24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

dövründə h.420 (1029)-ci ildə də davam edirdi. Bu vaxt Dərbənd Şirvanşahların

torpaqlarına daxil idi. Dərbənd hakimləri müstəqillik əldə etmək uğrunda şirvanşahlarla

tez-tez ara müharibələrində iştirak edirdilər və vaxtaşırı buna nail ola bilirdilər.

H.421 (1030)-ci ildə "əl-Babın əhalisi şirvanşahın torpaqlarına basqın edərək

onun ərazisindəki bir çox yaşayış yerlərini dağıtdılar". 5

Şirvanın varlı şəhərləri - Şamaxı, xüsusilə Bakı yadelli işğalçıların diqqətini

özünə cəlb edirdi. Onlar dəfələrlə bu şəhərlərə basqın edərək: çalıb-çapır, əhalisini

qırırdılar. Mənbələr göstərir ki, h.421 (1030)-ci ildə rus dəstəsi otuz səkkiz gəmi ilə

Şirvana hücum etdi. Şirvanşah I Mənuçöhr ibn Yəzid (hakimiyyət illəri h.418-425

(1027/8-1033/4)-ci illər) onları Bakı (Bakuyə) yaxınlığında qarşıladı. Ruslarla

vuruşmada xeyli şirvanlı, o cümlədən zadəganlardan Əhməd ibn Xasskin həlak oldu.

Sonra ruslar Kür çayınadək qalxdılar. Mənuçöhr rusların hərəkətini dayandırmaq üçün

Arazın qabağını bəndlə kəsdi, lakin onlar müsəlmanların bir çoxunu suda batırdılar.

Bununla belə, rusların Arazla irəliləməsinin qarşısı alındı. 6 Sonralar Cənzə (Gəncə)

hakimi Şəddadi Musa ibn Fəzl rus dəstəsindən muzdlu kimi öz qardaşının əleyhinə

istifadə etdi. O, ruslarla sahilə çıxmağı təklif etdi, onlara çoxlu pul verib əhalisi ona

qarşı üsyan qaldırmış Beyləqanın üzərinə göndərdi. Musa ibn Fəzl rusların köməyi ilə

Beyləqanı ələ keçirdi, qardaşı Əskəriyyəni tutub öldürdü. Sonra ruslar Arranı tərk

edərək Ruma getdilər, oradan isə öz ölkələrinə qayıtdılar. 7 Mənbədə göstərilir ki, ruslar

tezliklə - h.421-ci ilin zilhiccə ayında (19.XI-18.XII.1031-ci il) yenidən gəldilər. Bu

dəfə Şəddadilər sülaləsindən olan Arran hakimi Musa ibn Fəzl ruslara hücum etdi,

Bakuyə yaxınlığında onlarla vuruşdu, çoxunu qıraraq, sıxışdırıb ölkədən çıxardı. 8

Göründüyü kimi, ruslar dəniz yolu ilə Bakıya gəlib Şirvana basqın edirdilər.

XI əsrin 40-cı illərində Şirvanşahlar Şirvanı təhdid edən köçəri oğuz türklərinin

hücum təhlükəsi ilə əlaqədar şəhərlərin ətrafında qala divarları çəkdirməyə başladılar. 9

Bu vaxtlar şirvanşahlar öz qoşunları ilə feodal ara müharibələri aparır, habelə Şirvan

şəhərlərində baş verən antifeodal hərəkatlarla mübarizə edirdilər. Mənbənin verdiyi

məlumata görə, h.458-ci ilin cəmadiyüləvvəl ayında (31.III-30.IV.1066-cı il) şirvanşah

Fəribürzün "öz paytaxtı Yəzidiyyənin əhalisinə qəzəbi tutdu, kafir gürcüləri onun

üstünə saldırdı. Onlar əhalini qarət edib, oradakı müsəlman üləmasını, rəisləri və

zadəganları əsir aldılar..." 10 və amansız divan tutdular. Şirvanşahlar oğuzların bir qolu

olan səlcuqlarla da mübarizə aparırdılar. Səlcuqlar XI əsrin əvvəllərində güclü imperiya

yaradaraq, Ön Asiya ölkələrini -Azərbaycanı və onun qonşularını təhdid edirdilər. XI

əsrin ortalarınadək səlcuqlar İranı, A zərbaycanı və bir sıra digər şərq ölkələrini işğal

etmişdilər.

XI əsrin 40-cı illərində mənbələrdə oğuz türklərinin A zərbaycana girməsi

təhlükəsi ilk dəfə olaraq qeyd edilir. 11

H.458 (1066)-ci ildə oğuz türkləri Şirvana hücüm etdi. Onlar kürd düş ərgəsini

qarət edərək, çoxlu qənimət apardılar. Şirvanşah I Fəribürz bir Salar h.455 (1063)-cü il

Ehtimal ki, Xasstəkin (V.F.Minorskinin qeydi)

62

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!