24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yaxınlığındakı Bildi gəmi dayanacağının adını çəkir. Ticarət şirkətinin agentləri

Bilgəhdə lövbər salandan az sonra gəmiyə içində 7-8 adam olan qayıq yan aldı. Onların

ikisi türk, qalanları yerli əhalidən idi. Gələnlər ingilislərə xəbər verdilər ki, türklər

Şirvanı tutmuşlar, türk paşası (Osman paşa) türk qarnizonu ilə Dərbənddə qalmışdır.

Şamaxı tamamilə yandırılmış və orada əhali qalmamışdır. Agentlər paşa ilə danışmaq

arzusu ilə Həştərxandan özləri ilə birlikdə gələn bir taciri onun, şirkətin agentlərindən

Robert Qoldinqi isə Bakının rəisinin (ehtimal ki, qalanın yerli əhalidən olan

komendantının - S.A.) yanına göndərdilər. Onlar şəhərin rəisinə gəldiklərini,

gətirdikləri mallar barəsində məlumat vermək, dostcasına qarşılanmalarını, dinc və

təhlükəsiz ticarət etmək imkanı arzuladıq larını bildirmək istəyirdilər. Agentlər qeyd

edirdilər ki, Bilgəhdən Bakıya bir günlük yoldur, quru yolla piyada getmək asandır və

"bu şəhər divarlarla əhatə olunmuş və çox möhkəmləndirilmişdir". 48 Bakının rəisi

elçiləri yaxşı qarşıladı və sabahısı agentlərlə danışıq aparmaq üçün Bilgəhə gələcəyini

vəd etdi. O, otuz nəfərlik mühafizə dəstəsi ilə göstərilən vaxtda gəlib çıxdı.

Tərcüməçilər vasitəsilə qarşılıqlı təşrifatdan sonra agentlər ona məxmərdən və qırmızı

mahuddan paltar bağışladılar. Bundan sonra onlar rəisdən Dərbənddə paşa ilə

görüşmələrinə kömək göstərməsini xahiş etdilər. Rəis Dərbənd yolunun qorxulu

olduğunu bildirdi və mühafızəçilər verməyi vəd etdi. Tacirlərdən mister Harrard,

Xristofor Berrou, tərcüməçi və rəis birlikdə sahildən 10 mil aralıdakı yaxın kəndlərin

birinə getdilər, burada şam edib gecələdilər. Səhər gəmi heyətinin bütün üzvləri gəlib

çıxdı və onlar birlikdə Bakıya yollandılar. Onlar Bakıdan əsgərlərin və Dərbənd

paşasına Bakı rəisindən məktub aparan bir əyanın müşayiəti ilə Dərbəndə yola

düşdülər. Məktubda ingilislərin gəlişinin məqsədləri çox xeyirxah tərzdə xəbər

verilirdi. 49

Berrou daha sonra Dərbənddəki türk paşasının yanına səfərini və sonuncu

tərəfindən təntənəli surətdə qəbul olunmasını təsvir edir. İngilislər paşadan onun

hakimiyyətində olan bütün yerlərdə təhlükəsiz ticarət üçün onlara imtiyazlar

verilməsini xahiş edərək, əvəzində gətirdikləri mallardan istədiklərini seçib götürməyi

təklif etdilər. Paşa onlardan bütün mallarını Dərbəndə gətirmələrini tələb etdi. Onlar

belə də etdilər. Paşa xoşuna gələn şeyləri seçib götürdükdən və qarazehinin və digər

malların hər 25 topundan bir top, yəni 100-dən 4% gömrük haqqı aldıqdan sonra

agentlər mədaxilindən əldə ediləcək pula paşadan xamna almaq üçün malların bir

hissəsini qayıqla Bakıya göndərdilər. Həmin mallar (təqribən 1000 funt sterlinq

dəyərində) aşağıdakılar idi: 100 top qarazehi, 7 top zərif mahud, 2 çəllək qırmızı boyaq,

Abşerondakı Bilgəh kəndi

Berrou şam süfrəsinə qoyulmuş xörəklərin maraqlı təsvirini verir: "Düyü şorbası yeyildikdən

sonra bütöv qızardılmış quzunu məcməyidə gətirib rəisin qabağına qoydular. Rəis nökərlərdən

birini çağırdı. O, quzunu tikə-parça eləyib ayrı-ayrı boşqablara yığdı və onları rəisin qabağına

qoydu. Rəis boşqablardan birini mister Harrard və onun yol yoldaşlarının, digərlərini isə öz

adamlarının qabağına qoydu. Əli çatmayanlara isə qabağındakı boşqablardan ət atırdı"

175

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!