24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

yürütmək mümkündür. Ən maraqlısı isə onun bir sıra yeni məlumatlar verdiyi Bakı

şəhərini təsvir etməsidir. 207 Bakuvi xəbər verir ki, Bakı onun atasının - h.806

(1403/4)-cı ildə, yetmiş yeddi yaşında vəfat etmiş İmam Salih ibn Nurinin vətənidir.

Buradan həmin əsərin 1403-cü ildə, yaxud ondan azacıq sonra yazıldığını və müəllifin

hakim təbəqə nümayəndələrinə mənsub olduğunu müəyyənləşdirmək mümkündür.

Əbdürrəşid Bakuvi ruhani-alim imam ailəsində doğulmuşdur. Mətnə görə, müəllif

imam Şafinin tərəfdarlarına mənsub sünni olmuşdur. Atasının yaşına görə Bakuvinin

XIV əsrin ikinci yarısının əvvəlində doğulduğunu ehtimal etmək olar. Mətndən

Bakuvinin ərəblər arasında yaşadığı aydınlaşır. Hacı Xəlifənin əlyazmalarının birində

onun Qahirədə öldüyü göstərilir. 208 Bakuvinin əsəri Şərqdə məşhur olmuşdur. Bu əsər

əslən bakılı olan XIV əsrin sonu-XV əsrin əvvəli orta əsr Azərbaycan aliminin həm

Şərq, həm də Qərb ölkələrinin, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan və

Dağıstanın tarixi coğrafiyasına dair çoxlu qiymətli məlumat verən dövrümüzədək gəlib

çatmış yeganə kosmoqrafik əsəri kimi mühüm əhəmiyyət kəsb edir. Əsərdəki ondan

əvvəlki müəlliflərin əsərlərində rast gəlinməyən məlu matlar xüsusilə qiymətlidir. Bu

əsər o dövrün orta oxucu təbəqəsinin malik olduğu coğrafi məlumatların məcmusunun

göstəricisi kimi əhəmiyyətlidir. 209

XV əsrdə Bakıda, Xəlilüllahın sarayında yaşamış Yaxın və Orta Şərqdə məşhur

olan alim və filosoflardan biri hənifi, xəlvəti suffisi Seyid Yəhya ibn əs-Seyid

Bəhaəddin əş-Şirvani əş-Şəmaxi əl-Bakuvidir. Seyid Yəhya Şamaxıda varlı ailədə

doğulmuşdur. Gəncliyində sufiliyə həvəs göstərmiş, xəlvətilik təriqətinin Şirvan

qolunun başçısı məşhur şeyx Sədrəddin əl-Xəlvətinin təliminin ardıcılı olmuşdur. Şeyx

Sədrəddinin ölümündən sonra onun müridlərindən Pirizadə ilə xəlvətilik məzhəbinə

kimin başçılıq etməsi üstündə arası dəyən Seyid Yəhya Şamaxını tərk edərək Bakıya

gəlmiş və burada Xəlilüllahın sarayında yaşamışdır. O, Xəlilüllahın sarayında filosof və

alim kimi böyük şöhrət qazanmışdı. Onun yanına çoxlu adam axış ıb gəlməyə başladı və

tərəfdarlarının sayı on min nəfəri keçdi. Yaxın Şərq ölkələrində də onun çoxlu

ardıcılları var idi. Seyid Yəhya sufi-mistik səciyyəli bir sıra əsərlər yazmışdır.

A.Bakıxanov onun haqqında aşağıdakıları bildirir: "Seyid Yəhya Bakuvinin adı hicri

səkizzinci əsrin ortalarında təriqət böyükləri sırasında çəkilir. Onun fəzilətləri və gözəl

xasiyyətləri məşhurdur. Bakı şəhərində ona mənsub olan məscidin yanında sovməəsi,

mədrəsəsi və qəbri indi də durur". Seyid Yəhya dini-mistik ideyalarla aşılanmış

"Şərhi-" Gülşəni-raz" (" Gülşəni-raz"ın şərhi") və "Əsrar ət-talibin" ("Həqiqət

axtaranların sirri") risalələrinin, habelə astronomiya və tarixə dair əsərlərin müəllifidir.

"Nəql edirlər ki, o, ömrünün sonlarında altı ay ərzində yemək yeməmiş və Bakı

şəhərində vəfat etmişdir". Onun ölüm ili bir versiyaya görə h.862 (1457)-ci il, digər

versiyaya görə isə h.868 (15.IX.1463-2.IX.1464)-ci il sayılır. 210 Seyid Yəhyanın türbəsi

Şirvanşahlar sarayının ərazisindədir. Ehtimal ki, Şirvanşahların bir çox qohumlarının

da qəbirləri həmin ərazidə olmuşdur.

İçərişəhərdəki dövrümüzədək qalmış XIII-XIV və sonrakı əsrlərə aid abidələr

göstərir ki, həmin vaxtlarda Bakıda mollaxanalar, eləcə də əsasən ilahiyyat və fəlsəfə

fənləri, habelə müsəlman hüququ tədris edilən mədrəsələr olmuşdur. 1301-ci ilə aid

132

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!