24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

(misqal) yerinə işlətmək üçün götürürlər. Dəniz tərəfdə, bu ada ilə üzbəüz, qır kimi qara

torpaq var, üstündə ot bitir. Burada vəhşi heyvanlar da yaşayır. Bu qara torpaqdan qır

(mazut), qara və ağ neft çıxır. Həmin yer Şirvan ölkəsindən olan Bakuh (Bakı)

yaxınlığındadır. Bu torpaqdan və adadan gecələr kükürd alovuna bənzəyən mavi od

çıxır. O, yansa da, nə oradakı otu yandırır, nə də istisi olur. Onun üstünə yağış yağdıqda

alov daha da artaraq göyə ucalır. Adamlar onu uzaqdan görürülər. Gündüz isə bunu

görmək olmur". 3

Burada söhbət yanar qaz çıxan Pirallahı adasından gedir. Üzbəüz torpaq isə ağ

neft çıxarılan "əbədi odlu" Suraxanı və onun həndəvərindəki neft verən torpaqlardır".

XIII əsrin birinci çərəyində, monqol istilasına qədər, neft hasilatı, yəqin ki, xeyli

çox olmuşdur. Bunu farsdilli coğrafiyaşünas Məhəmməd ibn Nəcib Bəkranın

məlumatları da göstərir. O, neftin müxtəlif çeşidlərindən danışır, o cümlədən Bakıda və

Muğandakı neft quyularından ağ neft, Dərbənd yaxınlığında yaşıl, Bəlxan sərhəddində

qara neft hasil olunduğunu qeyd edir. Sonra o, qara neftin alınmasından b əhs edir və

bunu təqtir (distillə) adlandırır. 4

Bu maraqlı məlu mat hələ o zamanlar çoxlu neft istehsal olunmasından və onun

emalı və istifadə edilmə üsulundan xəbər verir. 5

Həmin əsərdə neftə dair məlumatdan başqa, Bakı yaxınlığındakı odların

əl-Qərnatinin yarım əsr əvvəlki təsvirini xatırladan təsviri də verilmişdir.

Qərnatinin Abşerondakı vəhşi heyvanlar haqqında məlumatı XII əsr şairi Xaqani

Şirvaninin məlumatları ilə də təsdiq olunur. Şirvanşah M ənuçöhrə ithaf etdiyi qəsidələrinin

birində şair Mənuçöhrün bu yerlərdə şir ovuna çıxmasından, artıq o vaxtlar sonradan burada

hücrələr, məbəd və karvansara tikdirmiş atəşpərəst hindlilərin səcdəgahı ("Atəşgah") olmuş

"əbədi odlar"dan danışır. Əbu Həmid sonra Abşeronda ceyran ovundan xəbər verir və yanar

qazlarla əlaqədar ov ətinin bişirilməsi üsulunu təsvir edir. "Bu yerlərdə ceyran ovlayırlar. Ovçular

onların ətini doğrayır, dərilərinin içinə yığır, ağzına qarğı taxıb bağlayırdılar. Sonra içind ə ət olan

həmin dərini qara torpağa basdırırlar. Ət bişdikcə qarğıdan qazanda olduğu kimi köpük çıxır.

Köpük tamam qurtardıqda ət hazır olur. Nəhayət, dərini salamat, əti bişmiş halda isti-isti dərinin

içindən çıxarırlar. Həmin torpağın özünün isə istiliyi yoxdur. Bu, dünyanın möcüzələrindəndir.

Həmin torpağın istiliyi mədənin istiliyi kimidir".

Ov ətinin bu üsulla bişirilməsi ibtidai insanın, əsasən ovçuluqla məşğul olduğu uzaq

keçmişlərə aid xörək hazırlamaq ənənələrinin dövrümüzədək gəlib çatmasından xəbər verir.

Azərbaycanın bir sıra bölgələrində, Kürdüstanda, Dağlıq Qarabağda və i.a. bu günədək ətin

həmin üsulla bişirilməsindən istifadə olunur.

Burada deyilir ki, Şirvan və Bakı hüdudlarında torpağın səthində daim od yanan iki

belə yer vardır, onlardan biri böyük, biri ondan kiçikdir. Böyüyününün eni və uzunu min ərəb

dirsəyi (ərəb dirsəyi yarım metrdən bir qədər artıqdır), yəni 500 metrdən çox, digərininki isə cəmi

yüz dirsəkdir. Bu yerlər daimi yanır, gündüzlər tüstü, gecələr isə alov görünür. Onlar bir-birinin

yaxınlığındadır. Aralarındakı məsafə 200 dirsəkdir (yüz metrdən bir qədər çox). Sonra deyilir ki,

onların aralarında ot bitir və heyvan otlayır, həmin od yayda adam boyuna çatır, qışda isə yalnız

cida boyda olur və od heç vaxt sönmür. Təsvirdən Suraxanı "əbədi odlar"ını tanımaq

mümkündür.

74

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!