24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

2. ġƏHƏRĠN ĠQTĠSADĠ HƏYATI

XVIII əsrin birinci yarısının sonlarında Şimali A zərbaycan şəhərləri dərin

iqtisadi böhran içərisində idi. Ölkənin məhsuldar qüvvələri demək olar ki, qırxillik

müharibə, feodal araçəkiş mələri, şah hakimiyyəti və yerli feodallar tərəfindən

amansızlıqla yatırdılan kəndli üsyanları 1 nəticəsində dağılmışdı. Bakı xanlığının

paytaxtı, Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı, Azərbaycanın başqa şəhərləri

kimi təsərrüfat düşkünlüyü keçirirdi. Lerx 1747-ci ildə ikinci dəfə Bakıda olarkən şəhər

həyatının tənəzzülə uğradığını qeyd etmişdi. 2

Mənbələrdə bu dövrdə böyük miqdarda neft hasilatının və İrandan başqa, digər

ölkələrə neft ixracatının üstündən sükutla keçilir. 3 Artıq 1733-cü ildə neft hasilatının 4

kəskin şəkildə aşağı düşməsi qeyd olunurdu. Ehtimal ki, bu, XVIII əsrin birinci

yarısının axırlarınadək davam etmişdir. Daha sonrakı mənbələrdə şəhərin iqtisadi

həyatının müəyyən qədər dirçəldiyi xəbər verilir. Xanlıq hakimiyyəti natural

təsərrüfatın feodal məhdudiyyətinə, texnikanın ibtidailiyinə və geriliyinə baxmayaraq,

Nadir şahın hakimiyyət dövrünə nisbətən mütərəqqi idi.

İqtisadi tənəzzül, ehtimal ki, XVIII əsrin 70-ci illərinədək davam etmişdir. Bakı

xanlığı 70-ci illərdə öz ərazisini qonşu xanlıqların ərazisi hesabına genişləndirən Quba

xanlığından vassal asılılığına düşdü. 5 Bu, Bakı xanlığının iqtisadiyyatına əlverişli təsir

göstərdi. Belə ki, bununla ona tez-tez basqın edən feodalların hücumlarına son qoyuldu.

Bundan başqa şəhər həyatının canlanmasına Rusiya ilə XVIII əsrin birinci

yarısının sonunadək xeyli aşağı düşmüş ticarət əlaqələrinin yenidən inkişafı da kömək

edirdi.

Bir sıra xanlıqların qubalı Fətəli xan kimi dövlət xadiminin başçılığı altında

birləşməsi Bakı şəhərinin də inkişafına əlverişli təsir göstərdi.

1770-ci ildə Rusiya A kademiyasının üzvü Samuil Qotlib Qmelin yolüstü Bakıda

olmuş, şəhəri və onun neft mədənlərini müfəssəl təsvir etmişdir. Bu vaxtlar Abşeronun

qərb hissəsindən başqa şəhərin iki verstliyində, Qmelinin sözlərinə görə yerli sakinlərin

Bel (ehtimal ki, Bayıl - S.A.), rusların isə "şah bazarı" adlandırdıqları indiki Bayıl

rayonunda da neft çıxarılırdı. 6 Burada "iki sajın dərinliyində perpendikulyar və dəyirmi

şəkildə qazılmış pərakəndə halda..." 7 yetmişdən çox neft quyusu var idi. Başqa

quyulardan çıxarılan neftin doldurulduğu neft anbarı da burada idi. O möhürlənmişdi.

Bayıl nefti keyfiyyətcə Abşeron neftindən aşağı idi. Onu ancaq Salyana aparırdılar.

İrana isə yüksək keyfiyyətli neft göndərilirdi. Abşeron neftinə tələbat böyük idi və on

beş funtluq batmanı beş qəpiyə satılırdı. 8 Ağ neft xüsusi qurğu vasitəsilə - "kubdan

keçirməklə" emal olunurdu. İkiqat emal zamanı neft qatılaşır və rəngi dəyişilmirdi.

216

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!