24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

abidənin uzunluğu təqribən 180, eni isə 40 metrdir. 68 Bürclər (15 sayda) divarla

birləşdirilmiş və divarın yuxarı hissəsi ərəb hürufatı ilə yazılmış kitabə zolağı ilə

əhatələnmişdir. Üzərində kitabə olan belə daşlardan hər birinin uzunluğu təqribən 70

sm-ə, eni 25-dən 50 s m-ə, qalınlığı 15-25 s m-ə çatırdı.

Kitabələrdən başqa, daşların bəzilərində insan başları (çox vaxt taclı) anfasdan

qabartma təsvir olunmuşdur. Bəzi təsvirlər qaçan heyvanlara - camışa, öküzə, qoyuna

oxşayır. Şir, it, dəvə və i.a. başlarının təsvirlərinə də rast gəlinir. Ən maraqlı tapıntı

üzərində təbii ölçüdə iki at barelyefinin hissələri olan iki daş idi. Arxeoloji iş aparıldığı

bütün müddət ərzində suyun altından üzərində kitabə olan 636 daş tapılıb çıxarılmışdır.

İki daşın üzərində ərəb hürufatı ilə " Usta Zeynəddin ibn Əbu Rəşid Şirvaninin işidir"

sözləri həkk olunmuşdur. 69

Qalanın tikilmə tarixinin ilk göstəricisi şirvanşah III Fəribürzün divar

hörgüsündə tapılmış XIII əsrin birinci çərəyinə aid sikkəsi olmuşdur. 70 Bir qədər sonra

h.63 ...tarixli kitabənin bir parçası və nəhayət, 1946-cı ildə həmin tarixin tam halda -

h.632 (1234- 1235)-ci il - təkrar edildiyi kitabə tapılmışdır. 71

Kitabədə şəxs adlarından "Məhəmməd ibn Yəzid", "Xalid", "Əli", "Mənuçöhr",

"Güştəsb", "Gərşəsf‖, "Fəribürz", 72 ləqəblərdən -"Cəlaləddin", "Camaləddin",

titullardan - "sultan", "şah" və i.a. rast gəlinmişdir. 73 Bundan başqa, daşlardan birinin

üzərində "Bəndər-i Baku", yəni "Bakı limanı" sözlərini oxumaq mümkündür. Ehtimal

ki, insan və heyvan təsvirlərini daş üzərində həkk etmiş rəssam "Rəşid ən-Nəqqaş"ın da

adı çəkilir.

Kitabə "bismillah" sözü ilə başlayır, sonra imarətin hakimiyyəti dövründə

tikildiyi "əl-məlik əl-müəzzəm şirvanşah"ın adı çəkilir. Həmin kitabənin yanında iki

daş üzərində, ehtimal ki, imarətin tikintisinin hakimiyyəti illərində başa çatdırıldığı

Fəribürzün adı həkk edilmişdir. 74 Kitabənin mətnində Məzyədi Şirvanşahlar sülaləsinin

şəcərəsi verilmişdir.

Həmin daşların üzərindəki kitabələr bugünədək tam şəkildə oxunmamışdır.

Müxtəlif heyvanların təsviri, ehtimal ki, bu və ya digər şirvanşahın hakimiyyət illərini

göstərir. Məlumdur ki, orta əsrlərdə Yaxın Şərq ölkələrində bu və ya digər il heyvan

adları ilə adlandırılırdı. Tac qoyulmuş insan başlarının təsviri isə, ehtimal ki,

şirvanşahlar sülaləsinin ayrı-ayrı nümayəndələrinə məxsusdur.

1946-cı ildə aparılan arxeoloji qazıntılar zamanı burada ikisində ocaq olan

doqquz yaşayış evinin bünövrəsi aşkar edilmişdir. Qazıntı prosesində qara və qırmızı

rəngli bişmiş gil qab qırıqları, eləcə də bütöv qablar tapılmışdır. XII-XIII əsrlər üçün

səciyyəvi olan şirli qab qırıqlarına da təsadüf edilmişdir. Mərkəzi meydan ərazisindən

tapılmış keramika məmulatı arasında, ehtimal ki, su kəmərində istifadə edilən saxsı

boruların qırıqları aşkar olunmuşdur.

Buxtadakı imarətin tədqiqi göstərir ki, o, dəniz müdafiə qalası olmuşdur.

Abidənin 1962-ci ilin iyul ayında arxeoloq O.Ş.İs mizadə tərəfındən tədqiqi onun

atəşpərəstlik məbədinin yerində tikilməsinə 75 dair fərziyyəni təsdiq etmədi. Giriş

qapısının ensizliyi (1,25 m) onun karvansara olması versiyasını təkzib edir, Belə ki,

yüklənmiş dəvələr və atlar buradan keçə bilməzdilər. Qoruyucu divarlarının 1,5

110

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!