24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

2 çəllək qalay, 4 çəllək iplik yumaq. 50 Malların Bakıya daşınması çox baha başa gəldi.

Onlar Bakıda çətin sayılırdı. İngilislər qalan mallarını busaya yükləyib Bilgəhə

yollandılar, lakin gəmiləri şiddətli külək nəticəsində tezliklə sındı və onlar mallarının

bir hissəsini və içərisində Bakıda satdıqları mallardan əldə etdikləri taler və qızıllar olan

qurunu itirdilər. Dərbəndə gəlib çatdıqda onlar paşadan 1000 batman xamna alıb

Həştərxana yola düşdülər.

Berrounun sözlərinə görə, Şirvanın onların olduqları yerlərində xam ipəkdən

başqa qiymətli heç nə almaq mümkün deyil. Onu da ingilis tacirləri buraya gələndən

bütün ölkədə ipəyə vergi qoyan paşanın əli ilə almaq olar. Paşa ingilis mallarının böyük

bir hissəsini onların həqiqi dəyərindən çox ucuz qiymətə özü götürmüşdü. Lakin

əvəzində ingilislərə ölkədəki qarmaqarışıqlıq və quru yollarının çox təhlükəli olması

üzündən onun köməyi olmadan ala bilməyəcəkləri qədər mal tədarük etdiyinə görə paşa

onlarla istədiyi kimi rəftar etdi. 51 Göründüyü kimi, türk hakimi ipək ticarətində

bilavasitə iştirak edir və əcnəbilərlə apanlan bu ticarət onun əlindən gəlib keçirdi.

İngilis tacirləri uzun əzab-əziyyətdən sonra öz malları ilə sağ-salamat

Həştərxana gəlib çatdılar və ingilislərin Xəzər dənizində ticarəti bununla başa çatdı.

İngilislərin Moskva Şirkətinin ekspedisiyası uğursuzluqla qurtardı. Belə ki, türklərin

1578-ci ildə Xəzər dənizinin qərb sahillərini zəbt etməsi ingilislərin burada ticarəti

genişləndirmələrinə mane oldu.

İngilis ticarət şirkətinin göstərilən agentlərindən başqa, XVI əsrin sonlarında

digər ingilis səyyahları - Şerli Antoni və Perri Uilyam da A zərbaycana gəlmişlər. Şerli

Antoni İrana 1598-ci ildə İranla İngiltərə arasında ticarət əlaqələrini möhkəmləndirmək

və I Şah Abbası Türkiyəyə qarşı Avropa ölkələri ilə birlikdə çıxış etməyə sövq etmək

məqsədilə gəlmişdi. Şah Şerlini yaxş ı qəbul edərək ona mirzə rütbəsi vermiş, xristian

tacirlərinə güzəştlər olunmasını vəd etmiş və Şerlinin məsləhəti ilə 1599-cu ildə onunla

birlikdə müxtəlif Avropa saraylarına səfirlik göndərmişdi. 52

Səfirliyin başçısı İranlı Persidski Don Juan adı ilə məşhur olan Hüseynəli bəy

idi. 53 Elçilər Moskvada, Praqada və Romada oldular, lakin orada uğur qazana

bilmədilər. Praqada XVI əsrə aid köhnə bir binanın (Staromesto meydanında,

Minutanın yanındakı ev) fasadında 1610-cu ildə İran elçilərinin atların və dəvələrin

üstündə, İran qiyafəsində şəhərə daxil olmaları təsvir edilmişdir.

XVI əsrin birinci yarısında Şirvanda yaranmış əlverişsiz siyasi vəziyyətlə

əlaqədar karvan yolları ilə ticarətin tənəzzülə uğraması müşahidə olunur. Bununla bağlı

Bakının beynəlxalq tranzit ipək ticarətində başlıca dəniz limanı kimi əhəmiyyəti artır.

Bu ticarətdə rus tacirləri də iştirak edirdi. XVI əsrin 50-70-ci illərində feodal

ara-çəkiş mələrinin səngiməsi, Səfəvilər dövləti ilə Osmanlı Türkiyəsi arasında

müharibənin müvəqqəti olaraq dayanması ilə əlaqədar bu ticarət genişləndi. Şəhərin

dəniz ticarəti ilə bağlı sahil boyunca salın mış karvansaralar da (bu günədək

B u s a - gəmi

176

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!