24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Əliqulu ağa oğlu, bir neçə bəyin - dayısı oğlu və damadı Qasım bəy Mənsurxan bəy

oğlunun və sair tərəfdarlarının səyilə hökumət başına keçdi". 42

Lakin feodal araçəkiş mələri və xanlar arasında hakimiyyət davası qurtarmadı. II

Mirzə Məhəmməd xan Quba qoşunu ilə Bakını yenidən mühasirəyə aldı və Hüseynqulu

xanla müqavilə bağladı. Bu müqaviləyə görə bütün xanlıq və neft mədənləri onların

arasında iki yerə bölünürdü. 43

H.1209 (1795)-cu ildə Bakı xanı Hüseynqulu xan II Mirzə Məhəmməd xanın

sadəlövhlüyündən istifadə edərək bir gecə qoşunla onun o zamankı iqamətgahı olan

Balaxana qalasına hücum edib onu aldı, II Mirzə Məhəmməd xanı Qubaya çıxıb

getməyə məcbur etdi. 44

Bu zaman İranda vəkil Kərim xan Zəndin ölümündən sonra xan ların şah

tac-taxtına sahib olmaq uğrunda araçəkiş mələri şəraitində bir neçə il ərzində İranın,

demək olar ki, bütün əsas əyalətlərini və Azərbaycanın şimal xanhqlarını tutmaq üçün

müharibəyə başladı. Əvvəlcə o, xanların yanına elçilər göndərdi, tabe olmalarını tələb

edərək, əks təqdirdə, müharibə ilə hədələdi. 45

Ağa Məhəmməd xanın güclənməsini görən çar hökuməti 1792-ci ildə ikinci

Rusiya-Türkiyə müharibəsi qurtarandan sonra Azərbaycan xanlıqlarının Rusiyaya tabe

etdirilməsi üçün fəal siyasət yeritməyə başladı. 46 II Yekaterinanın general Qudoviçə

verilmiş 8 may 1792-ci il və aprel 1793-cü il tarixli reskriptlərində Rusiyanın

təbəəliyinə keçmək istəməyən xanlar barədə təhdid ifadə olunmuşdur. 47 II Yekaterina

rus çarizminin duz, neft, xam Şirvan ipəyi, yun, mis, gümüş, faydalı qazıntılarla zəngin

olan Azərbaycan barəsindəki ənənəvi siyasətini həyata keçirirdi. O, II Pyotr kimi

Cənubi Qafqaz ölkələrindən keçən karvan ticarəti yollarına yiyələnmək və Astrabad

vasitəsilə İran və Hindistanla birbaşa ticarət əlaqələri yaratmaq məqsədilə Azərbaycan

xanlıqları, xüsusilə Bakını zəbt etməyə can atırdı.

Butkov bu illərdə, yəni, Hüseynqulu xanın hakimiyyəti dövründə baş vermiş

bəzi hadisələri belə işıqlandırır. 1792-ci ilin sonlarında Hüseynqulu xan Rusiya

hökuməti ilə onun Rusiya təbəəliyinə keçməsi məsələsinə dair danışıqlara başladı.

Lakin Hüseynqulu xanın bu addımları Şeyxəli xanın narazılığına səbəb oldu. O,

Hüseynqulu xanın xahişilə çariçanın yanına gedən məmurunu Dərbənddə tutub saxladı.

Lakin elçi məlumatı general Qudoviçə başqa yolla göndərməyə macal tapmışdı.

1793-cü il aprelin 19-da Hüseynqulu xanın bütün vilayəti ilə birlikdə Rusiyanın

təbəəliyinə qəbul olunması haqqında "ali fərman" verildi. Təkcə xanın sədaqət andı

içməsi qalırdı. Lakin bu zaman bəzi çətinliklər ortaya çıxdı. 48

1793-cü ilin iyul ayında dərbəndli Şeyxəli xan məmuru Mirzə Həsəni özünün

Rusiya təbəəliyinə qəbul olunması barədə ərizə ilə Georgiyevskə - general Qudoviçin

yanına göndərdi. Ərizədə ona tabe olan torpaqlar arasında Bakının da adı çəkilirdi. Elçi

xanın adından sədaqət andı içdi, 1793-cü il oktyabrın 9-da isə Qudoviç andı təsdiq

etmək və imzalatmaq tələbi ilə Şeyxəli xanın yanına kapitan göndərdi. Lakin Şeyxəli

xan bundan imtina etdi. Bu zaman Şey xəli xan artıq Rusiya təbəəsi sayılırdı və onun

elçisi saraya aparılaraq, burada ali fərmanın verilməsini gözləyirdi. 49 Beləliklə, Bakını

öz mülkü sayan Şeyxəli xan 1794-cü ilin ortalarında şəhəri almaq üçün qoşunla hərəkət

206

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!