24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

o, türklərin başını mənə gətirərək belə güman edir ki, bununla öz başını saxlaya

biləcəkdir. Bundan sonra da öz məkrli əməllərini davam etdirməməsi üçün mən

istəyirəm ki, o, kəsdiyi başlara görə öz başı ilə cavab versin". 5 Bu hadisə şahın Bakını

tutmağa qoşun göndərdiyi vaxt, yəni de Quveanın məlumatına görə 1607-ci ilin

yanvarında baş vermişdir. 6

1607-ci ilin sentyabrında Bakıda olmuş karmeli missionerlərinin şahidliyinə

görə şəhər, demək olar ki, tamamilə dağıdılmışdı. 7 Lakin İsgəndər Münşi və keşiş de

Quveanın məlumatlarına görə Şah Abbas Bakını döyüşsüz almış və buna görə də şəhər

çətin ki, dağıdılmış olsun. Ehtimal ki, burada söhbət Şirvanşahlar sarayının

xarabalıqlarından gedir, belə ki, karmeli keşişləri şəhərin xarabalıqlarından danışarkən

dərhal sarayı təsvir edirlər.

Şah Abbas 1612-ci ildə İstanbulda Osmanlılarla sülh müqaviləsi bağladı. Bu

müqaviləyə görə Səfəvilər dövləti Şimali Ermənistanı, Şərqi Gürcüstanı, bütünlüklə

Azərbaycanı, Luristanı və Kürdüstanın bir hissəsini türklərdən aldı.

Lakin iki dövlət arasında hərbi əməliyyatlar yenidən başladı və 1618-ci ilədək

davam etdi. Həmin il Mərənddə bağlanan sülh müqaviləsinə 8 görə Bakı və

Azərbaycanın digər şəhərləri Səfəvilər dövlətinin hakimiyyəti altına keçdi.

I Şah Abbasın, onun nəvəsi və varisi şah Səfinin (1629-1642) Osmanlı dövləti

ilə müharibələri XVII əsrin 40-cı illərinə qədər davam etmişdir. 1639-cu ildə Səfəvilər

və Osmanlılar dövləti arasında 1612-ci il sülh müqaviləsini təsbit edən sülh imzalandı.

Həmin müqavilə 1724-cü ilə qədər pozulmadı.

I Şah Abbasın apardığı mərkəzləşdirmə siyasəti Səfəvilər dövlətini xeyli

möhkəmləndirdi. Şah Abbas şəhərlərdə abadlıq işlərinə rəvac verirdi. Onun

hakimiyyəti dövründə fars-türk müharibəsi zamanı dağılmış bir sıra A zərbaycan şəhəri

bərpa edildi. 9 Zülfiqar xanın əmri ilə Bakıda bayır qala divarları tikildi. Bunu

darvazanın üstündəki tikilmə tarixini - h. 1017 (1608/9)-ci il - göstərən kitabə də təsdiq

edir. 10 Bu dövrdə Bakıda və onun xaricində bir neçə karvansara və digər binalar

tikilmişdir.

Sonrakı Səfəvi hökmdarları II Şah Abbas və Süleymanın (ikinci adı II Səfi)

(1667-1694) hakimiyyəti dövrü Səfəvi və Os manlı dövlətləri arasında sülh

bağlandıqdan sonra özünə gələn ölkədə nisbətən əmin-amanlıq mərhələsi olmuşdur. Bu

sülh Səfəvilər dövlətinin fars-türk müharibələri nəticəsində pozulmuş rifahını

qaldırmağa imkan verdi.

Azərbaycan şəhərlərinin təqribən XVII əsrin sonlarınadək davam edən iqtisadi

inkişaf dövrü cəmiyyətin məhsuldar qüvvələrinin müəyyən qədər yüksəlişi və ticarətin

tərəqqisinin nəticəsi idi. Bakı şəhərinin firavanlığı və Abşeronun varı, onun əhalisinin

rifahı qurudan və dənizdən basqınlar edən qarətçilərin, dəniz quldurlarının diqqətini

cəlb edirdi.

XVII əsr mənbələrində Don və Volqa kazaklarının Abşerona basqınları qeyd

olunur. Hələ 1647-ci ildə bir neçə gəmi ilə Həştərxandan üzüb gələn Don kazaklarının

dəstələri Xəzər dənizinin qərb sahillərində qarətlə məşğul olmuş, Bakı yaxınlığında isə

fərabadlı (İran) tacir Hacı Bakeyin gəmilərinə həmlə etmişlər. "Hacı Bakey Bakıya neft

144

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!