24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Voynoviçi təbrik etmək və qulluq göstərmək təklifi ilə onun yanına elçilər göndərdi.

Qraf Voynoviç onun təbrikinə cavab verərək, Bakıda və Dərbənddə ticarət edən rus

tacirləri ilə bağlı bəzi məsələləri onunla nizama salmaq istədiyini bildirdi. 27 Onlar

avqustun 13-də danışıqlar aparmaq üçün görüşdülər. 28

Qablitsin məlumatına görə, xanla Voynoviç arasında danışıqlar avqustun

axırınadək davam etdi və Voynoviçin bütün tələblərinin qəbul olunması və xandan rus

tacirləri üçün olduqca əlverişli iltizam alması ilə başa çatdı. 29

1782-1783-cü illərdə hələ sağ olan Hacı Məlik Məhəmməd xan Bakı xanı idi,

lakin, əslində Bakı xanlığını idarə edən Fətəli xanın ali hakimiyyətinə tabe idi.

A.Bakıxanov Məlik Məhəmməd xana belə bir müsbət xarakteristika verir:

"Hicri 1196-cı (1781) ildə dindar, ədalətli bir əmir olan bakılı Hacı Məlik Məhəmməd

xan Hacı Mirzə Məhəmməd xan oğlu 11 yaşlı oğlu II Mirzə Məhəmməd xanı dayısı

Fətəli xanın himayəsi altında Bakı hakimi təyin etdi. Özü Ətabətə (Kərbəlaya və

Nəcəfə) ziyarətə gedib, Nəcəfi-əşrəfdə vəfat etdi". 30

Lakin Məlik Məhəmməd xanın Bakıxanov tərəfindən göstərilən ölüm tarixi

(1781-ci il) dəqiq deyil; Məlik Məhəmməd xanın onun oğlunun göstərdiyi ölüm tarixi -

1784-cü il daha düzdür. 31 Azərbaycanın bir neçə xanlığının tabe olduğu qubalı Fətəli

xan bütün Şirvana sahib idi. Fətəli xanın həddi-büluğa çatmamış bacısı oğlu Bakı xanı

II Mirzə Məhəmməd xan onun qəyyumluğu altında idi. 32 Xanlığı, əslində, azyaşlı xanın

anası Xədicə Bikə idarə edirdi.

1789-cu ildə Fətəli xan qəflətən xəstələndi. Artıq sağalmayacağını hiss edən

Fətəli xan tələsik bacısı Xədicə Bikənin yanına, Bakıya getdi və h.l203-cü ildə (22 mart

1789-cu ildə) orada 53 yaşında öldü. 33 Bunu onun Şıx kəndində məscidin həyətində -

məzarlıqdakı qəbrində qoyulmuş mərmər başdaşındakı kitabə təsdiq edir. 34 II Mirzə

Məhəmməd xan dayısı qızı, Şeyxəli xanın bacısı Xanbikə xanımla evlənmişdi.

H.1205 (1791)-ci ildə Bakı xanlığını ələ keçirməkdə ona kömək göstərərsə,

Əhməd xana xərac verməyi vəd edən II Mirzə Məhəmməd xanın əmisi, I Mirzə

Məhəmməd xanın oğlu Məhəmmədqulu ağanın fitnəkarlığı nəticəsində Fətəli xanın

böyük oğlu, onun varisi Əhməd xanla Bakı xanı II Mirzə Məhəmməd xan arasında

ədavət düşdü. 35

Bakı xanlığında xanlar arasında çəkişmə, əsasən, böyük gəlir gətirən neft

mədənləri üstündə baş verirdi.

Bakıxanovun məlumatına görə Əhməd xan Salyana yürüş bəhanəsi ilə qoşunun

bir hissəsini Bakıya, heç nədən xəbəri olmayan II Mirzə Məhəmməd xanın üstünə

göndərdi. Gizlincə Bakıya gələn Məhəmmədqulu ağa öz tərəfdarlarını toplayıb qalanın

təslim olması üçün hazırlıq apardı. Nəticədə Məhəmmədqulu ağa bütün istehkamları

ələ keçirdi, II Mirzə Məhəmməd xan isə həbs olunub Qubaya göndərildi. Lakin Bakıda

möhkəmlənən Məhəmmədqulu xan qubalı Əhməd xana vəd verdiyi xəracı verməkdən

boyun qaçırdı. Tutduğu düşünülməmiş işdən peşman olan Əhməd xan II Mirzə

Məhəmməd xanı qoşunla birlikdə Bakı qalasını tutmağa göndərdi. Əhalinin xəyanət

etməsindən qorxan Məhəmmədqulu xan onların I Mirzə Məhəmməd xanın Nadir şah

vaxtında topladığı xəzinəni qarət etməsinə imkan verdi. Şəhər əhalisi tərəfindən dəf

204

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!