24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

feodallara məxsus neft quyularından, göllərdən neft və duz hasilatı ilə məşğul olan

kəndlilərdən ibarət idi.

Neft quyularının sahibləri arasında dərvişlərə də rast gəlmək olurdu.

Məhəmməd ibn Mahmudun "Nəfais əl-Fünun" əsərində sultan Məhəmməd

Olcaytunun Bakıda bir dərvişlə görüşü təsvir olunur. Bu heykayətin məzmunu belədir:

Dərvişlərdən bir nəfər Bakı hüdudunda özü üçün bir neft quyusu qazmışdı. O, öz

həyatını və gəlib-gedənlərin (müsafirlərin) xərcini öz quyusunun mədaxili ilə təyin

edirdi. Bir gün sultan buraya gəldi. Dərviş adəti üzrə ona xidmət etmək üçün ayağa

qalxdı. Sultan ona-bəxşiş vermək istədi, dərviş almayıb dedi: "Bu miqdar ilə ruzgarım

keçir, bundan artığa ehtiyacım yoxdur". Onun sözü sultana xoş gəlib, necə yaşadığını

bilmək istədi. Onun hal və əhvalı sultana məlum olunca: "Sənin səltənətinə afərin

olsun" dedi. 52

Bakı qalasındakı, Abşeron kəndlərindəki məscid kitabələrində, qəbir daşlarında

ərəbcə "mənim ağam" mənasına gələn "mövlana" sözünə tez-tez təsadüf edilir. Bu fəxri

titul alim şəxslərə və şeyxlərə verilirdi. Saray vəzifəsi ilə bağlı "hacib" rütbəsinə rast

gəlinir. 53 Bakı qalasındakı daş kitabələrdə təsbit olunmuş bu titullar, rütbələr və vəzifələr

feodal cəmiyyətinin mürəkkəb struktura malik olmasından xəbər verir.

Abşeronun şəhər və kəndlərinin sənətkarları və rəiyyəti həm yerli feodallar, həm

də Abşeronda uzun müddət hökmranlıq etmiş ərəblərin, səlcuqların, monqolların və

başqalarının simasında yadelli işğalçılar tərəfindən istismar olunurdular. Onlar öz

feodallarına müxtəlif vergilər verir, feodal mükəlləfiyyətlərini yerinə yetirir, yerli və

yadelli hakimlərin ikiqat zülmünə məruz qalırdılar. Bunu Bakının sosial-iqtisadi

tarixinə dair XIV əsrin əvvəlinə aid maraqlı sənədlərdən biri də təsdiq edir. Bu,

İçərişəhərdəki Cümə məscidinin bünövrə daşındakı Bakı şəhəri və Abşeron kəndləri

əhalisinin üzə-rinə qoyulan vergi növlərini əks etdirən kitabədir. Kitabə bugünədək hələ

tam şəkildə oxunmamışdır.

Fars dilində olan bu kitabə Sultan Məhəmməd Olcaytunun yarlığının mətni olub,

aşağıdakı 4 sətirdən ibarətdir:

"1. Həqiqi sübhanə və təala (yəni, Allah) islamın padşahı dünyanın dörddə

birinin fərman fərması, sultanın ömrünü uzatsın.

2. Əzəmətli, böyük xaqan ...Ərəb və Əcəmin hökmdarı Olcaytu Xüdabəndə

Məhəmməd, A llah onun hakimiyyətini əbədiləşdirsin!

3. Dünyanın fatehinin yarlığına görə şəhər və vilayətin rəiyyəti qopçur, səranə,

neft və ürfi vergilərindən azad olunur.

4....Bundan belə bunları bakılılardan alana lənətlər olsun!" 54

Yarlığın verildiyi tarix dəqiq məlum deyil. Lakin mənbələr sultan Məhəmməd

Olcaytunun Bakıya gəldiyini təsdiqləyir. 55 Ehtimal ki, bu, onun Arrandan qayıdaraq

Gülüstanda dayandığı 1309-cu ildə olmuşdur. 56 Görünür, kitabədə Məhəmməd

Xudabəndə Olcaytunun yarlığının mətninin əsli deyil, yalnız onun məzmunu

verilmişdir. Belə ki, monqol hökmdarlarının fərmanlarının əslində hökmdarlar

haqqında Cümə məscidinin divarındakı kitabədə olduğu kimi üçüncü şəxsin deyil, 57

96

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!