24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1420-ci ildə Orta Asiyaya və demək olar ki, bütün İrana sahib olan Şahrux Təbrizi

tutduqdan sonra Araz çayını keçərək qışlamaq üçün Qarabağda dayananda bir çox iri

feodallar, o cümlədən şirvanşah Xəlilüllah və onun qardaşı Mənuçöhr öz sədaqətlərini

bildirmək və iltifata nail olmaq üçün bol hədiyyələrlə onun hüzuruna gəldilər. Şahruxu

Şirvanşahlarla Şeyx İbrahim və onun oğlu Xəlilüllahla çoxdankı ittifaq bağlayırdı.

Şirvanın müstəqilliyinin qorunub saxlanması Qara Yusifin oğlu İsgəndərlə mübarizədə

sadiq müttəfiq tapmağa çalışan Şahruxun görüşü onları bir-birinə daha da yaxınlaşdırdı.

Və Şirvanşah Qarabağa, sultanın iqamətgahına gələndə sonuncu onunla qohum olmaq

istədi və Xəlilüllahı Qara Yusifın dul arvadı - Miranşahın oğlu, Teymurun nəvəsi olan

Əbu Bəkrin qızına nişanladı. Qara Yusif onu babası Miranşahın həlak olduğu döyüş

zamanı ələ keçirmiş və tezliklə evlənmişdi. Şirvanşahın anası Şirvandan qiymətli

hədiyyələr gətirdi və h.824-cü il rəbiüləvvəl ayının 29-da (3 aprel 1421-ci il), 66 çərşənbə

günü Qaraköpəkdə toy məclisi quruldu. Şahruxun simasında yüksək və qüdrətli

qohumuna arxalanan Xəlilüllah öz mövqeyini möhkəmləndirdi. İsgəndərlə Şahruxun

qoşunları arasında yüksək və qüdrətli qohumuna arxalanan Xəlilüllah öz mövqeyini

möhkəmləndirdi. İsgəndərlə Şahruxun qoşunları arasında gedən vuruşmalarda

şirvanşah da Şirvan hərbi dəstələri ilə iştirak etmişdir. İsgəndər Şahruxla müharibədə

məğlub olmasına baxmayaraq, öz mövqeyini bərpa etməyə, qoşun toplamağa müvəffəq

olmuş və bir neçə dəfə Şirvana basqın edərək, Şamaxını və bütün vilayəti viran

etmişdir.

Şahrux h.839 (1435/36)-cu ildə İsgəndərə qalib gəldikdən sonra Təbrizə daxil

oldu.

Əl-Mazandarani xəbər verir ki, h.841-ci il səfər ayının 1-də (4.VIII.1437)

Xəlilüllah Şahruxun qələbə çalması münasibətilə Təbrizə, dövlət xəzinəsinə Şirvan

cinsindən çox qiymətli atlar -şrqa göndərmişdir. Xəlilüllah, Şirvan şəhərlərində,

xüsusilə, bu zaman Şirvanın paytaxtına çevrilən Bakıda geniş tikinti işləri aparmışdır.

Dəniz ticarətinin inkişafı ilə bağlı Bakının iqtisadi və siyasi əhəmiyyəti xeyli artır.

Şamaxı 1191-ci ildə zəlzələ nəticə-sində dağıldıqdan sonra şirvanşah Axsitan Şirvanın

ikinci paytaxtına çevrilən Bakını özünün iqamətgahı etmişdi. Ehtimal ki, Şirvanşahlar

XII əsrin axırlarından Bakıda yaşayaraq, şəhərin müdafiəsinin qayğısına qalmışdır.

Bunu XII əsrin sonu-XV əsrdə istər şəhərdə, istərsə də Abşeronda yaradılmış bir sıra

müdafiə tikililəri - bürclər, qəsrlər, qala divarları, yaşayış evləri də təsdiq edir. Belə

hesab etmək olar ki, Şirvanın paytaxtı Şamaxıdan Bakıya 1191-ci ildə köçürülmüşdür.

Ölkəsinin və paytaxtı Bakı şəhərinin abadlığı qayğısına qalan Xəlilüllahın zamanında

Şirvanşahlar sarayı komple ksinin, karvansara və körpülərin tikintisinə başlanmışdır.

Ölkə abadlaşırdı. Xəlilüllah Şirvanda əlli ilə yaxın hakimiyyət sürmüşdür. O, h.869-cu

ilin zilhiccə ayında (25.VII-23.VIII. 1465-ci il) ölmüşdür. 67 Onun oğlu və varisi Fərrux

Yəssarın kəsdirdiyi ilk sikkələr h.869 (1465)-cu ilə aiddir. Şirvanşahlar dövlətinin

müs-təqil yaşamasının əmin-amanlıq dövrü Xəlilüllahın varisi Fərrux Yəssarın

Qaraköpək indiki Füzuli rayonundadır.

70

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!