24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

mükəlləffiyyətlərdən əlavə, bir sıra digər mükəlləfiyyətlər, o cümlədən şikar da var idi.

Bir sıra səyyahlar iri feodalların Abşeronda ova çıxmasını təsvir etmişlər. Kəndlilərin,

mükəlləfiyyət kimi bu ovda iştirak etməyə cəlb olunması həmin ovun qaydası ilə bağlı

idi. Səyyah Lerx 1733-cü ildə, Abşeronda Səlim xanın oğlu Hacının və Maştağa sultanı

Dərgahın iştirakı ilə təşkil etdiyi ceyran ovunu təsvir edir: "Aramsız od çıxan yerlərdən,

çoxlu şoran bitən Kali adlı bir kənddən keçərək Sinsen adlı böyük bir kəndə,

yarımadanın dar qurtaracağına, təşkil olunmuş vəhşi keçi ovuna getdik. Həmin ova

bütün kəndlərdən tüfəngli, oxlu, dəyənəkli və itli bir neçə yüz kəndli yığılmışdı. Onlar

dənizin bir sahilindən o biri sahilinə qədər cərgə ilə düzülməli idilər. Biz belə də etdik,

cərgəni pozmadan vəhşi keçiləri qabağımıza qatıb yarımadanın dar qurtaracağına

qovmağa başladıq ki, orada müxtəlıf bol şirəli otları həvəslə otlasınlar. Burada Dərgah

sultan bir neçə yüz adamla bizə qoşuldu. Pusqunu duyan və sürü ilə cərgəmizə atılan

zavallı keçilər, çox təəccüblü olsa da, hay-küyə, atəş səslərinə və bizim zərbələrimizə

baxmayaraq, adamların arasından və üstündən tullanıb qaçırdılar, lakin tezliklə onların

bir çoxu qırıldı. Biz onları daha da sıxışdırdıqda onlar qorxudan dörddə bir verst enində

olan körfəzdən üzüb 7 verst uzunluğunda olan, müqəddəs adlanan adaya getdilər..." 86

Lerx Abşeronda ov və "şikar" mükəlləfiyyəti haqqında belə məlumat verir.

Şəhərlərdə Bakıya aid fərmanlarda göstərilməyən bir sıra digər vergi və

mükəlləfiyyətlər də mövcud idi. Şəhərdə alverçilərdən və tacirlərdən yığılan böyük

vergilərdən biri tamğa idi.

Tamğa - sənətkarlıq istehsalına şamil deyildi. Sənətkarlar bu vergini öz

məmulatlarını hazırlayarkən yox, yalnız onları satarkən verirdilər. 87 Tamğa həm iri,

topdansatış ticarətinə həm də xırda, pərakəndə ticarətə şamil idi. Tamğa dövlət vergisi

olub, xəzinənin ən mühüm gəlir mənbələrindən idi. Şəhər əhalisi təkcə bu verginin

ağırlığından deyil, vergi yığanların və icarədarların özbaşınalığından da çox

əzib-əziyyət çəkirdi. Bu verginin artırılması şəhərdə ticarətin inkişafına son dərəcə ağır

təsir göstərirdi. 88

Ticarət vergilərindən biri də bac idi. Bacgəlmə tacirlərdən ticarət yolları ilə

gətirdikləri mallara görə 89 şəhər darvazalarının qabağında, gəmilərin yan aldıqları

liman körpülərində alınırdı. Bu rüsum şəhər əhalisi üçün ağır olub, ticarətin inkişafını

ləngidirdi.

Yol rüsumları və mallardan alınan rahdari deyilən gömrük vergisi də var idi.

Həmin rüsumlar şəhərə gətirilən və şəhərdən çıxarılan mallardan tutulurdu və xəzinənin

əhəmiyyətli mənbələrindən idi. 90 Şardenin və Tavernyenin məlumatına görə rüsum

malların dəyərinə görə deyil, hər dəvə, at, yaxud eşşək yükündən (xərvar) 91 tutulurdu.

Ayrı-ayrı şəhərlərdə mallardan tutulan rüsumun miqdarı müxtəlif idi.

Şəhərlərdə sənətkarlardan və tacirlərdən yığılan vergilərdən biri də boniçe 92 idi.

Abşerondakı Qala kəndi

Ehtimal ki, Abşerondakı Hövsan kəndi

Lerx ceyranları vəhşi keçi adlandırır

194

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!