24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

onu müşayiət edən Şeyx İbrahim Hələbə gəlmişdi. 62

Teymur h.807 (1405)-ci ildə öldükdən sonra Şirvan qısa bir müddət müstəqillik

eldə etdi. Bu illərdə bir sıra şəhərlərdə Teymurilər əleyhinə üsyanlar qalxdı.

Daxili siyasi vəziyyətdən, şəhər və kənd əhalisinin müxtəlif təbəqələri arasında

böyük rəğbət qazanmasından istifadə edən şirvanşah I İbrahim 1406-cı ildə 63 Qarabağı

və Təbrizi tutdu. Lakin Cəlairi Əhmədin Cənubi Azərbaycana qayıtması ilə əlaqədar

İbrahim tezliklə Təbrizi tərk edərək, qoşunlarını Araz çayının o tayına apardı.

Qaraqoyunlu sultanı Qara Yusiflə sultan Əhməd arasında müharibə zamanı sonuncu

şirvanşah İbrahimdən kömək istədi. Şirvanşah dərhal Şirvan qoşunlarını oğlu

Kəyumərsin başçılığı ilə sultan Əhmədin köməyinə göndərdi. Sultan Əhməd 1410-cu

ildə darmadağın edilərkən Kəyumərs Təbrizin həndəvərinə yaxınlaşdı. Gecə o, Qara

Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alındı. Qara Yusifin əmri ilə

Kəyumərs Ərciş qalasında saxlanırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük

miqdarda pul təklif etdi. Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxaraq, hədsiz

iltifat göstərdi və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərdi.

Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək Qara Yusiflə onun vassalı

olmaq barə-sində sazişə girməsindən şübhələnərək oğlunu edam etdirdi. 64

1412-ci ildə Azərbaycan Qara Yusifın hücumuna məruz qaldı. H.815-ci ilin

şaban ayında (6.X-5.XII.1412-ci il) Kür çayının sahilində baş verən böyük vuruşmada

Qara Yusif İbrahimi 7 oğlu ilə birlikdə əsir alaraq şirvanlıları və onların müttəfiqi

gürcüləri məğubiyyətə uğratdı. Qara Yusif Şirvan kəndlərinin əksəriyyətini dağıtdı və

mahalların bir çoxunu amansızcasına qarət etdi.

Qara Yusif tezliklə İbrahim üçün Təbriz tacirlərindən böyük miqdarda can

bahası alıb onu azad etdi. 1413-cü ildə şirvanşah Qara Yusifin vassalı olmasını qəbul

edib Şirvana qayıtdı. Bu vaxt Bakı və Şirvanın digər şəhərləri Qaraqoyunlu dövlətinin

hakimiyyəti altına keçir. Lakin bu vassallıq formal xarakter daşıyırdı. Belə ki, şirvanşah

İbrahim, əvvəlki kimi otuz beş il ərzində hökmranlıq etdiyi Şəkidən Dərbəndədək

Şirvanın tam hakimi idi. Şirvana qayıtdıqdan sonra qoca yaşlı Şeyx İbrahim üç il

hakimiyyət sürərək h.820 (1417)-ci ildə ölmüşdür. Şeyx İbrahim qonşu ölkələrlə,

Gürcüstan və Dağıstanla müttəfiqlik və dostluq əlaqələri saxlayırdı. Şeyx İbrahim

zamanında Dərbənd şəhəri və mahalı, Muğan düzünün bir hissəsi Şirvanşahların

torpaqlarına daxil idi. 65 Görkəmli dövlət xadimi, cəsur sərkərdə və mahir diplomat olan

Şeyx İbrahim Şirvanı güclü və müstəqil dövlətə çevirə bilmişdi.

XV əsrin əvvəlindən XVI əsrin əvvəlinə kimi ölkə yadelli əsarətdən azad edildi

və bu vaxtdan Şirvan 100 ilə yaxın müstəqil dövlət olaraq yaşamışdır. Onun hakimləri

Teymurilər dövründə özlərinə sultan titulu götürmüşdülər. İbrahimin oğlu və varisi I

Xəlilüllah (h.820-869 (1417-1465)-cu illər) müstəqil hökmdar kimi hakimiyyət

sürmüşdür. I Xəlilüllah da xarici siyasətdə, atası kimi, Qaraqoyunlu hökmdarları ilə

şiddətli mübarizə aparan Teymurilərə meyl göstərmək mövqəyində dururdu. Gənc

Xəlilüllah taxta çıxandan sonra Qaraqoyunlu padşahlarından asılılığını tanımaqdan

imtina etdi. 65 yaşlı Qara Yusifin 1420-ci ilin noyabrında Teymurun oğlu Şahruxla

(1405-1447-ci illər) müharibə zamanı qəfil ölümü Azərbaycanın siyasi əhvalını dəyişdi.

69

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!