24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qayırılmış qablardan, tabaqlardan, taslardan, dolçalardan, əhəngdaşından (şirli

keramika - S.A.) və qızıldan düzəldilmiş satıllardan, bununla yanaşı nəfis şüşə

qablardan, rəngli büllurdan və əla cəvahiratdan istifadə edirdilər". 3 Bakı qalası

(İçərişəhər) ərazisində aparılan qazıntılar zamanı şirvanşahların, feodalların, habelə

dövlətli şəhərlilərin istifadə etdikləri VIII-X əsrlərə aid çoxlu miqdarda gözəl şirli saxsı

qab, şüşə məmulat qırıqlarının tapılması ərəb mənbələrinin məlumatlarını təsdiq edir.

Məzyədilər Xilafətin vassalı olan ilk müsəlman Şirvanşahlar sülaləsi idi. Onlar

Bərdədə oturan ərəb canişininə - əmirə tabe idilər. Əmirlər ərəblərin qoyduqları yerli

hakimlərin fəaliyyətinə, şəhər və kənd əhalisinin üzərinə qoyulan vergilərin (cizyə,

xərac ve s.) yığılmasına nəzarət etməli idilər. 4 Əmir öz bölgəsindəki qoşunun

komandanı, inzibati aparatın başçısı idi. Ərəblərin hökmranlığı dövründə Bakının neft

quyuları və duz mədənləri vəqf kimi Dərbənd qazilərinə verilmişdi. Şirvanşahlar neft

quyularından və duz mədənlərindən vergiləri (rüsum ən-nəffətə və-1-məllaha)

toplamaq və yığılan vəsaiti Dərbənd qazilərinə göndərmək üçün xüsusi vergi yığanlar

təyin edirdilər. Vəqf təsisatı çoxdan mövcud idi. Şirvanşah Heysəm ibn Məhəmməd

Şirvanın bir neçə kəndinin məhsulunu da həmin məqsəd üçün ayırmışdı. 5

X əsrdə Şirvan şəhərlərində - Bakıda, Şamaxıda, Dərbənddə ölkənin siyasi

həyatına müdaxilə etməyə başlayan rəislərin - sex təşkilatlarının, yaxud tacir silklərinin

başçılarının hakimiyyəti gücləndi. Haşimilər sülaləsinin hakimiyyət sürdüyü

Dərbənddə iğtişaşlar baş verdikdə rəislər şəhər əhalisi ilə birlikdə tez-tez öz hakimlərini

qovaraq şirvanşahı şəhərə hakim olmağa dəvət edirdilər. 6 Şirvanşahlar sülaləsinin

nüfuzu əl-Babın yerli zadəganları arasından çıxmış Haşimilər sülaləsinin nüfuzundan

qat-qat üstün idi. Şirvanşahlar Dərbəndə sahib olmaq uğrunda bu şəhərin hakimləri,

habelə, öz ərazilərini genişləndirmək məqsədilə qonşuları ilə tez-tez müharibə

aparırdılar. H.382 (992)-ci ildə Qəbələ rustağında şirvanlılarla şəkərlilər arasında

şiddətli vuruşma baş verdi. Döyüşdə şirvanşahın vəziri Müsəddid ibn Həbəşi öldürüldü,

onunla birlikdə Şirvan qoşununun adlı-sanlı 400 süvari əsgəri də həlak oldu. 7

Şirvanşahlar süvari döyüşçülərdən və daimi ordudan (əsgər) ibarət yerli qoşun (cünd)

saxlayırdılar. Onlar hərbi quruculuqda muzdlu döyüşçülərdən də geniş istifadə

edirdilər. Belə ki, h.455 (1063)-ci ildə Arran hakimi Əbüləsfər Şirvanın paytaxtını

mühasirəyə alarkən "Ləkz və diduvan (Dağıstandakı dido tayfası) zadəgan

gənclərindən" 50 süvari öldürülmüşdü. Şirvanşah qoşununun tərkibində qarnizon

xidməti göstərən qeyri-nizami dəstələr (növbətiyyə) də var idi. Onlar hər ay

dəyişdirilirdilər. 8 Şirvanşahların silahlı mühafizəçiləri (qulamları), nökərləri (xadim) və

qulları vardı. Onlar müstəqil hökmdar kimi öz adlarından xütbə oxudurdular. 9

Şirvanşahlar sarayında vəzirlər böyük nüfuza və hakimiyyətə malik idilər.

Şirvanşahlar onlarla hesablaşırdılar. Belə ki, vəzir İbn Əl-Məraqi hakimiyyəti ələ

keçirməyə cəhd göstərərək, şirvanşah Məhəmməd ibn Yəzidi və onun qardaşı Əhmədi

qətlə yetirmişdi. 10

Bizim əlimizdə VIII-X əsrlərdə Bakının sosial təbəqələri və şəhər idarəçiliyinə

dair mənbələrin məlumatı yoxdur. Lakin "Tarix əl-Bab"ın Şirvanın başqa şəhərləri

haqqında verdiyi məlumatlar bu məsələni Bakı ilə əlaqədar da müəyyən dərəcədə

58

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!