24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

miqdarda neft hasilatından danışılır. 4 Məlum olduğu kimi, türk yükü 100 000 axça, yəni

türk piastrı, yaxud 6000 manat təşkil edirdi. On yük 60000 gümüş manat, yaxud 6000

tümən gəlir təşkil edirdi.İran müəllifi Əmin Əhməd ər-Razinin (1601-ci il) məlumatına

görə o dövrdə Bakının ətrafında (yəni Abşeronda - S.A.) qara və ağ neft çıxarılan

500-dək neft quyusu var idi. 5 Neft quyularının sayına dair mənbələrdə verilən bu ilk

məlumat, ehtimal ki, bir qədər şişirdilmiş olmasına baxmayaraq, neft hasilatının həcmi

barədə fikir yürütməyə imkan verir. Həmin rəqəmi XVII əsrin birinci yarısı türk

tarixçisi Katib Çələbi də təkrar edir. 6

İtalyan səyyahı Pyetro della Valle (1618-ci il) Bakı yaxınlığında çox ucuz olan

və şaha hər il böyük gəlir gətirən xeyli qara neft hasil olunmasından danışır. 7

1647-ci ildə Bakıda olmuş məşhur türk səyyahı Övliya Çələbi özünün

"Səyahətnamə" əsərində Abşeronda neft hasilatına dair qiy mətli məlumatlar verir. O,

xəbər verir ki, Bakı şəhərinin ətrafında yeddi yerdə hər birinin öz rəngi - qırmızı, sarı,

qara və i.a. olan neft mədəni var, ancaq onlardan ən qiymətlisi sarı neftdir. 8

Övliya Çələbi Abşerondakı neft mədənlərinə baxmış və onları təsvir etmişdir.

Onun dediyinə görə, neft mənbələrindən xırda göllər əmələ gəlir. "Neftin

mühafizəçisinə tabe olan adamlar gecələr həmin xırda göllərə girib nefti keçi

tuluqlarına doldururlar. Sonra tacirlər onlan alıb müxtəlif ölkələrə aparırlar". 9

Mətndən göründüyü kimi, neft çıxarmaqla məşğul olan fəhlələr mədənlərin

istismarını idarə edən xüsusi adama tabe idilər. Sonra deyilir ki, "neftin onu

gecə-gündüz qoruyan xüsusi mühafızəçiləri var idi. Belə ki, əgər ona od düşsə, daim

yanacaq və sönməyəcəkdir. Buna görə də, neft mədənlərinin yaxınlığında qum təpələri

vardır". 10

1683-cü il yanvarın 6-8 də Bakıda olmuş, şəhərin və onun ətrafının maraqlı

təsvirini vermiş alman səyyahı, İsveç səfirliyinin katibi Engelbert Kempfer neft

hasilatının üsullarına dair daha ətraflı məlumatlar gətirmişdir. 11 Kempfer Abşeronda

Balaxana, Ramana, Binəqədi və Suraxanı kəndlərindəki neft mədənlərini gözdən

keçirmişdir. Onun məlumatına görə, həmin vaxt Suraxanıda uzunluğu təqribən 100, eni

50 addım olan dayaz dərədə yerləşən iki işləyən və səkkiz baxıms ız neft quyusu var idi.

Çox dar olan quyuların dərinliyi təqribən 40 orgi idi. Quyuların qırağına daş döşənir və

kol-kos əkilirdi. 12 Quyular ibtidai üsulla - bellə qazılırdı. Möhkəm gil torpaq divarları

bərkitmədən və quyuqazanları təhlükəyə məruz qoymadan istənilən dərinliyə qədər

qazmağa imkan verirdi. 13

XVIII əsrin 30-cu və 40-cı illərində I Pyotrun qoşunları Bakını işğal etdiyi

vaxtlarda (1723-1735-ci illər) burada olmuş İrandakı rus səfirliyinin üzvü İ.Lerxin

məlumatına görə, Abşeronda ağ neft quyularının sayı 5-ə çatırdı və göründüyü kimi,

neft hasilatı çox aşağı idi. Quyular daşla doldurulmuş və ağzı örtülmüşdü. Neft ayda bir

dəfə çıxarılırdı. Quyuları 12 əsgərlə birlikdə unter-zabit qoruyurdu. 14 İngilis səyyahı

Qanvey 1747-ci ildə 6 ağ neft quyusundan xəbər verir. 15

Orgiya – Qədim Misirdə və Yunanıstarıda 2 metrə bərabər uzunluq vahidi

160

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!