geniş yayılmışdı. Onların ornament və formaları əsasən

qədim motivlərini qoruyub saxlayaraq nəsildən nəslə ötürülmüşdür ki, bu da

incəsənətdə varislik ənənələrinin möhkəmliyini göstərir. 35 Qızıl və gümüş qadın bəzək

şeyləri - paltarda tikmələr, bilərziklər, qızıl və gümüş toqqalı və düyməli kəmərlər

Bakıda və Azərbaycanın digər şəhər və kəndlərində geniş yayılmışdı. 36

Sənətkarlar feodal və xanlarin atlarını bəzəyən üzəngiləri, yüyənləri, yəhər

qayışlarını qızılla işləyirdilər. Qızıl saplarla (güləbətin) tikilmiş çullar, mirvari və digər

qiymətli daşlarla bəzədilirdi. Qızıl və gümüş zərgərlik məmulatları basmaqəlib və oyma

naxışlarla işlənirdi. XVI-XVIII əsrlərdə qızıl və gümüş bəzək əşyalarında qədim

məmulatlarda rast gəlinməyən qara mina qarışdırılmış qızıl və gümüşdən 37 istifadə

olunurdu. XVI-XVIII əsr zərgərlik məmulatları arasında üstü filiqran və zər dənəcikləri

ilə bəzədilmiş yumruvarı boyunbağı, muncuq və sırğalara təsadüf edilir. 38 Buna bənzər

bəzəklər düyməli və toqqalı qızıl və gümüş qadın kəmərlərində də tətbiq edilirdi. Bu

məmulatlar son dərəcə zərif və mürəkkəb zərgərlik işi idi. XVI-XVIII əsrlərdə feodallar

və əyanlar üçün hazırlanan qızıl zərgərlik məmulatları tacirlərin İrandan, Hindistandan,

Ərəbistandan və digər ölkələrdən Şirvan şəhərlərinə gətirdikləri qiymətli daşlarla -

mirvari, almaz, zümrüd, ləl və firuzə ilə bəzədilirdi.

Bakıda bənnalıq sənəti geniş vüsət almışdı. İçərişəhərdə arxeoloji qazıntılar

zamanı əhəng məhlulu ilə yonulmuş və az yonulmuş daşlardan hörülmüş planda

düzbucaqlı evlərin bünövrələri və divar qalıqları aşkar edilmişdir. Divarların çoxunun

səmti başqa ölkələrdəkinə uyğun gəlir. Otaqlarda qapı və pəncərə açırımlarından əlavə,

məişət müxəlləfatı üçün kiçik dördkünc taxçalar vardır. Otaq divarlarının içəri tərəfdən

bəzi yerlərində suvağı qalmışdır. Evlərin balaca həyətlərində müxtəlif ölçülü təndirlər,

kül və yanmış gil qalıqları yığılmış ocaq yerləri, ağzının qıraqları daşla hörülmüş

təsərrüfat və zibil quyuları, su və kanalizasiya xətləri, digər məişət obyektləri aşkar

edilmişdir. 39 XVI-XVIII əsrlərə aid mövcud memarlıq abidələri memar, bənna,

daşyonan və rəssamların yüksək sənətkarlıq səviyyəsini göstərir.

Abşeron abidələrinin epiqrafik məlumatları binaların tikilməsində məlum əmək

172

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!