24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

aydınlaşdırmağa imkan verir.

Şəhərləri əmirlər, hakimlər idarə edirdilər. Qoşunun başında isfahsalar, sahib

əl-cəyş dururdu. Bələdiyyə rəisləri - darğalar və amillər də inzibati işlərlə məşğul

olurdular. Şəhərin hakim təbəqəsi zadəganlar idi; rəislər feodal şəhərinin həyatında

mühüm rol oynayan sənətkarlıq sexlərinin və tacir silklərinin başçılarından ibarət idi.

Maliyyə məsələləri ilə Divan əl-Xərac məşğul olurdu. A millər vergi yığanlar idi.

Bakıda neft və duz mədənlərini idarə edən nazir var idi. Şəhərlərdə, rəislər kimi

şirvanşahlara heç də həmişə tabe olmayan ruhanilər, qazılar, müsəlman hüquqşünasları

- fəqihlər və Quran 11 oxuyanlar da yaşayırdı".

Şəhərlərin ən yoxsul əhalisi qullar və "qara camaat" (övbaş) idi. Onlar şəhərin

feodal hakim təbəqələrinə qarşı qiyamlar qaldırırdılar.

Hələ Sasanilər zamanı Sasanilər Dövlətinin mühüm strateji əhəmiyyətli əyaləti

olan Şirvan ərəb hökmranlığı dövründə ərəblərin böyük diqqət göstərdikləri ən iri siyasi

quruma çevrildi. Şirvanşahlar Şirvanın paytaxtı Şamaxıda yaşayırdılar. Ehtimal ki,

mərkəzi Bakı olan Abşeron Şirvan vilayətinin tərkibində əlahiddə inzibati vahid olub,

şirvanşahın təyin etdiyi hakim tərəfindən idarə edilirdi. X əsrin sonlarında Şirvanın

başlıca şəhərləri Şamaxı, Dərbənd, Bakı və Şəbəran idi.

Şirvanşahlar bütün tarix boyu müstəqillik uğrunda mübarizə aparmış, ayrı-ayrı

vaxtlarda müstəqil hakimiyyət sürmüşlər. Lakin Şirvan bu və ya digər işğalçın ın

hakimiyyəti altına düşdükdə Şirvanşahlar vassal asılılığında olub süzerenlərinə xərac

verirdilər. Ərəblərin Arranda hökmranlığı zamanı Məsləmə Əbdülməlik (VIII əsr)

Şirvanın üzərinə 20 min batman buğda və 50 min dirhəm pul vergisi qoymuşdu. 12

X əsrin ortalarında Şirvanşah Salari Mərzuban ibn Məhəmməd ibn Müsafirə 1

000 000 dirhəm xərac ödəyirdi. 13 Ərəb müəlliflərinin məlumatına görə, vergi kimi qul,

pul, təsərrüfat ləvazimatı, qatır, yük heyvanları və bəzək şeyləri almırdı. 14 Mənbələrdə

Bakı əhalisindən alınan verginin məbləği göstərilməsə də, neft, duz, buğda, zəfəran və

boyaqotu ilə zəngin olan şəhər və Abşeron kəndlərinin əhalisindən xeyli vergi

toplandığını ehtimal etmək olar. Şəhər sənətkarları işğalçılara və şirvanşahın xəzinəsinə

böyük miqdarda vergi verməklə ərəblərin və yerli feodalların ikiqat zülmünə məruz

qalırdılar.

Xilafətdə xərac və cizyədən əlavə, şəhər əhalisindən alınan bir sıra digər vergilər

də mövcud idi: xüms zəkatdan, yəni, bütün əmlakdan, sənətkarlıq məmulatından,

hasilatdan, qul halına salınmış əsirlərdən, arvad və uşaqlardan və bütün daşınar

əmlakdan alınırdı. Zəkat, yaxud sədəqə mal-heyvandan bu hesabla yığılırdı: dəvədən

-4-9 başdan bir quzu, yaxud iki keçi, 10-14 başdan 2 quzu, 15-19 başdan 3 qoyun və s.;

inək və camışdan - 30-39 başdan 1 baş, 40-50 başdan 2 baş və s.; qoyundan - 40-120

başdan 1 quzu, yaxud 2 keçi, 121-199 başdan 2 quzu, 200-399 başdan 3 qoyun və s.

200 dirhəm və 20 misqal qızıl və gümüşdən artıq məbləğdən, yaxud onun

dəyərindən qırxda biri alınırdı. Qeyri-müsəlman tacirlər mallarının dəyəri 200

dirhəmdən artıq olmadıqda ildə bir dəfə onun üçdə biri dəyərində zimmi vergisi

verirdilər. Başqa ölkələrdən gələn tacirlərdən mallarının dəyəri 200 dirhəmi

keçmədikdə onun onda biri məbləğində vergi alınırdı. 15

59

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!