24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

mart 1607-ci il) verdiyi fərmanda deyilir: "...imam övladı Bibiheybətin (ona və onun

babalarına salam və səna olsun) mübarək asitanəsinin mütəvəllisi, şeyxlərin ən yaxşısı

hesab edilən Şeyx Bünyad oğlu Şeyx Qulaməli, həmin asitanəyə xidmət edən dərvişlər

camaatı... xeyirxah ərzə çatdırdılar ki, Şirvan Badkuyəsi 53 yaxınlığındakı Zığ kəndi

behişt məkanlı və yüksək yurdlu əlahəzrət şahbabamın (Allah onun sübutunu nurani

etsin) 54 hökmünə əsasən mübarək asitanəyə aid idarənin vəqf əmlakıdır və onun

malucəhatı qeyd olunan asitanəyə bağışlanılmış və soyurqal verilmişdir. (Onlar) həmin

kəndin, habelə qeyd olunan asitanənin yaxınlığındakı üç neft quyusunun üşrünün,

həmin asitanənin dərvişləri və Zığ kəndinin rəiyyətlərinə məxsus olan 1500 baş

qoyunun çobanbəyiliyinin, malibağ və dərvişlərin Duldərədə əkdikləri pambıq və

taxılın üşrü ilə birlikdə bağışlanmasını və soyurqal verilməsini xahiş etdilər". 55

Həmin şah fərmanlarına əsasən Bakı yaxınlığındakı Zığ kəndinin mübarək

məqbərənin mütəvəlliləri şeyx Bünyad və onun oğlu şeyx Qulaməlinin mülkiyyətinə

verildiyi təsbiq edilirdi. Şeyxə malucəhat və Duldərədəki bağlardan, buğda və pambıq

əkinlərindən, habelə üç neft quyusundan alınan bütün vergiləri öz xeyrinə toplamaq

ixtiyarı verilirdi; dərvişlər, onların əməlləri və rəiyyəti Divanın və qoşunun xeyrinə

bütün ərzaq (ələfə) və iş (biyar və şikar) mükəlləfiyyətlərindən azad olunurdu. 1000

qoyunu olan şeyx və 500 qoyunu olan rəiyyət çobanbəyi vergisindən azad edilirdilər. 56

Başqa bir fərman II Şah Abbas tərəfindən h.1066-cı ilin zilhiccə ayında (20

sentyabr-19 oktyabr 1656-cı il) maliyyə məmurlarının və icarədarların Bibiheybət

məzarına məxsus Zığ kəndlilərindən bir sıra qanunsuz vergilər (cüftbaşı, dəzgahbaşı və

yurtanə) yığması ilə əlaqədar verilmişdir. 57 Fərmanda bu məsələnin baxılmaq üçün

bəylərbəyiyə verildiyi göstərilir və deyilirdi ki, " Badkuyənin rəiyyətləri, amilləri,

tiyildarları və darğaların həmin yerə və qeyd olunan soyurqal mahalının vücuhatına hər

hansı ünvanla qarışmaları, şərik çıxmaları, pay almaları məmul olmamışsa, məmul

olduğu təqdirdə isə əgər Badkuyə rəiyyətlərinə aid olmamışsa, qərar versin ki, qeyd

olunan kəndin rəiyyətlərinin vəziyyətlərinə təcavüz etməsinlər, əziyyət

verməsinlər..." 58 Fərmanın məzmunundan aydın olur ki söhbət Bakı əhlindən, ehtimal

ki, dövlət vergilərinin toplanmasını icarəyə götürən icarədarlardan, habelə kələntərdən

və öz vergilərinin bir qismini ətraf kəndlərin kəndlilərinin çiyninə qoymağa çalışan

məhəllə darğalarından gedir. Sonuncu ibarədə göstərilir ki, soyurqal mahalından vergi

yığılması məlum olduğu halda belə bunu Bakı icarədarları deyil, soyurqal sahiblərinin

özləri etməlidir. II Şah Abbasın bu fərmanı şeyxin vergi yığmaq imtiyazlarını (müafi)

təsdiqləyərək, onu şahın xeyrinə xəzinəyə daxil olmalı bütün vergilərdən azad edirdi. 59

Şeyx Əbu Səid Əbülxeyrin məzarına aid sənədlər vəqf təsisatının

öyrənilməsində çox mühüm mənbədir. Sədarət divanının vəqf əmlakı və mütəvəlli

vəzifəsi haqqında 1699-cu il tarixli fərmanı xüsusilə maraqlıdır. Həmin fərmanda I

Xəlilüllahın oğlu şirvanşah Fərrux Yəssarın 1490/91-ci ilə aid vəqfnaməsinin əsl mətni

qalmışdır. Bu, şirvanşahların XV əsrdə müəyyən şərtlərlə məqbərəyə bağışladıqları

vəqf əmlakının sadalandığı dövrümüzədək gəlib çatmış yeganə vəqfnamə nümunəsidir.

Vəqfnamənin mətnini bütünlüklə veririk: " Bu xoşsaatlı vaxtlarda xey ir-dua əldə etmək

məqsədi ilə öz xalis malım hesabına Şibani əkinəcəyini, oradakı qatı neft quyusu ilə

190

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!