24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

) Elm, ədəbiyyat və incənəsət

XI əsrin sonu və XIII əsrin əvvəli Şirvanın tərəqqisi dövrü olmuşdur.

Şirvanşahlar elm, incəsənət və poeziyaya hamilik edirdilər.

Dövlətşah Səmərqəndinin məlu matına görə şirvanşah Şeyx İbrahim

(1382-1417-ci illər) Şirvana gəlmiş məşhur fars şairi Katibi Turşizinin bir şerinə görə

ona 10 000 qızıl dinar bağışlamışdı. 181

O dövrün ən görkəmli alim və şairləri Şirvanşahlar sarayında top-lanmışdı.

Məsələn, Mənuçöhr və I Axsitanın hakimiyyəti dövründə Əbülüla Gəncəvi, Fələki

Şirvani, Əfzələddin Xaqani, Məhsəti və b. kimi bir çox görkəmli şair və mütəfəkkirlər

Şirvanda yaşayırdılar. 182 Həmin şairlərdən Əbülüla Gəncəvi, Fələki Şirvani və Xaqani

Şirvanın və onun vilayətlərinin " məliküşşəra"sı ("şairlər şahı") sayılırdı. Bu dövrdə dahi

Azərbaycan şairi Nizami yazıb yaradırdı. İncəsənət və ədəbiyyatın tərəqqisi orta əsr

Azərbaycan mədəniyyətinin ümumi yüksəlişinin tərkib hissəsi idi. Bu dövrdə dini və

sufi-mistik görüşlərin təsiri altında olan fəlsəfə, elm və ədəbiyyat xüsusilə inkişaf

etmişdi.

A.Bakıxanov elmi əsərləri olan Şirvandan çıxmış görkəmli orta əsr alimlərini

sadalayaraq, onların arasında Məhəmməd Əli Bakuvi kimi tanınan Şeyx Əbu Abdullah

Əli ibn Məhəmməd Bakuvinin adını çəkir. 183 Bakuvi (948-1050-ci illər) Bakıda

ilahiyyatçı ailəsində doğulmuşdur. Onun ilk müəllimi atası olmuşdur. Bakuvi

zahiriliyin ardıcılı olmuş, sonralar isə batinilərə yaxınlaş mışdır. O, ixtiyar yaşlarında

Bakını tərk edərək dağda mağaraya çəkilmiş və guşənişin həyat sürmüşdür. Bakuvi şair

və panteist filosof olmuşdur. O, çoxlu səyahət etmiş, İranda, Orta Asiyada, Ərəbistanda

və ehtimal ki, Hindistanda olmuşdur. Səyahətdən qayıtdıqdan sonra Nişapurda və

Şirazda yaşamışdır. Bakuvi şeirlərini Baba Kuhi (dağlarda yaşayan qoca) təxəllüsü ilə

yazmışdır. Onun əsərləri hədislər toplusundan, sufilərin həyatından bəhs edən "Əxbər

əl-arifin", "Əxbər əl-qafilin" toplularından, şeir və hikmətli sözlər məcmuəsindən

ibarətdir. Bakuvi şiə olsa da, onu mömin müsəlman hesab etmək doğru olmaz. Onun

dünyagörüşündə atəşpərəstliyin və Günəşə sitayişin təsiri özünü göstərir. Bakuvi bütün

Şərq ölkələrində məşhur olmuşdur. 184

Bakuvinin şirvanşahın qızına məhəbbəti haqqında rəvayət döv-rümüzədək gəlib

çatmışdır: XVII əsrin əvvəllərinin səyyahı Şirazda dağın başında Bakuvi ilə yanaşı

onun ölümündən sonra qəbrinə və ziyarətə gələn zəvvarlara xidmət göstərmək üçün

oraya gəlmiş şirvanşahın qızının (Roi de Baku) dəfn olunduğu məqbərəni təsvir

etmişdir. 185

XIV-XV əsrlərin hüdudlarında bütün Yaxın və Orta Şərqdə ifrat şiə təriqəti olan

hürufilik geniş intişar tapdı. Panteist istiqamətli bu fəlsəfi cərəyanda şəxssiz başlanğıc

olan Allah təbiətin özü ilə eyniləşdirilir. 186 Təriqətin banisi Fəzlüllah Nəimi Astrabadi

idi (d.təqribən 1340-cı il - ö.h.796 (1394)-cü il). Teymurun sürgün etdiyi Fəzlüllah

Nəimi 1386-cı ildən Bakıda və Şirvanda yaşamışdır. Teymurun oğlu Miranşah

Fəzlüllahı 1394-cü ildə Naxçıvan yaxınlığındakı Əlincədə öz əli ilə qətlə yetirmişdir.

Bu yaxınlarda Nəiminin qəbri tapılmışdır. Sufizmin güclü təsiri altında olan hürufilik

126

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!