24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olmuş yezuit missionerinin dediyinə görə, Abşeronda "bağlarda bitən və dibçəklərdə

yetişdirilənlərdən müqayisəsiz daha dadlı" 91 olan yabanı portağal və limon yetişdirilir.

Ətraf kəndlərin camaatı şəhərə çoxlu üzüm, qarpız, qovun və tərəvəz gətirirdi. 92

Bakı ətrafında, xüsusilə Novxana kəndinin yaxınlığında, yazda, mart, aprel aylarında

kəndlilər xeyli miqdarda dombalan göbələyi yığır və şəhərə gətirib satırdılar. 93

Lakin şəhər ətrafında və Abşeron kəndlərində becərilən ən qiymətli bitki mühüm

ixrac mallarından olan əla keyfıyyətli zəfəran idi. 94 Zəfəranın iki növü bitirdi: mədəni

və yabanı. Altıillik soğanaqlı bitki olan birinci növ daha yüks ək qiymətləndirilirdi,

onun alqırmızı rəngli çiçəklərindən istifadə olunur. Onu səhərlər böyük sahələrdən

çimdik-çimdik yığırdılar. İkinci növ zəfəran çox böyük sahələri tutur və ucuz

qiymətləndirilirdi. 95 Yezuit missionerinin məlumatına görə zəfəranı sobada azacıq

miqdarda mumla qarışdırır, 96 xırda-xırda doğrayır və bu cür satırdılar.

XVIII əsrin əvvəllərində Bakının həndəvərində yüzlərlə zəfəran sahəsi var idi. 97

Lerxin şahidliyinə görə, XVIII əsrin 30-cu illərində "Bakının torpağı demək olar ki,

bütünlüklə daşlıq olduğundan şəhərin özündə zəfəran bağları az idi... Torpağı daha

münbit olan Abşeron yarımadasında isə belə bağlar qat-qat çox idi..." 98 O, daha sonra

Şüvəlan kəndində zəfəran əkinlərinin olduğunu qeyd edir. 99 Zəfəran çox qiymətli

məhsul olub, təsərrüfatda geniş istifadə edilirdi. Zəfəran ədviyyə kimi yeməkdə

işlədilirdi. O, ipək və yun parçaları və xalçaları boyamaq üçün çox əla boyaq (narıncı

rəng) maddəsi idi. Krusinski Bakı haqqında danışarkən qeyd edirdi: "Bu şəhər bütün

İranı zəfəranla təmin edir. İranlılar onu düyüyə vurmaqdan əlavə, başlıca olaraq, ipək

boyamaqda istifadə edirlər..." 100 Zəfəran İbn Sinanın "Qanun" kitabında qeyd etdiyi bir

sıra xəstəliklərin müalicəsində işlədilən dərman vasitəsi kimi Şərqdə hələ X əsrdən

yaxşı məlum idi. 101

Göstərilən kənd təsərrüfatı məhsulları təkcə şəhər əhalisi tərəfindən istifadə

olunmur, həm də ixrac edilirdi.

167

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!