24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Xandəmir nəql edir ki, İs mayıl özü Bakıya yaxınlaşaraq xəndəyi daşla doldurmağı əmr

etdi. Xəndəklər daşla doldurulub, qala divarları ilə bərabərləşəndə şəhər əhalisi

İsmayıldan aman dilədi. Onlar bağışlanmaq vədi alaraq qapıları açdılar və çiyinlərində

kəfən, əllərində qılınc itaət göstərdiklərini və tabe olduqlarını bildirmək üçün onun

hüzuruna gəldilər. 77

Həsən Rumluya görə, İsmayıl bakılıları bağışlamış və onlar "qan bahası" olaraq

ona o dövr üçün böyük məbləğ sayılan 1000 tümən vermişdilər. 78

İsmayıl sərkərdəsi Xülafə bəyə şirvanşahların xəzinəsini ələ keçirib öz

düşərgəsinə göndərmək üçün qalanı dərhal tutmağı əmr etdi. Xülafə bəy Bakının

adlı-sanlı sakinlərini özü ilə götürdü və sarayda çoxlu qızıl ələ keçirib, şirvanşahların

bütün sərvətini bakılıların qiymətli hədiyyələri ilə birlikdə İs mayıla göndərdi. 79

Həsən Rumlu və Xandəmirin məlumatma görə İs mayıl şeyx Cüneydin

öldürülməsində iştirak edənlərin qəbirlərini qazıb, sümüklərini yandırmağı əmr

etmişdir. 80 Görünür, bu məlumatlar Xəlilüllahın özünə aiddir, belə ki, onun qəbri

məlum deyildir. Ehtimal ki, üzərində kitabələr olan qəbir daşları sındırılıb

dağıdılmışdır, belə ki, onlar qalmamışdır.

İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasının üstünə getdi. lakin tezliklə

qalanın mühasirəsindən əl çəkdi. 1501-ci ildə Səfəvi qoşunları Şirvanı tərk etdi. 81

Şah İs mayılın Şirvana bu yürüşü Şirvanşahlar dövlətinə güclü zərbə endirsə də,

o, 1538-ci ilə qədər mövcud olmaqda davam etmişdir. Şirvanşahlar dövləti müharibə,

daxili çəkişmələr və bir sıra üsyanlar nəticəsində xeyli zəifləmiş və artıq əvvəlki rolunu

oynaya bilməmişdir. 82

Fərrux Yəssarın ölümündən sonra onun taxtına oğlu Bəhrəm bəy keçdi. O, bir il

hakimiyyət sürdükdən sonra 1501-ci ildə öz əcəli ilə öldü. Bəhrəm bəyi h.907 (1501)-ci

ildə cəmi altı ay hakimiyyət sürən qardaşı Sultan Məhəmməd qazi əvəz etdi. 83

Numizmatik məlu matlarda və yazılı mənbələrdə onun adı Qazi bəy kimi çəkilir. Qazi

bəy ona qarşı qiyam qaldırmış oğlu Sultan Mahmud (h.907-908 (1501-1502)-ci il)

tərəfindən qətlə yetirilmişdir. Müstəbid Sultan Mahmudun hakimiyyəti uzun sürməmiş,

onu əmisi - Fərrux Yəssarın oğlu, İsmayıl Səfəvinin təqibindən Gilana qaçmış II

İbrahim (Şeyxşah) (h.908-930 (1502-1524)-cu illər) qayıtdıqdan sonra qovmuşdur. 84

Səfəvilərin hakimiyyətdə saxladıqları Dərbəndilər sülaləsindən son şirvanşahlar

Şeyxşah, II Xəlilüllah və Şahruxun (h.942-945 (1535-1538)-ci illər) adları Şamaxıda

kəsilmiş gümüş sikkələr də qalmışdır. 85

Hakimiyyətdə saxlanılan şeyx II İbrahim (Şeyxşah) vəziyyətinin

möhkəmləndiyini güman edərək qoyulmuş xəracı göndərmədiyi üçün Şah İsmayıl

h.915 (1509)-ci ildə yenidən Şirvana yürüş etdi. Şeyx İbrahim Buğurt qalasına çəkildi

və mühasirəyə hazırlaşırdı. Bakı müqavimətsiz İsmayıla təslim oldu. Qalanın

komendantı (kütval) itaət göstərərək bahalı hədiyyələrlə şahın hüzuruna gəldi və

şəhərin açarlarını ona təqdim etdi. 86 Şah Bakıdan Şəbərana, Dərbəndə getdi və Şirvanın

başqa şəhərlərini də tutaraq, Bakı qalasının idarə olunmasını Lələ bəy Şamluya həvalə

etdi. 87 Bu hadisələrdən sonra II İbrahim Şeyxşah və şirvanşah II Xəlilüllah (h.930-942

72

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!