24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olmasını, eləcə də hücrələrdən, karvansaradan və ibadətgahdan ibarət olan Atəşgahın ən

yüksək tərəqqiyə çatdığı XVIII əsr ərzində müxtəlif vaxtlarda tikildiyini dəqiq

müəyyənləşdirir. Hücrələr XVIII əsrin sonlarında ümumi hasara alınmışdır. 3 Məbəd bu

günədək həmin şəkildə qalmışdır. Şardenin məlumatlarına görə XVII əsrin 60-cı

illərində Suraxanı od məbədinə həm gəbr-pars, həm də hindli atəşpərəstlər ziyarətə

gəlirdilər. 4 Atəşgahın 8 saylı hücrəsindəki farsca tərtib olunmuş kitabə 1745-ci ildə

buraya iranli zərdüştilərin gəldiyinə dəlalət edir. Bu, ibadətgahın hələ hindlilərə qədər

zərdüştilərin od məbədi olduğunu göstərir.

1950-ci ildə hind alimi C.M.Unvala Atəşgahdakı 16 kitabənin, o cümlədən

farsca kitabənin özünün təklif etdiyi müxtəsər oxunuşu ilə fotoşəklini dərc etdirmişdir.

1963-cü ildə M.S.Nemətova həmın kitabənin oxunuşunu və tərcüməsini dərc etdirərək,

mənzum mətnin mənasını başa düşmədən bəzi sözlərin (onların bəziləri - badek, sad,

zu, sənaməd - düzgün oxunmamışdı) tərcüməsini vermişdir. 5 Farsca kitabənin təqdim

etdiyimiz oxunuşunda və tərcüməsində biz kitabənin ümumi məzmununa istinad etmiş

və mənzum formanı nəzərə almışıq.

1. Atəşpərəstlər çılpaq dağlar kimi cərgəyə düzülmüşlər.

2. İsfahanlı Badek (Badkübə, yəni Bakı - S.A.) şəhərinə çatdı.

3. O dedi: qoy mehmannavaz məbədə yeni il uğurlu gəlsin.

4. (Onun) mənzili (yatağı) səki oldu. Qız bürcü (şəmsi İran ilinin altıncı ayına

uyğun gələn zodiak işarəsi), 1158-ci il (eramızın 1745-ci ilinə müvafiqdir- S.A.).

Kitabə üçüncü şəxsin adındandır. Birinci misrada - "Atəşpərəstlər çılpaq dağlar

kimi cərgəyə düzülmüşlər" - kitabə müəllifi məbəddə gördüyü cərgəyə düzülmüş lüt

hindlilərin onda oyatdığı ilk təəssüratı vermişdir. İkinci misrada müəllif özü haqqında

danışır. İranın İsfahan şəhərindən gəldiyini və Badek şəhərinə çatdığını bildirir.

Məlumdur ki, XVII və XVIII əsr Şərq mənbələrində Bakının adı Badkubə kimi

yazılırdı. Şerin qafiyəsini saxlamaq üçün Badekubə sözü ixtisar şəklində - Badek kimi

yazılmışdır. İranlı zərdüşti Bakıya, yəni Suraxanıya yeni ildən sonra gəlmişdir. Bu,

kitabənin qonaqcıl məbədə xeyir-dua verilən üçüncü misrasından aydın olur. Dördüncü

misradakı "rəf" sözündə yer çatmadığından nöqtə "f" hərfindən bir qədər sağda

qoyulmuşdur və buna görə də əvvəlki müəlliflər tərəfindən heç bir mənası olmayan

"zu" kimi yanlış oxunmuşdur. 4-cü ibarə - "(onun) mənzili (yatağı) səki oldu" -

hücrələrində çarpayı əvəzinə daş səkilər olan zəvvarların məişət şəraitini dəqiq göstərir.

Sonrakı "snabəl" sözü Qız bürcünü, yəni şəmsi İran ilinin altıncı ayına müvafiq gələn

zodiak işarəsini bildirir və aşkara eramızın 1745-ci ilinə uyğun gələn 1158-ci ildə həkk

olunmuşdur. Bu kitabə göstərir ki, zərdüşti gəbrlər öz ibadətgahlarını unutmamış və

həmin ibadətgah artıq bir neçə əsrdən bəri hindlilərin od məbədinə çevrilsə də, əsrlər

boyu onu ziyarət etmişlər.

Suraxanı Atəşgahının beş kitabəsi V.M.Sısoyev tərəfindən Hindistana

göndərilmiş və orada oxunmuşdur. Həmin kitabələr bu əsərin müəllifi tərəfindən ingilis

dilindən rus dilinə tərcümə olunaraq 1946-cı ildə dərc edilmişdir.

İngilis səyyahı Cekson Atəşgahda 18 kitabəni qeyd etmişdir. Onlardan on beşi

ithafdır. İlk kitabə 1713-cü ilə, sonuncu 1827-ci ilə aiddir. Kitabələrdə hücrələrə yardım

234

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!