24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

MƏNBƏLƏRIN VƏ ƏDƏBĠYYATIN MÜXTƏSƏR

XÜLASƏSĠ

Kitabda, zənnimcə, ən vacib sayılan mənbələr və əsərlər göstərilir.

İstifadə etdiyimiz Şərq (əsasən ərəb və fars) mənbələri əksərən kompilyativ

xarakter daşıyır; onlarda tarixlər bir çox hallarda qarışdırılmışdır. Buna görə də, onların

məlumatlarına çox tənqidi yanaşmaq lazım gəlmişdir. Həmin mənbələrin Bakı

haqqında məlu matları çox müxtəsər olub, adətən, X-XIV və sonrakı əsrlərdə burada

neft və duz hasilatına aiddir. Ərəbdilli müəllifiərin - əl-İstəxri, əl-Məsudi, Əbu Dülaf,

əl-Müqəddəsi, əl-Biruni, Əbu Həmid əl-Əndəlusi, Yaqut, Zəkəriyyə əl-Qəzvini,

Əbü-l-Fida və başqalarının məlu matları bu qəbildəndir. Həmin müəlliflərin həyatı və

əsərlərinin xarakteristikası İ.Y.Kraçkovskinin əsərlərinin dördüncü cildində 1 ətraflı

işıqlandırılmışdır.

Bakının X-XI əsrlər tarixinə aid ən mühüm mənbələrdən biri "Tarix əl-Bab"dır.

Təəssüf ki, XI əsrin son çərəyində yazılmış bu əsərin müəllifınin adı qalmamış, Şirvan

və Dərbənd tarixinə aid salnaməsinin isə yalnız türk tarixçisi Münəccimbaşının

(1702-ci ildə Məkkədə ölmüşdür) əsərinə daxil edilmiş ayrı-ayrı fəsilləri mühafizə

olunmuşdur. Həmin fəsilləri prof. V.Minorski ingilis dilinə tərcüməsi, geniş şərhləri və

ərəbcə mətni ilə birlikdə çap etdirmiş, habelə rus dilinə çevirmişdir (biblioqrafiyaya

bax).

Atası Bakıdan olan XV əsrin əvvəli ərəbdilli tarixçi Əbdürrəşid ibn Salih ibn

Nuri əl-Bakuvinin verdiyi dəyərli məlumatlar qeyd olunmalıdır. Əl-Bakuvinin

tarixi-coğrafı "Təlxis əl-asar və əcaib əl-məlik əl-qəhhar" ("Abidələrin xülasəsi və

qüdrətli hökmdarın möcüzələri") əsəri h.806 (1403)-cı ildə yazılmış və dövrümüzədək

1614-cü ildə köçürülmüş və hazırda Paris Milli Kitabxanasında 5299 nömrəsi ilə

saxlanılan yeganə əlyazmasında gəlib çatmışdır. 2 Həmin əlyazmasını 1789-cu ildə de

Gin bəzi ixtisarlarla fransız dilinə tərcümə etmişdir. 3 Akademik Z.M.Bünyadov

əl-Bakuvinin əsərini ərəb dilindən rus dilinə çevirərək 1971-ci ildə nəşr etdirmişdir.

Müxtəlif Şərq ölkələri haqqında məlumat verən əl-Bakuvi A zərbaycanın

şəhərlərindən, o cümlədən, ehtimal ki, gəlib gördüyü Bakı şəhərindən çox ətraflı bəhs

edir. Əl-Bakuvi şəhər və Abşeron, onun iqlimi, iqtisadiyyatı, neft və duz hasilatı, əhalisi

haqqında qiymətli məlumatlar verir. O, dənizin səviyyəsinin xeyli qalxdığını göstərir,

şəhərin su ilə təchiz olunmasından danışır, qala tikililərini təsvir edir. Onun Bakı

haqqındakı məlumatları orijinaldır. Onlara əvvəlki müəlliflərin əsərlərində rast

gəlinmir. İbn İyas XVI əsrin əvvəllərində əl-Bakuvinin məlumatlarını təkrar etmişdir. 4

Bakının iqtisadiyyatına dair irandilli mənbələr - X əsr anonim müəllifin "Hüdud

əl-aləm" (Tumanskinin əlyazması; V.Bartoldun girişi və göstəriciləri ilə V.F.Minorski

tərəfındən ingilis dilinə tərcümə və qeydlərlə nəşr olunmuşdur) 5 , XIII əsr müəllifi

Məhəmməd ibn Nəcib Bəkranın " Cahannamə" (keçmiş SSRİ EA Asiya xalqları İn-tu

Leninqrad şöbəsinin əlyazması, C-612; Y.Y.Borşşovski tərəfindən nəşr olunmuşdur),

XIII əsrin anonim coğrafiyaşünasının əsəri 6 , Həmdullah Qəzvininin (XIV əsr) "Nühzət

əl-qülub" 7 və Əmin Əhməd ər-Razinin (XVI-XVII əsrlər) " Həft iqlim" 8 əsərləri də çox

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!