24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

oyaq hazırlayırdılar. Abşeronda və yaxınlıqdakı adalarda yığılan boyaqorundan

qırmızı boyaq düzəldilirdi. İpək və yunu zəfəranla narıncı rəngə boyayırdılar. 14 Nar

qabığından əla qəhvəyi-kürən rəngli boyaq alınırdı. Limon və qoz qabığından, meynə

yarpağından, soğan qabığından, bir sıra ot, gül və bitkilərdən, habelə ağac

qabıqlarından da boyaq hazırlanırdı. 15

XVIII əsr fransız səyyahı Şarden İran və Azərbaycandan bəhs edərkən bu

ölkələrdə boyaqçılıq sənətinin Avropa ölkələrindəkindən xeyli üstün olduğunu göstərir.

Müxtəlif bitki və meyvələrdən hazırlanan boyaqlar daha parlaq və möhkəm olur, zaman

keçdikcə solmurdu. 16 Otlardan yun, ipək və pambıq sapları, habelə müxtəlif parçaları

boyamaq üçün istifadə olunurdu.

Bundan əlavə, boyaqlar dəriləri, çoxlu mal-qarası olan kəndlərlə əhatə olunan

şəhərdə geniş istifadə edilən müxtəlif dəri məmu latlarını boyamaq üçün də lazım idi.

Ayaqqabı, qayış, yəhər və yüyən üçün dəri, əsasən şaqrendən və tumacdan

hazırlanırdı. 17 Bakıda dəri aşılamaqla məşğul olan dabbaqlar və dəri məmulatı

hazırlayan sənətkarlar var idi. 18

Şəhərin və ətraf kəndlərin əhalisi, xüsusilə qadınlar xalça, parça, kəndir

toxunmasında, habelə müxtəlif naxışlarda istifadə edilən rəngbərəng yun və ipək saplar

əyirirdilər.

XVI-XVIII əsrlərdə Bakıda xalçaçılıqla bağlı toxuculuq sənəti inkişaf etmişdi.

Toxuculuqda xammal kimi şəhərin həndəvərində və ətraf kəndlərdə becərilən

pambıqdan istifadə olunurdu. 19 XVII əsr sənədlərində daxili və xarici bazar üçün külli

miqdarda istehsal edilən Bakı qumaşı xatırlanır. 20

Kempferin 1683-cü ildə Bakıdan danışarkən "burada sənətkarlığın, əyirmənin,

toxuculuğun az inkişaf etdiyini" 21 qeyd etməsinə baxmayaraq, mənbələrdə bu təsdiq

olunmur. Hətta Kempferin özü də bir neçə dəfə Bakıdakı sənətkarlıq

emalatxanalarından bəhs edir. 22

Şəhərdəki və onun ətrafındakı mühüm sənətkarlıq istehsalından biri də metal

emalı idi. Bakıda silah, mis qab, nal və digər məişət əşyalan hazırlanırdı. Bu

məmulatları hazırlamaq üçün sənətkarlar Şamaxı, yaxud Bakı bazarlarında rus

tacirlərinin Həştərxandan buraya gətirdikləri mis, qalay və polad alırdılar. 23 Misi

Tiflisdən də alırdılar. Lakin onun keyfıyyəti Həştərxandan gətirilən misdən aşağı idi. 24

Bakıda dəmirçilik inkişaf etmişdi. Holland dənizçisi Stryuys öz yol qeydlərində

silah düzəldən Bakı sənətkarlarından danışır. "...Həmin gün (29 oktyabr 1671-ci il) mən

Şamaxıdan çıxanda bu vaxtadək Bakıda qul olan bizim Meynert Meynerst oraya gəldi.

O, Bakıda, poladının möhkəmliyi ilə məşhur olan bir yerdə bıçaq və qılınc düzəldən bir

ustanın dəmirçixanasında işləmişdi..." 25

Şarden, de Teveno, Rafael dü Mann və başqa müəlliflər öz alətləri ilə qapı-qapı

gəzib xidmət göstərən təkbaşına işləyən sənətkarlardan bəhs etmişlər. A zərbaycanın

şəhər və kəndlərində geniş istifadə olunan mis qab qalayçıları belələrindən idi. De

Tevenonun sözlərinə görə, bu ustalar elə sürətlə işləyirdilər ki, yarım saat ərzində beş,

yaxud altı qazan qalaylayırdılar və bu çox ucuz başa gəlirdi. 26

Sənətkar emalatxanaları həm Bakı qalasının daxilində, həm də qala

170

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!