24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

NƏTĠCƏ

Azərbaycanın qədim şəhərlərindən olan Bakı Yaxın və Orta Şərqdə erkən orta

əsrlərdən məlum olmuşdur. Onun iqtisadiyyatının əsasını neft və duz istehsalı, Bakı və

Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran təşkil edirdi. Onların həm quru

karvan yolları, həm də dənizlə uzaq Şərq ölkələrinə ixracı feodal şəhərinin inkişafının

mühüm amili idi. Şirvanın tərkibinə daxil olan Abşeron təbii və təsərrüfat

xüsusiyyətləri sayəsində ondan fərqlənən əlahiddə coğrafi, iqtisadi və siyasi vahid idi.

Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı şəhəri təsərrüfat baxımından onun

kəndləri ilə bağlı olub, şirvanşahdan vassal asılılığında olan pərakəndə feodal

torpaqlarının vahid dairəsini təşkil edirdi.

İstər köhnə Bakı qalasında, istərsə də Abşeronda səpələnmiş, bugünədək

mövcud olan XI-XV əsrlərə aid çoxsaylı memarlıq abidələri - əla yonulmuş

əhəngdaşından inşa edilmiş qala istehkamları, saray tikililəri, məscidlər Abşeronun

feodal pərakəndəliyinə, diyarın vergi mükəlləfiyyətli əhalisini istismar edən feodalların

zənginliyinə dəlalət edir.

Şəhərin iqtisadi və mədəni inkişafı rəvan getməmişdir. Bakıda çoxlu miqdarda

neft və duz hasilatına dair erkən məlumatlar ərəb hökmranlığı dövrünə təsadüf edir.

Bakı XIII əsrin 30-cu illərinin sonunadək Şirvan vilayətinin varlı, iqtisadi və

ticarət mərkəzlərindən biri olmuşdur. XIII əsrdə monqol istilası və ölkənin viran

edilməsi şəhərin iqtisadiyyatını dağıtdı, Abşeronun və Bakının neft təsərrüfatını

müvəqqəti olaraq pozdu. Lakin sonralar, XIII əsrin sonunda, XIV-XV əsrlərdə Bakı

Xəzər dənizində başlıca liman və Dərbəndilər sülaləsi Şirvanşahlar dövlətinin paytaxtı

olduqda o, nəinki A zərbaycanın, eləcə də bütün Yaxın Şərqin mühüm şəhərlərindən

birinə çevrildi. Bakı beynəlxalq tranzit ipək ticarətində və Şərqlə Qərb arasında digər

malların ticarətində fəal iştirak edirdi. Bu, feodal şəhərinin tərəqqi dövrü idi.

XVI əsrdəki dağıdıcı müharibələrə, Səfəvilər dövlətinə birləşdirilmiş Şirvandakı

bir sıra antifeodal üsyanlara baxmayaraq, Volqa-Xəzər yolunun açılması ilə əlaqədar

Bakının iri ticarət mərkəzi və Xəzər dənizində mühüm liman kimi əhəmiyyəti azalmadı.

XVI əsrin sonlarında-XVII əsrin əvvəllərindəki türk işğalından sonra Bakı

yenidən Səfəvilər dövlətinin tərkibinə daxil oldu. Mərkəzi hakimiyyətin güclənməsi

XVII əsrin 40-cı illərindən etibarən ölkənin məhsuldar qüvvələrinin inkişafını sarsıdan

feodal araçəkiş mələrinin və dağıdıcı müharibələrin kəsilməsi Bakının şəhər həyatının

inkişafına əlverişli təsir göstərdi. Şəhərə çoxlu əcnəbi tacirlər və səyyahlar gəlirlər.

Onlar şəhərin təsərrüfat həyatının canlanmasını, sənətkarlıq istehsalının artmasını,

ölkədən kənara aparılan neft və duz hasilatını qeyd edirlər. Şəhərin sosial həyatında

236

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!