24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

üstündəki altıguşəli xonçalarda kufi xətlə 6 dəfə Əli sözü həkk edilmişdir. 165 Həmin

kitabələr göstərir ki, şəhər əhalisi sünni olduğu halda, Dərbəndi sülaləsindən olan

şirvanşahlar şiə idilər.

Şəhərin həndəvərində, qala divarlarının yaxınlığında burada emalatxanaları olan

sənətkarlar yaşayırdılar. Şəhərin ən yoxsul təbəqələrinin də evləri burada idi.

Dərbəndilər sülaləsindən olan ilk şirvanşahlar sürətlə qalalar, saraylar, məscidlər

və digər binalar tikdirirdilər. Şirvanşahların Abşeronun Nardaran kəndindəki yay

iqamətgahı XV əsrin əvvəlinə aid saray imarətlərindəndir. Bakuvi 1403-cü ildə qeyd

edirdi ki, şəhər əhalisi hər il yayı üzüm, əncir və nar yetişdirilən bağlarda keçirir. 166

Şirvanşahların xan bağı adlandırılan iqamətgahı üslubca saray ansamblının ilk

tikililərinə yaxındır.

Xəlilullahın hakimiyyəti dövründən Cümə məscidinin üzərində Quran

ayəsindən ibarət kitabə və şirvanşahın adı həkk olunmuş h.841 (1437/8)-ci ilə aid

minarəsi qalmışdır. 167 Kitabə şərəfəni (müəzzinin dayandığı kiçik dairəvi eyvan)

saxlayan stalaktit pərvazın (qurşağın) altındadır.

Bakı qalasındakı Xacə Əmirşah məscidinin girişində aşağıdakı məzmunda daş

kitabə qalmışdır:

"Bu nurlu məscidi A llah naminə tikməyi sultan oğlu Şeyx İbrahimin zamanında

möhtərəm sədr, mərhum Xacə Hacı Yaqubun oğlu Xacə Əmirşah 818-ci ildə əmr etdi"

(1415/6)-cı il. 168

XV əsrdə bir sıra ölkələrlə ticarətin inkişafı ilə əlaqədar Şirvanşahlar karvansara,

ovdan və körpülərin tikintisinə diqqəti artırdılar. Tacirlərin və xırda alverçilərin

dükanları, habelə bir sıra karvansaralar, o cümlədən Buxara karvansarası (XV əsr),

Multani karvansarası (Hindistandakı Multan əyaləti əhlindən olan hin tacirlərinin

karvansarası) limanın yaxınlığında yerləşirdi. Həmin karvansaralar, ehtimal ki, XV əsrə

aiddir. Hindistan Azərbaycanla hələ VII əsrdən, 169 bəlkə də daha əvvəllərdən iqtisadi və

mədəni əlaqələr sax-layırdı. Abşeronda maddi sərvətlərin artması, feodal əyanlarının və

ruhanilərin əlində külli miqdarda pul vəsaitinin toplanması tikintinin inkişafına əlverişli

şərait yaradırdı.

Qazıntı zamanı Qız qalasının yaxınlığında üç tərəfdən Divan xananın tağlarına

və sütunlarına oxşayan tağlı və sütunlu dəhlizlə əhatə olunmuş kiçik meydan aşkar

edilmişdir. Bu meydanda quyu olmuş və XII-XIV əsrlərə aid bir neçə məqbərə üzə

çıxarılmışdır. Ehtimal ki, bu həyət və dəhliz ibadət yeri türbə, pir olmuşdur. Həmin

ərazidə aparılacaq gələcək tədqiqatlar və qazıntı işləri bu binanın təyinatını

aydınlaşdırmağa imkan verəcəkdir. 170

Bakı və Abşeronda XIV-XV əsrlərə aid çoxlu ictimai təyinatlı abidələr -

hamamlar və ovdanlar tikilmişdir. Həmin hamamların çoxunda ənənəvi planlaşdırma

prinsipləri təkrar olunur. 171 Hamamlar, adətən günbəzdəki fənərlər vasitəsilə

işıqlandırılırdı. Onlar saxsı borular, yaxud döş əmənin altındakı kanallar vasitəsilə

qızdırılırdı: qızdırılmış su bu kanallar vasitəsilə dövr edirdi. Hamam binası, adətən,

istini saxlamaq üçün yer səthindən aşağıda tikilirdi. 172

Qız qalasının qənşərindəki Hacı Qaib hamamı təqribən XV əsrə aid olub, daha

124

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!