24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

uzanan və burada dövrümüzədək gəlib çatmış qala divarları ilə birləşən divar və

yarımbürc qalıqları nəzərə çarpır. Qız qalasının şərq tərəfində kontrforsa bitişən divar

dəniz səmtində cənuba doğru davam edərək Bakı buxtasındakı qala tipli imarətə qədər

uzanırdı. 50

İçərişəhərin şimal hissəsində, qala divarlarının və Şah Abbas darvazasının

yaxınlığında yeraltı bina aşkar edilmişdir. Arxeoloq C.Xəlilovun apardığı tədqiqat

nəticəsində günbəzlə örtülmüş bir neçə kiçik, habelə bir böyük otaq və digər binaların

qalıqları üzə çıxarılmışdır. Lakin bu abidənin öyrənilməsinə dair işlər tamamlanmamış

və həmin qədim binaların nə məqsədlə istifadə olunması aydınlaşdırılmamış qalmışdır.

Prof. Y.A.Paxomovun fərziyyəsinə görə bu bina XI-XII əsr Şirvanşahlarının

hakimiyyət dövrünə aid qədim hamam ola bilərdi.

Azərbaycanda feodalizmin inkişafının kulminasiya dövrü Bakı ş əhərinin zahiri

görünüşündə də özünü göstərir. Sınıqqala məscidi, Ləzgi məscidi, Qız qalası, şəhərin

qala divarları və ehtimal ki, Şirvanşahlar sarayının yerindəki içqala və s. mühüm

tikililər XI-XII əsrlər dövrünə aiddir. İçərişəhərdə aparılan qazıntılar zamanı Abşeron

üçün səciyyəvi olan yastı damlı, taxçalı, müxtəlif təsərrüfat ehtiyacları üçün quyular

olan həyətli şəhər evi tipi aşkar edilmişdir. Bütün bu tikililər şəhər həyatının və onun

iqtisadiyyatının inkişaf etdiyini göstərir.

Bakının şəhərsalma strukturunun təşəkkül prosesinin davamı XIII-XIV əsrlərdə

də izlənilir. Bu dövrdə şəhərin mərkəzi Qız qalasının ətrafı idi. Orta əsrin ən maraqlı

memarlıq abidələrindən biri, uzun əsrlər boyu Bakı buxtasında su altında qalmış və

keçən əsrin əvvəlində üzə çıxmış "Sualtı karvansara" deyilən bina da şəhərin ərazisinə

daxil idi. Yerli əhali onu "bayıl daşları", yaxud "Səbayıl şəhəri"də adlandırırdı.

Göründüyü kimi, o, XII əsrin sonlarında, Xəzərin səviyyəsi aşağı və buxtanın ərazisi

quru olarkən tikilmişdir.

Ehtimal ki, həmin imarət XIV əsrin əvvəllərində (1306-cı il) baş verən və sahilin

bir hissəsinin çökməsinə, Xəzər dənizinin səviyyəsinin xeyli qalxmasına səbəb olan

güclü zəlzələ nəticəsində su altında qalmışdır. Bakı yaxınlığındakı suya qərq olmuş

Səbayıl şəhəri haqqında əfsanə və rəvayətlərdə bu fəlakətin mümkün ola bilən faktı

əksini tapmışdır. Bakı buxtasındakı həmin sualtı imarətin adını bu diyarda olmuş bir

sıra səyyahların, onun haqqında məlu matları dənizin bu və ya digər vaxtlarda

səviyyəsinin dəyişilməsinin göstəricisi kimi toplayan tədqiqatçıların əsərlərində tapırıq.

Lakin həmin tədqiqatçılardan heç biri onun nə vaxt və hansı məqsədlə tikildiyini

müəyyənləşdirə bilməmişdir.

1946 və 1962-ci illərdə aparılan arxeoloji tədqiqatlar sayəsində müəyyən

edilmişdir ki, şirvanşah III Fəribürzün hakimiyyəti illərində Bakı buxtasında qala tipli

imarət tikilmiş, yaxud bərpa edilmişdi. 51 Onun divarında tapılmış kitabədəki h.632

(1234/5)-ci il tarixi tikintinin başa çatdığı vaxtı gös tərir və ölkənin monqollar tərəfindən

istila olunduğu dövrə uyğun gəlir. Şərq müəlliflərinin məlu matına görə, monqollar

əhalisi işğalçılara inadlı müqavimət göstərən Bakını uzun müddət ala bilməmişlər. 52

Bakı mühasirəyə alınarkən buxtadakı istehkam mövcud olmuşdurmu, yoxsa, o,

monqollar şəhəri alandan sonra tikilmişdir? Bu barədə hələlik dəqiq məlumat yoxdur.

108

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!