24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dərbənddə şəriətə əsaslanan müsəlman hüququ fəaliyyət göstərirdi. Dinlə hüquq

arasında möhkəm bağlılıq, məhkəmə prosesinin və məhkəmənin ilahiyyatçı

hüquqşünasların ixtiyarına verilməsi müsəlman ölkələrində mühakimə üsulunun

səciyyəvi cəhətidir.

Şirvan şəhərlərində və Dərbənddə məhkəmə işlərini şirvanşahın və Dərbənd

əmirinin təyin etdiyi qazılar aparırdı. Şəriət məhkəmələrinə başçılıq edən qazı və qazı

əl-qüzzatın səlahiyyətinə bir sıra digər funksiyalar, o cümlədən notarius vəzifəsi də

daxil idi. Qazılar dini ayinlərin icrasına nəzarət edirdilər, mülkiyyət hüququnu ləğv edə

bilərdilər. Onlar, həmçinin mirası bölüşdürür, kəbin kəsir və digər mülki işlərlə məşğul

olurdular. 24 Qazı əl-Qüzzat feodal hakimiyyət strukturunda sultandan və şirvanşahdan

sonra ən mühüm simalardan biri idi. Ruhani feodallar dövlət idarəçiliyində tez-tez

yüksək vəzifələr tuturdular. XII əsrin əvvəllərində Məsud ibn Namdar mənzum

namələrində qazıların onu "mülk" sahibliyi və Beyləqanda olmadığı müddətdə məvacib

almaq hüququndan məhrum etmələrindən şikayətlənir. 25 XII əsrin sonunda Şirvanın

qazısı "hüquq elmlərinin və inzibatı hüququn kamil biliciləri olan qazılar nəslindən

çıxmış" 26 Qiyasəddin Əbu Nəsr Məhəmməd ibn Abdullah ibn Abbas əş-Şirvani

olmuşdur. Qazı vəzifəsi çox vaxt irsən keçirdi.

Şəhər idarəsində digər mühüm şəxslərdən biri də sədr - vəqf mə-sələlərinə baxan

yüksək mənsəbli məmur, şirvanşah tərəfindən təyin olunan nazir idi. Bakı qalasındakı

Gilək məscidindəki kitabədə h.708 (1308/9)-ci ildə məscidin təmir olunmasını əmr

etmiş sədr Əmin əd-Din ibn Əbubəkrin adı çəkilir. 27 Buradaca kitabəsində onu

tikdirmiş sədr Xoca Əmirşah ibn Xoca Hacı Yaqubun (h.818 (1415-1416)-ci il) adı

xatırlanan başqa bir məscid də vardır. 28 Xoca rütbəsi, görünür, varlı tacirə, yaxud

vəzirə, şirvanşah sarayındakı mənsəb sahibinə verilirdi. Bakıda yaşamış həmin

feodalların və mənsəb sahiblərinin adlarına, habelə mənbələrin məlumatına görə,

ehtimal ki, onlar şafiilik məzhəbinə mənsub sünni olmuşlar. 29

Cümə (came) məscidlərinin imamları, müdərrislər (mədrəsə müəllimləri),

seyidlər, dərviş xanəgahlarının, zaviyələrinin və i.a. şeyxləri, habelə vəqflərin

mütəvəlliləri də ruhanilər zümrəsinə daxil idi Ruhanilərin nə kimi rol oynadıqları

aşağıdakı faktdan aydın görünür: şirvanşah III A xsitan (XIII əsrin ikinci yarısında

hakimiyyət sürmüşdür) Səfəvilər sülaləsinin banisi şeyx Səfiəddinlə (d.h.650

(l252-1253)-ci il - ö.h.735 (1334-1335)-ci il) qohum olmaq istəyərək, qızını şeyxə ərə

vermək niyyətinə düşmüş, cehiz olaraq 14 000 dinar və gəliri bir neçə min taqar düyü

olan suvarma kanalı verməyi vəd etmişdir. Səfiəddin bunun müqabilində demişdir:

"Mən buna nə deyə bilərəm? Şirvanşah hökmdardır, mən isə adicə dərvişəm". 30

Lakin bəzən şirvanşahlar bu və ya digər şeyxin nüfuzunun artmasından qorxuya

düşərək, bir çox hallarda isə iqtisadi xarakterli səbəblərdən belə şəxsləri təqib etmişlər.

Məsələn, III A xsitan təbəələrinin əksəriyyətinin şeyx Zahidin (d.h.615 (1218/19)-ci il

-ö. təqribən 1300-cü il) ardıcılı olduqlarını, bütün vaxtlarını ibadətdə keçirərək,

təsərrüfatı, tarlaların becərilməsini başlı-başına buraxdıqlarını, bunun isə dövlətin

rifahına fəlakətli təsir göstərdiyini gördükdə şeyxlə düşmən oldu, onun müridlərini suya

atıb boğdurmaq, ibadətgahını isə dağıtmaqla hədələmişdi. 31

91

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!