24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ki, ərəblərin vaxtında o qədər çox neft çıxarılmışdır ki, xəlifələr Xilafətin şimal

sərhədini köçərilərin basqınlarından qoruyan qarnizonu onun gəliri hesabına saxlaya

bilmişlər.

Bakı nefti ölkənin hüdudlarından uzaqlarda da məlum idi. Daha sonrakı

mənbələrdə (X əsr) Bakı nefti və Bakı şəhərinin özü haqqında ətraflı məlumat verilir.

Məsələn, ərəb coğrafiyaşünası əl-İstəxri 930-cu ildə Bakıda ağ və tünd boz neft

çıxarıldığını yazmışdır. 18 "Bu ölkələrin sahillərini Təbəristan dənizi 19 yuyur. Bab

əl-Əbvabın şəhərləri həmin dənizin ətrafındadır və bu dənizdəki Bakı və Muğan

şəhərlərində ağ və tünd boz neft mənbələri, onların arasında isə dəniz körfəzi var;

burada "sərmahlar" 20 tutur və bütün ölkələrə ixrac edirlər...". 21 Göründüyü kimi, bu

dövrdə Abşeronda müxtəlif növ neft çıxarılırdı ki, onların arasında ağ neft daha

qiymətli sayılırdı. Abşerondan başqa, köhnə Bakı qalasının lap yaxın lığında, dənizin

sahilində də neft quyuları var idi. Bunu Bayıl rayonundakı buxta torpaqla doldurularkən

aşkar olunmuş qədim quyu nişanələri də təsdiq edir. Əl-İstəxri daha sonra Xəzər

dənizinin sahilində balıqçılığın inkişaf etdiyini xəbər verir. Bir sıra balıq növləri başqa

ölkələrə də aparılırdı. Xəzər dənizinin qərb sahillərində balıqçılığın inkişafı barədə

antik və erkən orta əsr müəllifləri də məlumat vermişlər. 22 Əl-İstəxrinin məlumatları ilə

yanaşı, 942-ci ildə Bakıda olmuş ərəb səyyahı Əbu Düləf də şəhəri aşağıdakı şəkildə

təsvir etmişdir. "Mən Böyük Təbəristan dənizinin sahili ilə Şirvan vilayətlərindən olan

Bakuyə deyilən yerə gəlib çatanacan ağacların altı ilə səksən fərsəng yol getdim.

Burada neft mənbəyi gördüm. Onun gündəlik icarə haqqı (qəbələsi) min dirhəmdir.

Yanında gecə-gündüz fasiləsiz olaraq zanbaq kimi ağ neft axan başqa bir mənbə də var.

Onun da icarə haqqı elə birincininki kimi idi". 23

Əbu Düləfin bu məlumatı çox qiymətlidir, belə ki, hər birindən gündə 1000

dirhəm olmaqla təkcə iki quyunun gəliri haqqında təsəvvür yaradır. 24

Bu məbləğ həmin dövrdə böyük miqdarda neft hasil olunduğunu və ərəblərin

vaxtında neft istehsalında icarədarlıq sisteminin mövcudluğunu göstərir. Gətirilən

parçada xatırlanan icarə haqqına gəldikdə isə, görünür burada söhbət icarədarlara

verilən dövlətə məxsus neft quyularından gedir və hər quyudan götürülən 1000 dirhəm

məbləğində gəlir isə dövlətin icarədardan aldığı icarə pulu idi. Neft quyularının bu cür

istismar üsulundan sonralar, monqollar və digər istilaçılar dövründə də istifadə

edilmişdir.

Neftdən məhdud şəkildə istifadə olunması böyük gəlir gətirə bilməzdi. Əbu

Düləfın gəlirin məbləğinə dair gətirdiyi rəqəm, yuxarıda deyildiyi kimi, o vaxtlar neftin

hərbi texnikada geniş tətbiq edilməsi ilə izah olunur. Xəzərlərlə və Bizansla vuruşan

müsəlman orduları haqqında hekayətlərdə daim neftdən istifadə edən dəstələr, bir növ,

artilleriya hissələri idi. Neft hasilatından alınan böyük gəliri məhz onun hərbi texnikada

belə geniş tətbiqi ilə izah etmək müm-kündür. 25

Bakıda ağ neft çıxarılması barədə əl-Məsudi də məlumat verir. O, həmçinin

yerdən püskürən od mənbələrini də xatırlayır. 26

"Bu dənizdə Bakı deyilən yer var, Bab-əl-Əbvabın qonşuluğundakı Şirvan

48

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!