24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

göstərir. Şamaxı şəhəri sakinlərinin adları çəkilən kitabə qırıqlarında da buna işarə

edilir.

Ola bilsin ki, Bakıda möhkəm qala tikilməsinə Şirvanın paytaxtı Şamaxıya

yadellilərin hücum təhlükəsi ilə bağlı siyasi hadisələr səbəb olmuş və Şirvanın

ucqarında yerləşən Bakı şirvanşah və onun ailəsi üçün etibarlı sığınacaq sayılmışdır.

Bu, monqolların birinci hücumundan və Şamaxının 1221-ci ildə dağıdılmasından sonra

xüsusilə zəruri idi.

XIV əsrdə Şirvanşahların iqamətgahı olan bu qalanın su altında qalması ilə

əlaqədar XV əsrin əvvəllərində yeni təhlükəsiz yerdə Bakı yüksəkliyinin təpəsində

Şirvanşahlar sarayı ansamblı tikilmişdir. Həmin saray quru tərəfdən indiki Milli Elmlər

Akademiyasının binasına bitişən qala bürcü ilə müdafiə olunurdu.

Bakı buxtasında tikintisi h.632 (1234/35)-ci ildə, Şirvanşah III Fəribürzün

hakimiyyəti dövründə başa çatan abidə möhkəm dəniz qalası və eyni zamanda,

Şirvanşahların iqamətgahı idi. Məzyədi Şirvanşahlar sülaləsinin şəcərəsi verilən

kitabədə bu sülalənin ayrı-ayrı nümayəndələrinin hakimiyyəti ilə bağlı müxtəlif tarixi

hadisələr xatırlanır. Kitabələrin oxunması sahəsindəki gələcək işlər daha dəqiq nəticələr

çıxarmağa imkan verəcəkdir.

Bakının qədim abidələrindən biri Bibiheybətdə, Şıxlar kəndində, şəhərin 5-6

kilometrliyindəki indi mövcud olmayan köhnə məscid olmuşdur. Həmin məscid dağ

döşündə dəniz sahilindən yarım kilometr aralı, rəvayətə görə, yeddinci imam Musa

Kazımın xəlifələrin təqibindən qaçıb Bakıya gəlmiş qızının türbəsinin yerində

tikilmişdir. Həmin imam h.128 (745/6)-ci ildə doğulmuş və xəlifə Harun ər-Rəşid

tərəfindən h.183 (799/800)-cü ildə Bağdadda öldürülmüşdür. 81

Başqa bir versiyaya görə Məkkənin qüreyşi hakimlərinin Məhəmməd

tərəfdarları ilə mübarizəsi zamanı onların bəziləri qaçmışdır. 8-ci imam Rza da ailəsi ilə

birlikdə qaçanlar arasında olmuşdur. Qaçhaqaç vaxtı onlar ayrı düşmüş, imam özü

Xorasana, qızı və bacısı isə Bakı ətrafına gəlib çıxmış, indiki Şıxlar kəndinin yerində

məskən salmış və burada da vəfat etmişlər. 82 Onların dəfn olunduğu yerdə türbə və

məscid tikilmişdir. Türbə son vaxtlara qədər müqəddəs sayılırdı, ora müxtəlif yerlərdən

ziyarətə gəlirdilər. İmamın qızının adı Hökumə xanım idi. Onun Heybət adında nökəri

var idi ki, o da həmin yerdə basdırılmışdır. Heybət Hökumə xanımı"bibi" çağırdığından

məscid də Bibiheybət, yəni Heybətin bibisinin məscidi adlandırılmışdır . Məscid

tikildikdən sonra dini təriqətin üzvləri - şeyxlər onun ətrafına toplaşdı və kənd onların

adı ilə Şeyxlər, yaxud Şıxlar adlanmağa başladı. 83 Məscidin yanında 20 m-lik yaraşıqlı

minarə ucalırdı. Məscidə bitişik türbə, sərdabə və məzarlar var idi. 1900-cü ildə şimal

tərəfdən türbəyə bitişik yeni məscid tikilmiş və bununla əlaqədar köhnə məsciddə və

türbədə dəyişiklik aparılmışdı. 84

Köhnə məscidin cənub divarında ərəbcə kitabə var idi. Kitabədə deyilirdi:

Bibiheybət məscidi 1936-ci il sentyabrın axırlarında Azərbaycan KP MK-nın birinci

katibi Mir Cəfər Bağırovun əmri ilə dinamitlə tamamilə dağıdılmışdır.

112

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!