24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

idi:

Malucəhat - məhsulla alınan əsas əkinçilik vergisi, vergi rentasının əsas hissəsi;

adətən məhsulla - buğda, arpa, pambıq, ipək və i.a. ödənilirdi. Malucəhatın miqdarı

məhsulun ümumi həcminin 1/5-dən 1/3-nə qədər idi. 61

Üşr (onda bir) - müxtəlif kənd təsərrüfatı obyektlərindən toplanan vergi. 62

Yuxarıda adı çəkilən fərmanlarda (3, 4 saylı sənədlər) göstərilir: "üç neft quyusunun

üşrü", "əkdikləri pambıq və taxılın üşrü". 63

Ələfə - rəiyyətin hakimiyyət nümayəndələrinin tələbi ilə ödədikləri qoşun,

yaxud qeyri-nizami feodal döyüşçü dəstəsinin minik və yük heyvanları üçün "ot, yem",

habelə əsgərlər üçün "ərzaq", "pay" demək idi. 64

Üləfa - elə ələfə demək olub, qoşun heyvanları üçün yem, yaxud döyüşçülər

üçün ərzaq payı bildirirdi. 65

Biyar və şikar - hakimlərin, vilayət və mahal sahiblərinin dövlətin ehtiyacları

üçün kəndlilərin üzərinə qoyduqlan cürbəcür mükəlləfıyyətlər: qala və sarayların

tikilməsi, tikinti materiallarının daşınması, yol salınması, suvarma kanallarının

çəkilməsi, hakimlərin və maliklərin əkin yerlərində günəmuzd iş və i.a. "Biyar"

termininin özü çox arxaikdir. Onun kökü Sasanilər dövlətinin mövcud olduğu sonuncu

əsrə (eramızın VI əsri-VII əsrin əvvəli) gedib çıxır. 66

Çobanbəyi - mal-qaranın, başlıca olaraq, qoyunların otarılması üçün verilən

vergi. Bu vergi maldarlıqla məşğul olan yarımköçəri kəndlilərdən xəzinəyə məxsus

yaylaq və qışlaq otlaqlarından istifadə olunmasına görə alınırdı. 67

Müstəqil xanlıqlar dövründə çobanbəyi vergisi "çöpbaşr kimi məlum idi. 68

İxracat - XVI-XVIII əsrlərdə divan dəftərində dəqiq təsbit olunan ordunun

ehtiyaclarını, əyanların və həmin mahaldakı, yaxud vilayətdəki dövlət məmurlarının

xərclərini ödəmək üçün natura ilə toplanan vergi və mükəlləfiyyətlər. Bu xərclər xəzinə

tərəfindən ödənilmirdi. 69

Xariciyyat - ixracatla eyni məqsədli, lakin qeyri-rəsmi, hakimiyyət

nümayəndələrinin əmri ilə rəiyyətdən vaxtaşırı yığılan fövqəladə vergi idi. 70

Şiltaqat - xariciyyat demək olub, yerli məmurların və qoşunun xərclərini

(ixracat) ödəmək üçün toplanılan vergi və mükəlləfiyyət idi. O da qeyri-rəsmi,

fövqəladə və ixtirayi həcmli vergi idi. 71

Qonalqa 12 - əcnəbi səfirlərin, şah çaparlarının, əyanların və hərbi rəislərin

rəiyyətin evlərində "mənzil salmaq hüququ". Sonuncular "qonaq"larını, onların

məiyyətini, nökərlərini yedizdirməyə, atlarını yemləməyə borclu idi. 73

Ulaq - rəiyyətin poçt xidməti məmurlarının tələbi ilə bir poçt məntəqəsindən o

biri poçt məntəqəsinədək verdiyi poçt və çapar atları. Rəiyyətin ərbablarını yaylaq və

qışlaqlara köç vaxtı daşıma vasitələri ilə təmin etmək borcu da bu mükəlləfıyyətlə bağlı

idi. 74

Ülam - rəiyyətin dövlət poçtundan istifadə edən çox mühüm çaparların,

qasidlərin və digər vəzifəli şəxslərin xərclərini ödəmək mükəlləfiyyətini bildirməli

idi. 75

Dəzgahbaşı - XVII əsrdə Abşeronda alınan vergi. Bu verginin adı II Şah

192

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!