24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

spesifik cəhətləri, ehtimal ki, Abşeronun əlahiddəliyi, onun iqtisadi və təbii

xüsusiyyətləri, gözəl inşaat materialı - badamdar daşının olması və i.a. bağlıdır.

Ansamblın binalarının memarlığı, ehtimal ki, Abşeronun dövrümüzədək gəlib

çatmamış ona qədərki abidələrinin memarlığı ilə bağlıdır. Onun köklərini Abşeronun və

Şirvanşahların qədim paytaxtı Şamaxının uzaq keçmişində axtarmaq lazımdır.

Yüksəkliyin təpəsində ucaldılan saray ansamblı günbəzlərinin və minarələrinin

siluetləri, yaraşıqlı monumental memarlıq formaları ilə Şirvan hökmdarlarının -

Dərbəndilər sülaləsi şirvanşahlarının vəsfi ideyasını təcəssüm etdirən əzəmət və

möhtəşəmlik təsiri bağışlayırdı. Ansambla daxil olan binalar müxtəlif vaxtlarda

tikilmişdir. İlk binalar, ehtimal ki, sarayın XIV əsrin sonlarında tikilmiş mərkəzi

hissəsi, yəni, ikinci mərtəbənin girişi hündür hamar baştağı ilə haşiyələnmiş

səkkizguşəli salonu, habelə sonralar Seyid Yəhya Bakuvinin türbəsinin bitişdirildiyi

"təzə məscid"dir. I Xəlilüllah zamanında - XV əsrin birinci yarısında sarayın özünün

qalan binaları, türbə (h.839 (1435/6)-cu il), şah məscidi, minarəli saray məscidi (h.845

(1441/2)-ci il), sonralar isə saray hamamı və ovdan tikilmişdir.

XV əsrin ikinci yarısında Seyid Yəhya Bakuvinin türbəsi, XV-XVI əsrlərin

ayrıcında, Fərrux Yəssar zamanında, ehtimal ki, Divanxana və qərb fasadına bitişik

əlavə bina tikilmişdir. Ansamblın ən son tikilisi h.994 (1585/6)-cü ilə aid Şərq

darvazasıdır. XV əsrdə saray ansamblı Bakı qalasının içqalası olaraq, bürclü divarla

əhatə edilmişdi; 162 ehtimal ki, 1501-ci ildə dağıdılmışdır. Onun XX əsrin

əvvəllərinədək nəzərəçarpan izləri dövrümüzədək qalmamışdır.

Qədim şəhərin görkəmi təkrarolunmaz gözəlliyə malikdir. Bu gözəlliyi ona

təkcə orta əsrlər memarlığının görkəmli abidələrindən olan Qız qalası, saray ansamblı

və qədim məscidlər deyil, həm də geniş buxtanın sahilindəki yerin relyefindən

məharətlə istifadə edilərək salınmış dar küçə və döngələri, bazar və meydançaları olan

qədim məhəllələr verir. XVI əsrədək şəhərin mərkəzi təpənin başında, şirvanşahın və

feodal əyanlarının yaşadığı saray zonasında yerləşirdi.

Şəhər orada yaşayan bu və ya digər əhali təbəqəsinin adını daşıyan bir sıra

məhəllələrə bölünürdü. Hər məhəllənin öz məscidi var idi. Məsələn, tayfalarla -

yeddilər, gilək, yaxud doqquzlar, habelə peşə sahibləri ilə - hamamçılar, həkkaklar -

bağlı qədim məhəllə adları indiyədək qalmaqdadır. "Şahgəldi" məhəlləsinin adı

maraqlıdır.

Şahgəldi Hüseyn bəy Lələ Şamlunun cilovdarı olmuşdur. Fərrux Yəssarla Şah

İsmayılın döyüşündə Şahgəldi Gülüstan qalasının yaxınlığında onu təqib edən

qızılbaşlardan at belində qaçan Fərrux Yəssarı haqlayaraq başını kəs miş və şahın

hüzuruna gətirmişdir. 163

Qızılbaşlar 1501-ci ildə Şirvanı zəbt etdikdən sonra şah Hüseyn bəy Lələ

Şamlunu oraya canişin təyin etdi. O isə Şahgəldi ağanı öz yerinə Şirvana hakim

qoydu. 164 Ehtimal ki, Şahgəldi ağa Bakıda yaşamış, saray zonasındakı adlı-sanlı

feodalların yaşadığı məhəllə də onun adı ilə adlanmışdır. Ən qədim məhəllələrdən olan

Şeşəlinin adı, görünür, türbənin girişi üstündəki altıguşə şəkilli xonça ilə bağlıdır.

Orada kufi xətlə 6 dəfə "Əli" sözü yazılmışdır. Divanxana rotondasının beş girişinin

123

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!