24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Şəmsəddin Məhəmmədin adı çəkilən kitabəni Dorn h.3-cü Ramazan 748 (7 dekabr,

1347)-ci ilə aid edir. 96 Şirvanşahlar sarayının yaxınlığındakı Molla Nəsrullah

məscidində h.777-ci il Məhərrəm ayı (iyun-iyul 1375-ci il) tarixli kitabə olmuşdur.

Məscidi tikdirən qazı əl qüzzatın (baş qazı) adı pozulmuş, həkkakın adı - Məhəmməd

əl-Arif- qalmışdır. 97 İçərişəhərdə Cümə məscidinin yaxınlığında h.777 (1375)-ci il

tarixli daş kitabəsi olan balaca Çin məscidi dövrümüzədək gəlib çatmışdır. 98

Qız qalasının yaxınlığında 1899-cu ilin əvvəlində qədim Cümə məscidinin

yerində tikilmiş Cümə məscidi vardır. Cümə məscidinin akademik Pavlinov tərəfindən

1888-ci ilin ölçüləri ilə çəkilmiş köhnə planı mövcuddur. 99 Həmin məscid bir neçə dəfə

yenidən tikilmiş və bərpa edilmişdir. Onun örtüyü əvvəlcə çardaqşəkilli olmuşdur.

1873-cü ildə məsciddə olmuş səyyahın təsvirinə görə onun ortasında üstü örtülməmiş

dörd tağ ucalırdı. Bu tağlar məsciddən qədim olub, müsəlmanların məscidə çevirdikləri

qədim atəşpərəstlik məbədindən qalmışdır. 100 Yeni məscidə gövdəsinə, ehtimal ki,

qədim Cümə məscidinin divarında olmuş bir neçə kitabə quraşdırılmış XV əsrə aid

minarə bitişir. Onların arasında kufi xətlə işlənmiş XI-XII əsrlərə aid iki kitabə var.

Onlardan biri (kiçiyi), görünür daha qədimdir. Ondan aşağıda sultan Olcaytunun

(əvvəllər qədim Cümə məscidinin şimal tərəfində olan) fərmanından ibarət kitabə

yerləşdirilmişdir.

B.Dornun məlumatına görə 101 qədim Cümə məscidinin cənub tərəfində hazırda

həmin məscidin minarəsinin gövdəsində quraşdırılmış kitabə olmuşdur. Kitabənin

məzmunu belədir:

Əmara betəcdid həzəl imarə məlik əl-üməra və-1 əkabir əl-əmir Şərəfəddin

Mahmud ibn Fəxrəddin mülk dam izzəhu fi tarix rəcəb səna tisa və səbamayə.

"Bu imarətin bərpa olunmasını əmir və əyanların əmiri əmir Şərəfəddin

Mahmud ibn Fəxrəddin ...onun mülkü əbədi olsun, yeddi yüz doqquzuncu ilin rəcəb

(ayında) əmr etmişdir" (h.709 (5.XII-4.I.1309/10)-cu il). 102

Bu kitabə, göründüyü kimi, daha əvvəlki dövrə məxsus binanın bərpasından

xəbər verir.

XIV əsrdə Bakıda və Abşeronda yenidən müdafiə xarakterli binalar, feodal

qəsrləri və digər memarlıq abidələri, məscidlər, hamamlar və i.a. tikilməyə başlamışdır.

Lakin bu abidələrdə şirvanşahların adları çəkilmir.

Bakıda şimal-qərb qala divarının yaxınlığında hazırda bərpa olunmuş XV əsrə

aid dördkünc qüllə-donjon vardır. Ramana kəndindəki qala divarları ilə hasarlanmış

dördbürclü qüllədən ibarət feodal qəsri XIII-XIV əsrlərə aiddir. Nardaran kəndindəki

yarımdairəvi bürcləri olan dördkünc qala divarları ilə əhatə edilmiş dairəvi

qüllə-donjondan ibarət qəsr h.700 (1301)-cü ildə tikilmişdir. Yəqin ki, XIII-XV

əsrlərdə Nardaran bu bölgənin həyatında çox mühüm rol oynamışdır. Bunu qum

təpələrinin altından tədriclə üzə çıxan çoxlu qədim abidələr sübut edir. Dərbəndi

Şirvanşahların yay iqamətgahı burada yerləşirdi.

Mənbələrdə sadalanan abidələrdən başqa, sənət əsərləri olub, dövrümüzədək

mühafizə edilməmiş imarətlər haqqında da məlu matlar qalmışdır. Məsələn, XIV əsrin

ikinci yarısında şirvanşah Keykavus ibn Keyqubadın sarayında yaşamış şair Arif

114

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!