24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

qiymətləndirilirdi. Belə ki, onun zəhəri aşkar etmək xassəsinə malik olduğu güman

edilirdi. 56 XIV-XV əsrlərə aid seladon boşqabların qırıqları Bakıda Şirvanşahlar sarayı

ərazisində tapıl-mışdır. Bundan başqa, arxeoloji qazıntılar zamanı orada çoxlu çini qab

qırıqları aşkar olunmuşdur. Sarayın ərazisindəki quyuların birindən tapılmış bu boşqab

maraqlıdır. Burada qıvrılmış iri quyruğu az qala boşqabın bütün içini tutan əjdaha təsvir

edilmişdir. Rəsm kobaltla işlənmişdir. Boşqab elə oradaca tapılmış sikkə kimi XV əsrə

aid edilir. 57 Şirvanşahlar sarayı ərazisindən tapılmış çini məmulatlar arasında Çin

qablarına bənzədilən yerli qablar da vardır.

Şirvanşahlar sarayı ərazisində, saray hamamı otaqlarının birində ehtimal ki,

XIV-XV əsrlərə aid üzərində Çin nəbati ornamentləri olan üzlük saxsı lövhələrin

qırıqları qalmışdır.

XIII əsrdən başlayaraq, bütün Şərqdə, o cümlədən A zərbaycanda nəbati

naxışları Çin rəs mlərinin təsiri altında işlənmiş gözəl saxsı qablar geniş yayılmışdı. Bu

qablar "çini", yəni Çin qabı adlanır. Həmin termin bir çox şərq dillərində, o cümlədən

Azərbaycan dilində özünə möhkəm yer tutmuşdur. Bakıda belə məmulat tapıntıları

arasında XIV-XV əsrlərə aid, ehtimal ki, gətirilmə qablara təsadüf edilir. 58 Bahalı Çin

qablarına Azərbaycanda böyük tələbat var idi: onlardan Bakı əyanları istifadə edirdilər.

Orta əsr Azərbaycan şəhərlərindən farfor və seladondan hazırlanmış çini qabların

tapılması Çin mallarının A zərbaycanda, o cümlədən, Bakıya idxal olunduğunu və

XIII-XV əsrlərdə Azərbaycanla uzaq Çin arasında ticarət və mədəni əlaqələrin

mövcudluğunu bir daha göstərir. 59

Azərbaycanla Hindistan arasında iqtisadi və mədəni əlaqələr nəinki orta əsrlərə,

hətta daha qədim zamanlara gedib çıxır. Abşeronun Suraxanı kəndindəki 60 hind məbədi

- Atəşgah və Bakının İçərişəhər hissəsindəki XV-XVI əsrlərə aid Multanı karvansarası

dövrümüzədək qalmışdır.

Şamaxıya və Bakıya gələn hind tacirləri ədviyyatla yanaşı, qızıl qiymətinə

satılan bahalı Kəş mir parçaları - "tirmə" də gətirirdilər. Bu parçanın qalıqları Bakıdakı

Şirvanşahlar sarayının XV əsrə aid türbəsindəki sərdabədən tapılmışdır. 61 Orada,

ehtimal ki, İrandan gətirilmə ipək və zərxara parçaların da qalıqları aşkar edilmişdir.

Hind karvansarası ilə üzbəüz XIV əsrə aid başqa bir karvansara - Buxara karvansarası

vardır. Bu, Bakının Orta Asiya şəhərləri ilə ticarət əlaqələri saxladığını təsdiq edir.

Şirvanşahlar sarayı ərazisində XIV əsrə aid bürünc Kubaçi çıraqlarının tapılması

Dağıstanla ticarət və iqtisadi əlaqələrin mövcudluğunu göstərir. 62 Həmin əlaqələr XII

əsr şairi Xaqani Şirvaninin məşhur qəsidəsində qeyd edilmişdir.

XIII əsrin birinci yarısında Azərbaycan monqollar tərəfindən istila edildikdən

sonra ölkənin iflası, monqol hökmdarlarının qoyduğu ağır vergilər və icarə sistemi

nəticəsində sənətkarlığın tənəzzülə uğraması müşahidə olunur. Bakı üçün bu dövr neft

hasilatının aşağı düşməsi, ticarətin zəifləməsi dövrü idi. Əgər XIII əsrin axırlarında

Qazan xanın (1295-1304-cü illər) islahatları ilə bağlı ölkənin məhsuldar qüvvələrində

müəyyən yüksəliş baş vermişdisə, onun ölümündən sonra varisi Olcaytu xanın

hakimiyyəti zamanında (1304-1316-cı illər) Qazan xanın fərmanları tədricən öz gücünü

itirməyə başladı ki, bu da Azərbaycanın təsərrüfat həyatının yenidən tənəzzül etməsinə

82

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!