24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

XIII əsrin sonlarında Ermənistana, Gürcüstana və Arrana səfərə çıxmış şair

Nizari Kuhistani "Səyahətnamə"sində 1281-ci ilin yanvar ayında olduğu Bakının adını

çəkir. O, karvanla Göycə şəhərindən Arrana yola düşmüşdür. Saray şəhərindən Bakıya

gələrkən yol on gün Arran hakimi Menqu-Timurun üstünə gedən monqol qoşunları

tərəfindən tutulmuşdu. Nizari Bakıya çətinliklə gəlib çatır. Şəhər ona kiçik, səliqəsiz

xoşagəlməz görünür. 16 Bakı monqolların dövründə arzuedilməz və gözdən düşmüş

əyan və zadəganların sürgün yeri idi. 17 Dərbənddən tutmuş Bakıya qədər ərazinin

Elxanilərlə Qızıl Orda xanları arasında hərbi əməliyyatlar meydanı olduğu XIII əsrdə

şəhər monqolların dağıdıcı müharibələrindən hələ özünə gəlməmişdi.

XIV əsrin əvvəllərindən ta XVI əsrədək yenidən iri qala bürclərinin və başqa

tikililərin inşası müşahidə edilir. Bu dövrdə Bakıda və Abşeronda iri müdafiə

istehkamlarının (Bakı qalasında şimal qala divarı yaxınlığındakı dördkünc bürc,

Nardaran qalası, divarla əhatə olunmuş qülləli Ramana qalası və i.a.) tikintisinə

başlanılır ki, bu da şəhər və vilayətin iqtisadi inkişafından xəbər verir. Lakin bu

tikililərin üzərində şirvanşahların adlarına rast gəlmirik. Bunun əvəzində daş

kitabələrdə əmir, sədr əl-əzəm, hacib və s. titul və rütbəli adlar həkk olunmuşdur. Bu

fakt Elxanilərin vassalı olan Şirvanşahların asılı vəziyyətdə olduğunu göstərir.

Bakı şəhərinin qala hissəsində XI əsrdən qabaqkı yerüstü memarlıq abidələri

qalmamışdır. VIII əsrə və ondan əvvəlki dövrlərə aid müxtəlif tikililərin qalıqları

şəhərin daha qədim hissəsinin - Bakı yüksəkliyinin zirvəsi altında qalmışdır.

Arxeoloji işlər nəticəsində müəyyən edilmiş 18 Bakı yüksəkliyinin zirvəsi hələ

VIII-XIII əsrlərdə sıx tikilmiş və ehtimal ki, qala divarları ilə əhatə edilən kreml

olmuşdur. Burada böyük tikililərin divar izləri, ev bünövrələri, həyətlər, təndirlər,

quyular qalmışdır. Tapılmış tikinti tullantılarına və qır qalıqlarına əsasən o vaxtlar

evlərin damlarının qırla örtüldüyünü fərz etmək olar. 19 Bu zaman şəhərin ərazisi dənizə

qədər uzanırdı. Bakı yüksəkliyinin Qız qalasına və Məhəmməd əl-Bəkr məscidinə

bilavasitə yaxın olan aşağı, dənizkənarı hissəsi - XIV əsrlərdə abadlaşdırılmış və

şəhərin qədim hissələrindən biri olmuşdur. 20 Ayrı-ayrı dövrlərdə, təqribən XIII əsrin

sonunda və XIV əsrdə şəhərin cənub hissəsinin hüdudları dənizin səviyyəsinin

qalxıb-düşməsi ilə əlaqədar dəyiş mişdir. Bəzən şəhərin dənizqırağı hissəsini su basır, su

Qız qalasına qədər gəlib çıxır, çəkilmədən sonra isə yaxın zamanlara qədərki buxtanın

dibi şəhərin ərazisinə çevrilirdi. Bu, Qız qalası yaxınlığındakı meydançada yeni bina

üçün bünövrə yeri qazılarkən suda hamarlanmış keramika və dəniz qumu təbəqəsinin

aşkar edilməsi nəticəsində aydın olmuşdur. 21 Qala divarlarından bayırda, onun qərb və

şimal his-sələrində aparılan tikinti işləri zamanı qala divarlarının xaricində sənətkarlıq

emalatxanalarının yerləşdiyi aşkara çıxarılmışdır. Qala divarlarının şimal-qərb

hissəsində islamaqədərki qəbirlər aşkar edilmiş qədim müsəlman qəbiristanlığı,

XII-XIV 22 və daha sonrakı əsrlərə aid qəbiristanlıqlar yerləşirdi.

Menqu-Timur - Abaqa xanın kiçik qardaşı olub, dəfələrlə şimaldan, Dərbənd qapısından keçərək

Cənubi Qafqaza soxulan Qızıl Orda xanlarına qarşı çıxmışdır.

103

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!