24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

1953-cü ildə yeni evin tikintisi üçün bünövrə yeri qazılarkən yer səthində 8 m

dərinlikdə qədim qala divarından 400-500 m şərqə doğru (Hüsü Hacıyev küçəsi) kəhriz

aşkar olunmuşdur. 12

Kəhriz sisteminin baş lağımı düz xətlə şəhərin yuxarı hissəsi səmtində davam

edirdi. Bu su kəməri Şamaxı darvazası rayonunda qalaya daxil olaraq, ş əhərin şərq

hissəsinin suya ehtiyacını ödəyirdi. 13 1955-ci ildə yer çökməsi nəticəsində üç yerdə

kəhriz quyusu aşkar edilmişdir. Quyuların hər üçü xeyli dərin - təqribən 12-13 m idi.

Onların hamısında su var idi və diblərində yeraltı kanalların deşiyi görünürdü.

Şübhəsiz, ilk iki quyu Hüsü Hacıyev küçəsindəki kəhriz sisteminin baş lağımının

davamı olmuşdur. Üçüncü quyu isə yerinə görə, ehtimal ki, kəhrizin ayrıca qolu imiş.

Mənbəyini indiki Mərkəzi mədəniyyət istirahət parkı rayonundakı iki bulaqdan

götürən üçüncü su kəməri xətti də olmuşdur. O, qalaya indiki filarmoniya binasının

yaxınlığında daxil olur və əsasən qədim şəhərin qərb və cənub hissələrinə xidmət

edirdi. 14 Şəhər ərazisində aşkar edilən kəhriz sistemi üç əsas su kəməri vasitəsilə şirin

bulaq suyu ilə təmin edilən və XIV əsrin sonu-XV əsrin əvvəlində fundamental və

mürəkkəb kəhriz sisteminə malik feodal Bakısının su təchizatı haqqında Bakuvinin

məlumatını tamamlamağa imkan verir. Ehtimal ki, həmin kəhriz sistemi daha əvvəllər

qurulmuşdur. Bunu yuxarıda qeyd edilən kufi kitabəli daşın tapılması da göstərir.

İçərişəhərdə Bakı yüksəkliyinin şimal təbəqələrində arxeoloji qazıntılar aparılarkən

yuxarı təbəqənin (XIV-XVII əsrlər) məişət obyektləri arasında iriölçülü düzbucaqlı daş

lövhələrdən hörülmüş, xeyli maili şəkildə qərbdən-şərqə doğru gedən yaxşı qalmış

kanalizasiya xətti aşkar edilmişdir. Kanalizasiyanın örtüyü və döşənəyi də bir-birinə kip

tutuşdurulmuş iri daş lövhələrdən ibarətdir. Kanalizasiyanın eni 0,6 m, dərinliyi 45

sm-dir. Onun qərbə doğru davamı 1977-ci ildə 12 №-li sahə işlənərkən aşkar edilmişdir.

Üzə çıxarılmış kanalizasiya xəttinin öyrənilməsi orta əsr feodal şəhəri Bakının yeraltı

kommunikasiyaları haqqında müəyyən təsəvvür əldə etməyə imkan verir. 15

Bakı özünün tarixi abidələri ilə Azərbaycan şəhərləri arasında mühüm yer tutur.

Baş ticarət yollarından və işğalçıların gəldiyi böyük yoldan kənarda yerləşən və

yarımsəhra çöllərlə əhatə olunan Bakı bir çox orta əsr tarixi və memarlıq abidələrini

qoruyub saxlamışdır. Abşerona səpələnmiş və köhnə Bakı qalasındakı çoxlu miqdarda

memarlıq abidələri - qalalar, karvansaralar, məscidlər, mədrəsələr, türbələr, hamamlar,

ovdanlar, qəbirdaşları və s. XI-XIII əsrlərə aiddir. Ölkə monqollar tərəfindən istila

olunduqdan sonra XIII əsrin 30-cu illərindən əsrin sonunadək böyük binaların

tikilməsində fasilə yaranır ki, bu da ölkənin hərbi əməliyyatlarla əlaqədar dağıldığını

göstərir.

102

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!