24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

metrdən 2 metrədək qalınlığı onun Qız qalası kimi şəhəri dənizdən mühafizə edən

möhkəm müdafiə qalası olduğunu göstərir.

İmarətin tikildiyi dövrdə Bakı buxtasının konfiqurasiyasının əlamətdar cəhəti bu

idi ki, istehkamın t ikildiyi yerlə Bakı təpəsi deyilən yeri birləşdirən bərzəx dənizdən

yüksək olmasa da, hər halda, onun yuxarı səthi dənizlə eyni səviyyədə idi.

Həmin bərzəxlə imarətin baş giriş qapısına çaparla və piyada rahatca

yaxınlaş maq mümkün idi. Bərzəx, eyni zamanda kiçik bir sahəni - həmin bərzəxlə

indiki Paris Kommunası adına gəmi təmiri zavodunun tikildiyi sahil arasındakı, bir növ,

materikin içərisinə girmiş körfəzciyi Baku buxtasından ayırırdı. Belə kiçik körfəzcik

-buxta o dövr gəmilərinin sığınması üçün kifayət idi. Həmin buxtanın hüdudları bəhs

edilən imarətin yeri və indiki Paris Kommunası adına zavodun tutduğu ərazi idi. Həmin

zavodun həyətində torpaq işləri aparılarkən bürc və divar bünövrələri aşkar edilmişdir.

Rəssam Sergeyevin 1797-ci ildə çəkdiyi şəkildə həmin yerdə yarımbürclü qala divarları

görünür. Beləliklə, sonralar su altında qalmış istehkam, habelə Paris Kommunası adına

zavodun yerindəki istehkamlar bu buxtanın girişini qoruyurdular. Divarın yuxarı

hissəsində binanın bütün perimetri boyu (400 metrə yaxın) üzərində kitabə, qabarıq

insan və heyvan şəkilləri həkk edilmiş zolağın olması bu imarətin dünyəvi səciyyə

daşıdığını göstərir.

Naxışların zənginliyi və kitabəli zolağın dekorativ xarakteri imarətin dəbdəbəli

mahiyyət daşıdığını göstərir. Bu abidə, XIII əsrin əvvəlində, Şirvanın təsərrüfat və

iqtisadi həyatında yüksəliş müşahidə edilən III Fəribürzün hökmranlığı dövründə

tikilmiş, yaxud bərpa olunmuşdur. 76 Bakının girəcəyində dəniz qalası dənizdən hücum

ehtimalına qarşı zəruri idi. XII əsrin sonlarında Şirvanşahların, ehtimal ki, bu qalanın

ətrafında dayanan dəniz donanması var idi. Bayır tərəfdən divar boyunca gəmiləri

bağlamaq üçün deşikləri olan daşlar görünür.

Bu abidə Azərbaycan ərazisində insan və heyvan barelyeflərinin təsviri şəklində

memarlıq dekoruna malik yeganə qalmış nadir memarlıq abidəsidir. XIV əsrin ikinci

yarısının müəllifi Arif Ərdəbili göstərir ki, Şirvanşah Axsitan (XII əsr) Şamaxı

bölgəsində dağın başında daşdan yonulmuş gözəl insan surətləri olan daş hasarla əhatə

olunmuş əlçatmaz Gülüstan qalasını tikdirmişdi. 77 1637-ci ildə Şamaxıda olmuş Oleari

şəhərin yaxınlığında, dağda divarlarında insan başlarının heykəl təsvirləri olan böyük

qədim Gülüstan qalasının xarabalıqlarını görmüşdür. 78 Arif Ərdəbili daha sonra

söyləyir ki, "Bakıda da dənizin qənşərində bir qala vardır. Bu, su altında qalmış

Nouşəhr (yeni şəhər?) qalasıdır". 79 Görünür buxtadakı qərq olmuş şəhər Nouşəhr, yəni,

yeni şəhər adlanırmış və həmin barelyeflər ənənəvi olaraq XII-XIII əsrin əvvəllərinin

mühüm binalarında düzəldilirdi.

Mənbələrin şəhadətinə görə 1191-ci ildə Şamaxı zəlzələ nəticəsində bərk

dağılmış və bu zaman şirvanşah I A xsitanın arvadı və uşaqları həlak olmuşlar. 80

Görünür, bu hadisələrlə əlaqədar A xsitan həmin vaxt öz iqamətgahını Şamaxıdan

Bakıya köçürmüşdür. Ehtimal ki, bu dövrdə indiki buxtanın yerində Gülüstan sarayına

bənzər qalanın tikintisinə başlanmış və görünür, Şirvan ustaları burada heykəl təsvirləri

və kitabələr həkk etmişlər. Usta Zeynəddin Əbu Rəşid Şirvaninin nisbəsi də bunu

111

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!