24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

onun hansı ildə rus dövlətindən üz çevirib, bir dəstə tərəfdarları ilə bir müddət Bakı və

Şirvan ətrafını çalıb-çapdığı və sonra gedib İran qoşunlarının əmirləri sırasına keçməsi

məlum deyildir. H.151 (1738)-ci ildə Nadir şahın qardaşı İbrahim xan Carda 87

öldürüldüyü zaman o da yaralanıb Zəncanda vəfat etmişdir". 88

Çar qoşunları Bakını tutmaqda ikən I Pyotr hökuməti Xəzərboyu vilayətlərin

Rusiyaya birləşdirilməsi barədə Səfəvilərlə diplomatik danışıqlar aparırdı.

1723-1724-cü illərdə Səfəvilərin vəziyyəti ağır idi, ölkə əfqanların hücumlarına məruz

qalmışdı. Əfqanlar artıq İranın böyük bir hissəsini işğal etmişdilər. 1723-cü il

sentyabrın 23-də İran səfiri İs mayıl bəy Peterburqda müqavilə bağladı. Həmin

müqaviləyə görə şah Xəzər dənizinin Dərbənddən Astrabada qədər bütün qərb və cənub

sahillərini Rusiyaya güzəştə gedirdi. Pyotr şah Təhmasibin hüquqlarını müdafiə etməyi,

Səfəvilərin əfqanlarla və türklərlə mübarizəsində ona kömək göstərməyi öhdəsinə

götürürdü. Rusların Xəzərboyu vilayətlərini işğal etməsindən narazı qalan Türkiyə

Ermənistanı, Gürcüstanı və Şirvanın böyük hissəsini tutdu. 89 Lakin şah hökuməti həmin

müqaviləni təsdiq etmədi.

Yalnız 1724-cü il iyulun 12-də İstanbulda Rusiya ilə Türkiyə arasında müqavilə

bağlandı. Həmin müqaviləyə əsasən Xəzər dənizinin Dərbənd, Bakı, Salyan, Gilan,

Mazandaran, Astrabad şəhər və əyalətləri daxil olmaqla, bütün qərb və cənub sahilləri

Rusiyaya keçir, Şamaxı, Nuxa, Gəncə, Təbriz habelə Ermənistan və Gürcüstan isə

Türkiyəyə çatırdı. 90

Pyotr 1725-ci ildə öldükdən sonra Rusiya hökumətinə Xəzərboyu torpaqları

saxlamaq çətinləşdi. Çünki bunun üçün külli miqdarda vəsait tələb edən böyük ordu

lazım idi. Bundan əlavə qalalar tikmək və onları möhkəmləndirmək üçün xeyli işçi

qüvvəsi saxlanılırdı. İsti iqlim, bol meyvə və çiy su ağır xəstəliklərə və əsgərlər arasında

ölüm hallarının çoxalmasına səbəb olur və orduya xeyli əlavə qoşun gətirilməsini tələb

edirdi. Digər tərəfdən alınmış əyalətlərin mədaxili məxaricini ödəmirdi. 91 1730-cu ildə

vəziyyət daha da ağırlaşdı. Belə ki, həmin vaxt İranda türklər üzərində bir sıra qələbələr

çalmış bacarıqlı sərkərdə Nadir meydana çıxmışdı. 1734-cü ilin yayında Nadir qoşunla

Şirvana yürüş edib Şamaxını tutdu.

A.Bakıxanovun sözlərinə görə "bu zaman İran hüdudundakı əhali həyəcana

gəlib ümumi surətdə hücum edərək, Rusiya ilə müharibəyə başladılar. Ancaq

general-mayor Levaşovun bacarığı nəticəsində Rusiya bu qorxulu hadisədən nicat

tapdı..." General Levaşova rus çarizminin işğalçı qoşunlarının zorakılığına qarşı üsyana

qalxmış yerli əhalini itaətdə saxlamaq çətin idi. 1733-cü ildən 1735-ci ilə-dək işğal

edilmiş Xəzərboyu vilayətlərə təyinat almış alman həkimi İ.Y.Lerx Dərbənd, Şəbəran,

Abşeron, Bakı və Salyandan keçib get miş, özünün yol qeydlərində general Levaşovun

"basqınlar edən iğtişaşçılara" qarşı qəddarlığını və cəza tədbirlərini, "onların bəzilərini

qabırğasından asdırdığını" təsvir edir, 1734-cü ildə Lerx daha sonra yazır ki, "tatarlar

(yəni, A zərbaycan türkləri - S.A.) noyabrın 3-də kazaklardan 200 baş qaramal almış və

beş kazak öldürmüşlər, tatarlardan isə on nəfər öldürmüşdür." Mayor Eyken onların

157

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!