24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

etdi. Qazıqumuqlu Xanbutay xanın Şəki xanı Məhəmmədhüseyn xana hücum etdiyini

eşidən Şeyxəli xan bacısı ilə evlənməyə hazırlaşdığı bakılı Mirzə Məhəmməd xanı min

nəfərlik dəstə ilə Bakının 14 verstliyində, Balaxana kəndinin neft quyularının yanında

qoyub Şəki xanının köməyinə getdi. 50

Bakının yaxınlığında olan Mirzə Məhəmməd xan şəhərə heç bir mal buraxmırdı

və duzlu gölləri, neft quyularını tutaraq Hüseynqulu xanı gəlir mənbələrindən məhrum

etdi. Bu, 1795-ci ilin əvvəlinədək, Hüseynqulu xanın öz yaxın qohumu Manaf bəyi

Həştərxan yolu ilə general Qudoviçin yanına yollayana qədər davam etdi. Xan

məktubunda Şeyxəli xanın hərəkətlərindən şikayətlənir, kömək istəyir və öz adından,

xüsusilə bütün Bakı şəhəri əhalisi adından əbədi olaraq Rusiyanın təbəəliyinə keçmək

istədiyini ifadə edirdi. 51 General Qudoviç Bakını talamamaq barədə Şeyxəli xana

məktub yazdı. Bu şəhər Şeyxəli xanın adına düşdüyündən o, Rusiya dövlətinin

tərkibinə daxildir, buna görə də Qudoviç ona məsləhət gördü ki, Bakı xanı ilə dinc yolla

hesablaşsın. 52 Şeyxəli xan öz torpaqlarından kənarda ikən Hüseynqulu xan elə həmin

1795-ci ildə Bakıdan qoşunla hərəkət edib, Mirzə Məhəmməd xanı məğlubiyyətə

uğratdı, onun özünü isə ailəsi və Şeyxəli xanın nişanlısı ilə Bakıya gətirdi. Mirzə

Məhəmməd xanın yanında olan Dərbənd qoşunu pərən-pərən düşdü, onun ailəsindən

isə təkcə Şeyxəli xanın yanına qaçan kiçik qardaşı Kəblə Hüseyn ağa xilas oldu. 53

Şirvanlı Mustafa xan Şeyxəli xanı Hüseynqulu xanla barışdırmağa çalışdı. 1795-ci ilin

payızında sonradan evləndiyi nişanlısı Bəyim, habelə qayınanası, ailəsi ilə birlikdə

qayını Bakıdan Şeyxəli xanın yanına qayıtdı. Şeyxəli xan Hüseynqulu xanla Bakıdan

götürülən gəlirin bir hissəsini Bakı xanına, bir hissəsini Şeyxəli xana, bir hissəsini isə

Mirzə Məhəmməd xana çatmaqla üç hissəyə bölünməsi şərtilə sülh müqaviləsi

bağladı. 54

1795-ci ilin dekabrında Hüseynqulu xanın rus təbəəliyinə qəbul olunması

haqqında ali fərman verildi və onun yuxarıda adı çəkilən elçisi saraya yola salındı.

Onun rus təbəəliyinə qəbul olunması haqqında bəndlərdə deyilirdi:

"1-ci - Xanın və onun varislərinin xanlıq rütbəsi imperator Əlahəzrətləri

tərəfindən təsdiq olunmalıdır. 2-ci -O, Rusiyanın təbəəsi olmayan qonşu məliklərlə

Qafqaz xəttinin baş komandanı ilə əvvəlcədən razılaşdırılmadan heç bir mühüm

məsələdə əlaqəyə girməməlidir. 3-cü -Rusiya tacirlərinə yüksək imtiyazlar verilməlidir.

4-cü - Onun sahillərinə çıxarılmış gəmilər yükləri ilə birlikdə toxunulmadan və

vaxtında sahiblərinə qaytarılsın. 5-ci -Rusiya gəmilərindən biri daim Bakı limanında

dayansın. 6-cı - Rus tacirlərinin farslarla və başqaları ilə olan işlərinə təkcə Bakı

hakimləri tərəfindən deyil, konsulun iştirakı ilə başlansın. 7-ci -Şeyxəli xanın Bakıya

iddiası ilə əlaqədar xanın ona ödəməyə razılıq verdiyi qədər xərac məqbul sayılsın,

çünki bu, Rusiya təbəəliyinə zidd deyil". 55

Lakin 1795-ci ilin axırlarında baş verən hadisələrlə əlaqədar təbəəliyə qəbulun

həyata keçirilməsi dayandırıldı. Bakı xanının rus təbəəliyini qəbul etmək istəyi onunla

izah edilir ki, o, yaranmış mürəkkəb siyasi şəraiti - İran, Türkiyə, Rusiya və Dərbənd

xanı tərəfindən daim təhlükə olduğunu nəzərə alaraq, öz torpaqlarının etibarlı şəkildə

müdafiə olunmasına, onu dağıntı və qarətdən xilas etməyə çalışırdı. Lakin Şeyxəli xan

207

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!