24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

yastıdır. Məscidin arxa tərəfində əlavə tikililər var". 149

1945-ci ildə "cənub", yaxud orta həyətin ərazisində arxeoloji işlər aparılarkən

A.M.Pavlinovun təsvir etdiyi "təzə məscid" deyilən məscidin bünövrəsi altında "təzə

məscid"dən xeyli böyük olan daha əvvəllər tikilmiş bir binanın divar və bünövrə

qalıqları aşkara çıxarılmışdır. 150 V.N.Leviatov da bu binanı, A.Bakıxanovun sözlərinə

istinadən, Seyid Yəhya Bakuvinin ibadət etdiyi və dərs dediyi qədim məscid sayaraq,

onun uçmasını XIV əsrin sonlarına aid edir. 151 Məlumdur ki, Seyid Yəhya XV əsrin

birinci yarısında Xəlilüllahın sarayında yaşamış və həmin əsrin 60-cı illərində

ölmüşdür. Deməli, köhnə bina artıq XV əsrin əvvəllərinədək uçmuşdur.

V.N.Leviatova görə, "təzə məscid" XVI əsrdən əvvəl tikilməmişdir 152 ki, bu da

səhv fikirdir. Belə ki, bu zaman Seyid Yəhya artıq həyatda yox idi.

Beləliklə, görünür "təzə məscid" XVI əsrdə deyil, XIV əsrin son-larında, yaxud

XV əsrin əvvəllərində köhnə bina uçduqdan sonra onun yerində tikilmişdir ki, bu da

A.Bakıxanovun məlumatına zidd deyil.

Qazıntı zamanı Şirvanşah sikkələrinin "təzə məscid"in keçmiş döşəməsindən

aşağı səviyyədə (III Fəribürzün sikkəsi - XIII əsrin ikinci yarısı) 153 və bilavasitə həmin

məscidin döşəməsi altından (Bakuyədə kəsilmiş XV əsr sikkəsi) 154 tapılması da bizim

müəyyənləşdirdiyimiz tarixi təsdiqləyir. "Təzə məscid"in tikintisində köhnə binanın

daşlarından istifadə olunmuşdur. XV əsrin 60-cı illərində, Seyid Yəhyanın ölümündən

sonra onun "təzə məscidə" bitişik türbəsi tikilmişdir. Qeyd etmək lazımdır ki, həmin

türbə üslub xüsusiyyətlərinə görə saray tikililəri ansamblına daxil olan binalardan

seçilmədiyi halda, "təzə məscid", A.Pavlinovun qeyd etdiyi kimi, "birincilərdən fərqli

olaraq, başqa vaxta, dövrə və hətta başqa memara məxsus olmalıdır". 155

Saray tikililəri ansamblına əlahiddə dayanan "Murad qapısı" deyilən bəzəkli

Şərq darvazası baştağı (h.994 (1585/86)-cü il), ovdan və uçulub dağılmış şah

hamamının qalıqları da daxildir.

Şirvanşahlar sarayının şərq darvazası kompleksin bütün tikililərindən xeyli

sonra, XVI əsrdə, Bakı türklərin işğalı altında olarkən tikilmişdir. Darvaza Bakı

əyanlarından Rəcəb babanın əmri ilə tikilmişdir. Baştağın memarı Təbrizin Vəlyənkuh

məhəlləsindən olan ustad Əmirşah Vəlyənkuhidir. Bunu baştağın haşiyəsindəki kitabə

də təsdiq edir. Baştağ XV əsr saray komp leksi binaları tipində tikilsə də, bəzək, zəriflik

və digər cəhətlərdən onlardan geri qalır. Baştağın yuxarı hissəsi ərəbcə daş kitabə ilə

bəzədilmişdir. "Bu nəcib imarəti tikməyi ən adil və müəzzim sultan Sultan Murad xanın

zamanında ulu Rəcəb baba Bakuyi doqquz yüz doxsan dördüncü ildə əmr etmişdir"

(h.994 (1585/86)-cü il). 156 Kitabənin hər iki tərəfində nəbati naxışlı xonça var. Baştağın

aşağı hissəsindəki stalaktit yarımgünbəz dərin taxça əmələ gətirir.

Sarayın digər baştağlarından fərqli olaraq onun qapıya oxşayan geniş çatma giriş

açırımı var. Çox ehtimal ki, bu baştağ indiyədək qalmamış, yaxud tikilməmiş binanın

girişi olmuşdur. Bunu darvazanın deyil, "imarətin" tikilməsindən xəbər verən kitabənin

mətni də təsdiq edir.

Aşağı həyətdən şərqdə, türbənin və məscidin ərazisindən aşağıdakı sahədə saray

ansamblına daxil olan hamam yerləşir.

121

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!