24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ailə orta hesabla 5 nəfərdən götürülsə, şəhərin əhalisi 15 min alınar ki, bu da digər

mənbələr tərəfindən təsdiq edilmir.

1807-ci ilin məlumatına görə "şəhərdə 500 ev var, əhalinin sayı 3 minə

yaxındır". 7 Lakin general-leytenant Repinin 1810-cu ildə tərtib etdiyi cədvəldə Bakı

şəhəri əhalisinin tərkibi haqqında ehtimal ki, daha dəqiq məlumat verilmişdir. 8 Rus

çarizminin Bakı xanlığını istila etməsindən keçən dörd il XVIII əsrin sonu-XIX əsrin

əvvəllərindəki şəhərin sosail tərkibində və simasında çox böyük dəyişiklik əmələ gətirə

bilməmişdi. 1810-cu ilin məlumatına görə Bakı və onun ətrafında 2235 nəfər kişi

yaşayan 931 ev var idi. 9 Ehtimal etmək olar ki, əhalinin ümumi sayı qadınlar və

gəlmələrlə birlikdə 6 minə çatırdı.

Göstərilən miqdarda evlərdən 897-sində "ələvi məzhəbindən olan

müsəlmanlar", 34-də ermənilər, 10-da isə yəhudilər məskunlaşmışdı.

1820-ci ilin məlumatına görə Bakıda və şəhər ətrafında 1137 ailə, yaxud 5152

nəfər əhali yaşayırdı. 10 Beləliklə, şəhərin əhalisi gəlmələrlə birlikdə təqribən 6-7 min

nəfər idi.

K.Spasski-Avtonomovun məlumatına görə 1851-ci ildə, çarizmin Bakını işğal

etməsindən 45 il sonra İçərişəhərdə yerli sakinlərə məxsus evlərin sayı 1688, şiə

müsəlmanların sayı isə 7875 nəfər idi 11 ; rus məmurları və erməni tacirləri buraya daxil

deyildi. Ehtimal ki, belə qısa bir müddət ərzində 1810-cu ilə nisbətən qalada evlərin

(931 ev) və yerli əhalinin bakılıların sayı xeyli artmışdır. Görünür,

K.Spasski-Avtonomovun gətirdiyi məlumatlar gerçəkliyə uyğundur.

Əhalinin sayına görə Bakıdan sonra ikinci yeri 3 min əhali yaşayan Maştağa

kəndi tuturdu. Balaxana, Buzovna, Novxana, Qala, Nardaran kəndlərinin hər birinin

mindən çox əhalisi var idi. 12 Bakı təsərrüfat baxımından kəndlərlə birlikdə vahid bir

nahiyə təşkil edirdi. Şəhər ərzaq məhsulları və şəhər təsərrüfatına lazım olan sənətkarlıq

məmulatları ilə təchiz olunurdu. Neft və duz mədənlərinə, zəfəran tarlalarına, meyvə

bağlarına və üzümlüklərə sahib olan əyanlar şəhərdə yaşayaraq tabeliklərində olan

rəiyyəti və şəxs ən mülkədara təhkim olunmuş rəncbərləri istismar edirdilər. Feodal

ierarxiyasının başında xanlığın ali hakimi və külli-ixtiyar sahibi olan xan dururdu. Xan

hakim feodal sinfınin torpaq sahibləri və mülkədarların mənafeyini təmsil edirdi. Nadir

şahın ölümündən sonra bakılı Dərgahqulu xanın oğlu, ordunun şaha ən yaxın

əmirlərindən olan Mirzə Məhəmməd xan öz mövqeyindən və bakılılar arasında

nüfuzundan istifadə edərək Bakıda hakimiyyəti ələ keçirib özünü müstəqil xan elan etdi

və şahın naibi Qalemi qovdu. 13 1747-ci ildən 1806-cı ilə qədər davam edən Bakı xanları

sülaləsinin aşağıdakı nümayəndələri olmuşdur:

I Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu 1747-ci ildən 1768-ci ilədək

hakimiyyət sürmüşdür .

Məlik Məhəmməd xan I Mirzə Məhəmməd xan oğlu 1768-ci ildən 1784-cü

Ehtimal ki, dağ yəhudiləri – tatlar nəzərdə tutulur.

Mirzə Məhəmməd xanın Bibiheybət qəbiristanındakı mərmər qəbir daşındakı ölüm tarixini

Ə.Ə. Ələsğərzadə oxumuşdur.

227

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!